Sadiq Əliverdibəylinin Yuyunan Bakı fotosu

Azərbaycanlı fotoqrafın "Yuyunan Bakı"sı beynəlxalq müsabiqədə yer tutub - FOTO

61
(Yenilənib 19:21 22.02.2021)
Fotonu göndərib nəticəsi ilə maraqlanmayan Əliverdibəyli "35 awards" müsabiqəsində yer tutacağına əmin deyilmiş

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində operator sənəti üzrə təhsil alan birinci kurs tələbəsi və Azərbaycan Fotoqrafları Birliyinin üzvü Sadıq Əliverdibəyli "35 awards" tərəfindən təşkil edilən beynəlxalq fotomüsabiqədə iştirak edib.

© Photo : Courtesy of Sadig Aliverdibeyli
Sadıq Əliverdibəylinin sertifikatı

Sadıq Əliverdibəyli Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu onun iştirak etdiyi ilk beynəlxalq müsabiqədir: "Müsabiqə 2020-nin mart ayından iyul ayına kimi davam edib. Müsabiqə barədə təsadüfən xəbər tutdum. Qərara gəldim ki, mən də fotomu göndərim həmin müsabiqəyə. Sözün açığı, inanmırdım yer tutacağıma. Fotonu göndərdim, amma maraqlanmadım nəticəsi ilə. Fotomüsabiqədə "Quatantine (COVID-19)" nominasiyası üzrə 120 ölkədən qatılan 3 min 289 iştirakçı arasından fotoqraf olaraq TOP 15-də yer aldım. Müəllifi olduğum "Yuyunan Bakı" (Washing Baku) adlı fotom isə müsabiqəyə təqdim edilən 7 min 828 foto içərisindən TOP 19-da yer alıb.

61
Teqlər:
azərbaycanlı, Bakı, müsabiqə, fotoqraf
Ziyarətçilər Benksinin əsərlərinə baxırlar, arxiv şəkli

Benksinin əsərini yandırmaq üçün 95 min dollar ödədilər - VİDEO

726
(Yenilənib 00:33 06.03.2021)
"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub.

BAKI, 6 mart — Sputnik. "Injective Protocol" blokçeyn şirkəti küçə rəssamı Benksinin "Morons" rəsmini yandırmaq və rəqəmsal aktivə çevirmək üçün Nyu-York qalereyasına 95 min ABŞ dolları ödəyərək şəkli satın alıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, rəssamın özünün yaratdığı "Pest Control" agentliyi əsərin həqiqiliyini təsdiqləyib. Canlı yayımlanan yandırılma prosesindən sonra rəsm əsəri dəyişdirilə bilinməyən tokenə (NFT) çevrilib. Qeyd olunur ki, bu, əsl sənət əsərinin virtual aktivə çevrildiyi ilk haldır.

"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub. Bu, çoxlu lot ilə hərracların tətbiqinin başlanğıcı olub.

Daha əvvəl Benksinin qrafitisi olan divarın bir parçasının "altırəqəmli məbləğə" satıldığı bildirilmişdi.

726
Samirə Əfəndi, arxiv şəkli

Azərbaycanlı müğənni "B" planına düşdü

20
Qeyd olunub ki, Azərbaycan təmsilçisi Samirə Əfəndi və digər iştirakçılar "Avroviziya-2021"dən 5 gün əvvəl Niderlanda gedərək karantində olacaqlar

BAKI, 5 mart — Sputnik. Avropa Yayım Birliyi (EBU) "Avroviziya-2021" üçün hazırlanan dörd əsas ssenari arasında "B" planını seçməyə məcbur olub. Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb dünyada koronavirusun hələ də gündəmdə qalmasıdır. Müsabiqənin ənənəvi qaydada keçirilməsi mümkün olmadığı üçün təşkilatçılar bütün səylərini "B" planına yönəldiblər. Bununla da "Avroviziya-2021"ın necə təşkil ediləcəyi ilə bağlı yekun qərar verilib.

Bu barədə müsabiqənin icraçı məsləhətçisi Martin Österdahl məlumat yayıb.

"Müsabiqənin ruhu və ənənəsi Avropanı bir səhnədə birləşdirməkdir və biz buna Rotterdamda nail olmaq qərarındayıq. Bütün sənətçilərin Rotterdamda canlı ifa etdiyi təhlükəsiz bir yarışma keçirmək istəyirik", - deyə o bildirib.

Qeyd olunub ki, Azərbaycan təmsilçisi Samirə Əfəndi və digər iştirakçılar "Avroviziya-2021"dan 5 gün əvvəl Niderlanda gedərək karantində olacaqlar. Onlardan uçuşdan 72 saat əvvəl neqativ koronavirus test nəticəsini ("PCR" test - red.) təqdim etmələri tələb edilir. İfaçılar lazım olmadığı təqdirdə qaldıqları oteldən kənara çıxa bilməyəcəklər. Müsabiqənin bütün heyətindən mütəmadi olaraq test götürüləcək. Media mərkəzinə 500 nəfər dəvət ediləcək, rəqəmsal mühitə 1000 işçi cəlb olunacaq. Müsabiqənin keçirildiyi "Ahoy Arena"nın tutumu kiçildiləcək, 1,5 metr məsafəyə riayət olunacaq. Buna baxmayaraq, yarışda tamaşaçıların iştirak edib-etməyəcəyi barədə aprel ayının ortalarında məlumat veriləcək.

"Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsi onlayn formatda keçiriləcək, nümayəndə heyətlərinin tərkibi və jurnalistlərin sayı ixtisar olunacaq. Mahnı müsabiqəsində tamaşaçıların olub-olmaması barədə qərar isə hələ qəbul edilməyib.

Yeni ssenari çərçivəsində hər bir nümayəndə heyətində iştirakçıların sayı əvvəlki müsabiqələrlə müqayisədə ixtisara salınacaq. Tədbirdə iştirak edəcək jurnalistlərin sayı isə 500 nəfərə qədər məhdudlaşdırılacaq, daha 1000 jurnalist isə müsabiqəni xüsusi mətbuat mərkəzindən işıqlandıracaq. S.Əfəndinin "Avroviziya-2021" mahnısı martın ikinci həftəsində elan olunacaq.

20
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, plan, "Avroviziya" mahnı müsabiqəsi

Azad edilmiş daha bir kəndimizin hazırkı mənzərəsi belədir - VİDEO

0
Cəbrayıl rayonunun Papı kəndi 2020-ci ilin oktyabrın 21-də əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunub.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

0