Andrey Myaqkov, arxiv şəkli

"İşdə məhəbbət macərası"nın aktyoru vəfat edib

35
(Yenilənib 13:45 18.02.2021)
Andrey Myaqkov "Qəribə təsadüf və ya Həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "Qaraj", "Qəddar romans", "Köhnə ev", "32 Dekabr" və s. filmlərdə bir-birindən maraqlı obrazları ilə yadda qalıb.

BAKI, 18 fevral — Sputnik. RSFSR Xalq artisti, tanınmış aktyor Andrey Myaqkov vəfat edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, 83 yaşlı sənətkar ürək çatışmazlığından dünyasını dəyişib.

Andrey Myaqkovun vəfat xəbəri Rusiyanın sənət ictimaiyyəti tərəfindən çox kədərlə qarşılanıb.

A.Myaqkov 1938-ci il iyulun 8-də Sankt-Peterburqda dünyaya gəlib. 1965-ci ildən "Sovremennik" Teatrında çalışmağa başlayıb. 1977-ci ildən teatr fəaliyyətini Qorki adına Moskva Akademik Bədaye Teatrında (MXAT) davam etdirib.

Geniş tamaşaçı kütləsi Andrey Myaqkovu Eldar Ryazanovun məşhur filmləri ilə tanıyıb və sevib.

Andrey Myaqkov "Qəribə təsadüf və ya Həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "Qaraj", "Qəddar romans", "Köhnə ev", "32 Dekabr" və s. filmlərdə bir-birindən maraqlı obrazları ilə yadda qalıb.

2010-cu ildən kinodan, 2013-cü ildən isə teatrdan ayrılan Andrey Myaqkov həyat yoldaşı, Rusiyanın Xalq artisti Anastasiya Voznesenskaya ilə gözlərdən uzaq, sakit həyat tərzi yaşayıb.

35
Teqlər:
Rusiya, vəfat, aktyor
Çap maşını, arxiv şəkli

Şəhid Cəbrayıl Dövlətzadədən roman yazıldı

15
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

BAKI, 4 mart — Sputnik. Yazıçı Azad Qaradərəli 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından olan 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadənin qısa ömür və döyüş yolundan bəhs edən roman yazıb. Sputnik Azərbaycan xəbər verir ki, "Cəbrayıl əfsanəsi" adlı romanını proloq, epiloq və 19 fəsildən ibarətdir. Hər fəsil qəhrəman həmvətənimizin ömrünün bir ilinə ithaf olunur.

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayon N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayıl Dövlətzadə, sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

15
Teqlər:
kitab, şəhid
Berlin kinofestivalının mükafatı, arxiv şəkli

Berlin Film Festivalında iştirak edən filmlərin reytinqi açıqlanıb

18
(Yenilənib 17:37 04.03.2021)
Hazırda tənqidçilər cənubi koreyalı rejissor Honq Sanq-su tərəfindən ərsəyə gətirilən və vüsal-hicran haqqında üç fəlsəfi hekayədən ibarət "Başlanğıc" ("İntroduction") filmini birinci yerə layiq görüblər.

BAKI, 4 mart — Sputnik. Martın 1-dən 5-dək keçirilən 71-ci Berlin Film Festivalında iştirak edən filmlərin reytinqi açıqlanıb.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, hazırda tənqidçilər cənubi koreyalı rejissor Honq Sanq-su tərəfindən ərsəyə gətirilən və vüsal-hicran haqqında üç fəlsəfi hekayədən ibarət "Başlanğıc" ("İntroduction") filmini birinci yerə layiq görüblər.

3,3 xal toplayan bu film daha çox fransalı və britaniyalı tənqidçilərin rəğbətini qazanıb.

Sonrakı yerlərdə macarıstanlı rejissor Denes Naginin II Dünya müharibəsi mövzusunda "Təbii işıq" filmi və rumıniyalı rejissor Radu Yudenin bir məktəb müəlliminin başına gələnlərdən bəhs edən "Tərslik tutdu, yaxud Dəlisov porno" ("Bad luck banging or Loony porn") filmi qərarlaşıb.

Xatırladaq ki, festival pandemiya ilə əlaqədar onlayn keçirilir.

18
Oğlan, arxiv şəkli

Daha bir telefon mağazasından oğurluq olub

0
Yasamal ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

BAKI, 4 mart — Sputnik. Yasamalda telefon mağazasından 10.000 manat dəyərində mobil telefon, moped və 2 ədəd motosiklet oğurlayan şəxslər saxlanılıblar. Bu bardəə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

0