Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ard-arda qələbələr: azərbaycanlı karikaturaçı Polşada xüsusi mükafat aldı - FOTO

© Sputnik / Shahperi AbbasovaOnur Əli Həsənov
Onur Əli Həsənov - Sputnik Azərbaycan, 1920, 21.02.2021
Abunə olmaq
2021-ci ildə koronavirus pandemiyası səbəbindən "Satirikon" müsabiqəsi onlayn formatda keçirilib. Azərbaycanlı rəssam xüsusi mükafat alıb

BAKI, 21 fevral Sputnik, Kəmalə Əliyeva. Azərbaycan Karikaturaçılar Birliyinin üzvü Seyran Cəfərli Polşada keçirilən Beynəlxalq "Satirikon-2021" sərgisinin xüsusi mükafatına layiq görülüb. 

Rəssamın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, layihədə qrafika, rəngkarlıq, heykəltaraşlıq, karikatura, plakat ustaları, eləcə də fotorəssamlar iştirak ediblər. Amerikanın "Uitti Uorld" jurnalı "Satirikon-2021"i 10 ən yaxşı sərgi siyahısına daxil edərək ona "Qran Pri" nişanı verib. Öz növbəsində Karikaturaçı Rəssamların Təşkilatlarının Beynəlxalq Federasiyası müsabiqəni maksimal "beş ulduz"a layiq görüb. Təşkilatçılar müsabiqəyə ən görkəmli rəssamları, xeyli sayda tamaşaçını, münsifləri, sponsor və mesenatları cəlb edə biliblər.

© Photo : Courtesy of Seyran DzhafarliSeyran Cəfərlinin "Satirikon-2021"də xüsusi mükafata layiq görülən karikaturası
Ard-arda qələbələr: azərbaycanlı karikaturaçı Polşada xüsusi mükafat aldı - FOTO - Sputnik Azərbaycan, 1920, 21.02.2021
Seyran Cəfərlinin "Satirikon-2021"də xüsusi mükafata layiq görülən karikaturası

2021-ci ildə koronavirus pandemiyası səbəbindən sərgi onlayn formatda keçirilib. Xatırladaq ki, bundan öncə Seyran Cəfərli Türkiyənin İzmir şəhərində keçirilən digər bir beynəlxalq müsabiqədə qalib olmuşdu.

Seyran Cəfərli 45-dən çox beynəlxalq karikatura müsabiqəsinin münsif üzvü olub. Onun 150-dən çox beynəlxalq mükafatı var. Hətta BMT ona xüsusi ödül də verib. Rəssamın mindən artıq əsəri beynəlxalq karikatura yarışlarında nümayiş olunub, albomlara daxil edilib. Belçika, Türkiyə, Fransa və İranda S.Cəfərlinin fərdi sərgiləri keçirilib.

Xəbər lenti
0