Şam, arxiv şəkli

Azərbaycanlı müğənninin məşhur qardaşı qəflətən vəfat edib

126
Stilistin yaxınları onun ölüm xəbərini təsdiqləsələr də, hansı səbəbdən dünyasını dəyişdiyini söyləməyiblər.

BAKI, 22 fevral - Sputnik. Müğənni Xatun Əliyevanın stilist qardaşı Balaş qəflətən vəfat edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, onun yaxınları xəbəri "Qafqazinfo"ya təsdiq ediblər.

Balaşın hansı səbəbdən dünyasını dəyişdiyi hələlik məlum deyil. 


 

126
Uill Smit, arxiv şəkli

Məşhur aktyor özünü siyasətdə sınayacaq

7
(Yenilənib 13:38 03.03.2021)
Smit: “Mən nikbinəm və insanlar arasında anlaşma və harmoniyanın ola biləcəyinə inanıram. Aktyorluqla məşğul olsam da, siyasi arenaya girsəm də buna mütləq töhfə verəcəyəm”.

BAKI, 3 mart — Sputnik. Amerikalı aktyor və rejissor Uill Smit özünü siyasət aləmində sınayacaq.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki,  sənətçi yaxın gələcəkdə hansısa siyasi post üçün müraciət edəcəyini bildirib: “Mən nikbinəm və insanlar arasında anlaşma və harmoniyanın ola biləcəyinə inanıram. Aktyorluqla məşğul olsam da, siyasi arenaya girsəm də buna mütləq töhfə verəcəyəm”.

Bununla yanaşı, o, fəaliyyət sahəsini nə vaxt dəyişəcəyini deməyib.

Afroamerikalı ulduz ötən il ABŞ-da rasizmə qarşı etirazları dəstəkləyib. O, hətta bu problem üçün bir araya gələn müasir gəncliklə fəxr etdiyini də dilə gətirib.

Beş il əvvəl aktyor ABŞ-da prezidentliyə namizəd ola biləcəyini demişdi.

7
Rotterdamda Erazm körpüsü Niderland bayrağının rənglərində, arxiv şəkli

"Eurovision-2021" qısaldılmış formatda keçiriləcək

5
(Yenilənib 10:53 03.03.2021)
Yeni ssenari çərçivəsində hər bir nümayəndə heyətində iştirakçıların sayı əvvəlki müsabiqələrlə müqayisədə ixtisara salınacaq. Tədbirdə iştirak edəcək jurnalistlərin sayı isə 500 nəfərə qədər məhdudlaşdırılacaq.

BAKI, 3 mart — Sputnik. "Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsi online formatda keçiriləcək, nümayəndə heyətlərinin tərkibi və jurnalistlərin sayı ixtisar olunacaq. Mahni müsabiqəsində tamaşaçıların olub-olmaması barədə qərar isə hələ qəbul edilməyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Avroviziya" müsabiqəsinin təşkilatçıları məlumat yayıb.

Yeni ssenari çərçivəsində hər bir nümayəndə heyətində iştirakçıların sayı əvvəlki müsabiqələrlə müqayisədə ixtisara salınacaq. Tədbirdə iştirak edəcək jurnalistlərin sayı isə 500 nəfərə qədər məhdudlaşdırılacaq, daha 1000 jurnalist isə müsabiqəni xüsusi mətbuat mərkəzindən işıqlandıracaq.

"Avroviziya-2021" müsabiqəsinə tamaşaçıların buraxılması barədə qərar isə sonra müzakirə olunacaq. Təşkilatçılar şəraitin dəyişə biləcəyini istisna etmirlər.

5

Azərbaycanda son sutkada 319 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

0
(Yenilənib 15:16 03.03.2021)
Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir. 

BAKI, 3 mart - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir. 

Ölkədə son sutka ərzində 7 928, hazırkı dövrədək isə 2 618 808 test aparılıb.

0