CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağda vacib film çəkilir: Şuşada kino şəhərciyi olsa... - VİDEO

© Photo : Safiyar MajnunYox icində Xarı Bülbül
Yox icində Xarı Bülbül  - Sputnik Azərbaycan, 1920, 20.02.2021
Abunə olmaq
Şuşa deyəndə ilk ağla gələn xarı-bülbül olur. Bu çiçəyi rəmzə çevirənlərdən, bəlkə də birincisi isə Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin qızı Ağabəyim Ağadır. Azərbaycan kinematoqrafçıları onun taleyini ekranlara daşımaq niyyətindədirlər

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Xalq yazıçısı İlyas Əfəndiyevin məşhur "Qarabağnamə" əsərinin motivləri əsasında bədii film çəkiləcək. Azərbaycan Film Akademiyasının istehsalı olan "Yox içində xarı bülbül" 12 seriyadan ibarətdir. Bununla bağlı sözügedən serialın quruluşçu rejissoru və ssenari müəllifi Zaur Tahirsoyla əlaqə saxladıq.

Съемки, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.01.2021
MƏDƏNİYYƏT
On doqquz dəqiqəlik filmlə qəlbləri fəth etdilər - VİDEO

Zaur bəy serial haqqında Sputnik Azərbaycan-a danışdı: "Ekran işində Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin qızı Ağabəyim Ağa və Qacar şahı Fətəli şah Qacardan bəhs olunur. Bildiyiniz kimi, Ağabəyim Ağa Fətəli şahın xanımı olub. Sırf siyasi məqsədlə onunla ailə həyatı qurub. Şah arvadı olub, bağında hər cür güllər olub, amma xarı-bülbül olmayıb. Elə layihənin adı da Ağabəyim Ağanın yazdığı "Vətən bağı" şeirinin misrasından götürülüb - "Vətən bağı al-əlvandır, Yox içində xarı-bülbül". Burada həm sevgi hekayəsi, həm o dövrün siyasi məsələləri var, hansı ki, Sisyanovun siyasəti, Qarabağa ermənilərin köçürülməsi və s. bu kimi hadisələri əhatə edir".

Rejissorun bildirdiyinə görə, filmin çəkiləcəyi məkanlar hələ dəqiqləşməyib:

"Biz istəyirik ki, Şuşada film şəhərciyi salaq. Mədəniyyət paytaxtımızdır, istəyərdik ki, serialın çəkilişləri orada aparılsın. Həm turizmə, həm də həmin yerlərin inkişafına təkan verə bilər. Serialın harada çəkiləcəyi barədə hələ ki danışıqlar gedir. Mənə elə gəlir, çəkilişin harada olması önəmli deyil, əsas odur, həmin tarixi faktları əks etdirən kadrlar olsun".

"Filmdə əsas obrazları Xalq artisti Pərviz Məmmədrzayev və Əməkdar artist Vəfa Zeynallı canlandırırlar. Digər aktyorlar hələ təsdiqlənməyiblər. Filmin qruluşçu rəssamı Türkiyənin bir çox tarixi filmlərinin rəssamı olan Mustafa Ziya Ülkencilerdir. Filmin tanıtım hissəsi çəkilib, yayımlanıb. Hazırda büdcə məsələsini müzakirə edirik. Çünki bu adi bir serialın çəkilişi deyil ki, hansısa sponsorun dəstəyi ilə çəkilsin. Film dövlət büdcəsi hesabına çəkiləcək. Əsərə məntiqli müdaxilə də olunacaq", - deyə rejissor əlavə edib.

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda>>

Qeyd edək ki, filmin quruluşçu operatoru Elvin Mikaildir. "Yox içində xarı bülbül" filmi "Azflix"də (Azərbaycanın ilk film istehsal edən internet kino portalı) yayımlanması nəzərdə tutulub.

Xəbər lenti
0