Xalça emalatxanası, arxiv şəkli

Muzeydə eksponat sahibi olmaq istəyənlər üçün Azərbaycanda yeni müsabiqə keçirilir

19
(Yenilənib 00:19 23.02.2021)
Qalib gələn müəllifin eskizi əsasında muzeyin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalça toxunacaq. Həmçinin qalibə pul mükafatı təqdim olunacaq

BAKI, 22 fevral — Sputnik. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyi "Nizami Gəncəvi İli" elan edilməsi ilə bağlı görkəmli şairə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsini elan edib. Müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edə bilərlər.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlərdən öz xalça eskizlərinin 600 DPI JPEG formatında skan olunmuş versiyasını carpetmuseum.contest@gmail.com elektron ünvanına mayın 15-dək göndərmələri xahiş olunur.

Müsabiqənin qalibi beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək və mayın 30-da elan ediləcək. Qalib gələn müəllifin eskizi əsasında muzeyin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalça toxunacaq. Həmçinin qalibə pul mükafatı təqdim olunacaq.

Müsabiqənin qalibi xarici vətəndaş olarsa, onun xalça kəsimi mərasimində iştirak etməsi üçün yol və mehmanxana xərcləri muzey tərəfindən ödəniləcək.

19
Teqlər:
Nizami, müsabiqə, xalça, muzey
Ancelina Coli, arxiv şəkli

Ancelina Coli Çörçilin əsərini satdı

6
(Yenilənib 00:42 03.03.2021)
Ancelina Colinin Britaniyanın sabiq baş nazirinin şəklini satmağa qərar verməsi fevralın əvvəllərində məlum olub. Aktrisa şəkli keçmiş əri Bred Pittlə birlikdə alıb.

BAKI, 3 mart — Sputnik. Məşhur Hollivud aktrisası Ancelina Coli Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçil tərəfindən çəkilmiş "Kutubiya məscidinin qüllələri" ("Tower of the Koutoubia Mosque") şəklini 11,5 milyon ABŞ dollarına (8,28 milyon funt-sterlinq) satıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Çörçil vaxtilə bu şəkli ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə hədiyyə edib.

Rəsmin qiyməti əvvəlcə 1,5-2,5 milyon funt-sterlinq (2-3,4 milyon ABŞ dolları) qiymətləndirilirdi. Bu, Çörçilin işləri üçün rekord qiymətdir. Şəkil Britaniya baş nazirinin İkinci Dünya Müharibəsi zamanı yaratdığı yeganə əl işidir. Rəsm 1943-cü ilin yanvarında Hitler əleyhinə koalisiyanın Kasablankadakı konfransının sonunda çəkilib. Çörçil Mərakeşdə ABŞ prezidenti Franklin Ruzveltlə gəzinti zamanı günəşin qürubunun təəssüratı altında bu mənzərəni yaradıb.

Alıcının şəxsiyyəti açıqlanmır.

Ancelina Colinin Britaniyanın sabiq baş nazirinin şəklini satmağa qərar verməsi fevralın əvvəllərində məlum olub. Aktrisa şəkli keçmiş əri Bred Pittlə birlikdə alıb. Coli və Pittin incəsənət əsərlərinin kolleksiyası təxminən 25 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.

6
Teqlər:
Uinston Çörçill, Böyük Britniyanın baş naziri Uinston Çörçill, Bred Pitt, Ancelina Coli
Netflix şirkətinin loqosu, arxiv şəkli

Çağatay Ulusoyun "Netflix"dəki filmindən ilk treyler - VİDEO

16
(Yenilənib 23:01 02.03.2021)
Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

BAKI, 2 mart — Sputnik. Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolu oynadığı növbəti "Netflix" filmi "Kağıttan hayaller"in ilk treyleri yayımlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, 12 martda yayımlanacaq ekran işi 190-dan çox ölkədə, 204 milyondan çox istifadəçiyə göstəriləcək.

Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

16
Ekspert Aydın Quliyev

Siyasi ekspert: “YAP-da islahatları yaxına buraxmayanlar maneəyə çevriliblər”

0
(Yenilənib 10:05 03.03.2021)
Siyasi ekpsert Aydın Quliyev deyir ki, YAP-ın təşkilati-siyasi fəaliyyəti ölkədə baş verən dəyişikliklərdən geri qalır
Aydın Quliyev: “YAP-ın elitar kadr heyətində islahatlara ehtiyyac duyulur”

Martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçiriləcək. Qurultayda bir sıra vacib qərarlar qəbul ediləcək.

Siyasi ekpsert Aydın Quliyev Sputnik Azərbaycan-a deyir ki, YAP-ın qurultayının keçirilməsi ölkənin siyasi həyatında təsirli bir siyasi hadisə olacaq:

“Cəmiyyət və siyasi təşkilatların bu qurultaydan gözləntiləri var. YAP-ın həm siyasi ideoloji fəaliyyətində, həm də struktural fəaliyyətində və elitar kadr heyətində çox ciddi islahatlara ehtiyyac duyulur. Uzun zamandır ki, bu islahatlardan danışılır, ancaq YAP-ın daxilində bu islahatlar məsələsini yaxına buraxmayanlar partiyanın daxili inkişaf yollarında maneələrə çevriliblər. Açıq-aşkar görünür ki, YAP-ın təşkilati-siyasi fəaliyyəti ölkədə baş verən dəyişikliklərdən geri qalır”.

Xatırladaq ki, YAP-ın sonuncu qurultayı 2018- ci ilin fevralın 8-də keçirilib.

Aydın Quliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0