Nəriman Həsənzadə, arxiv şəkli

Nəriman Həsənzadə "İstiqlal" ordeni ilə təltif edildi

31
Nəriman Həsənzadə 30-dan çox kitabın, 10-dan artıq poemanın müəllifidir. Şeirlərinə mahnılar bəstələnib.

BAKI, 18 fevral — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nəriman Həsənzadənin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda bildirilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə "İstiqlal" ordeni ilə təltif edilsin".

Məlumat üçün bildirək ki, N.Həsənzadə 30-dan çox kitabın, 10-dan artıq kitabın müəllifidir. Şeirlərinə mahnılar bəstələnib. "Nəriman", "Zümrüd quşu", "Kimin sualı var?", "Atabəylər", "Pompeyin Qafqaza yürüşü", "Midiya sarayı", "Bəyanat", "Həsrət", "Vətənsiz", "Heybədə gəzən şeir" , "Şahid ol, günəş" kimi poemaların müəllifidir.

31
Teqlər:
Nəriman Həsənzadə, təltif, "İstiqlal" ordeni, şair
Rotterdamda Erazm körpüsü Niderland bayrağının rənglərində, arxiv şəkli

"Eurovision-2021" qısaldılmış formatda keçiriləcək

5
(Yenilənib 10:53 03.03.2021)
Yeni ssenari çərçivəsində hər bir nümayəndə heyətində iştirakçıların sayı əvvəlki müsabiqələrlə müqayisədə ixtisara salınacaq. Tədbirdə iştirak edəcək jurnalistlərin sayı isə 500 nəfərə qədər məhdudlaşdırılacaq.

BAKI, 3 mart — Sputnik. "Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsi online formatda keçiriləcək, nümayəndə heyətlərinin tərkibi və jurnalistlərin sayı ixtisar olunacaq. Mahni müsabiqəsində tamaşaçıların olub-olmaması barədə qərar isə hələ qəbul edilməyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Avroviziya" müsabiqəsinin təşkilatçıları məlumat yayıb.

Yeni ssenari çərçivəsində hər bir nümayəndə heyətində iştirakçıların sayı əvvəlki müsabiqələrlə müqayisədə ixtisara salınacaq. Tədbirdə iştirak edəcək jurnalistlərin sayı isə 500 nəfərə qədər məhdudlaşdırılacaq, daha 1000 jurnalist isə müsabiqəni xüsusi mətbuat mərkəzindən işıqlandıracaq.

"Avroviziya-2021" müsabiqəsinə tamaşaçıların buraxılması barədə qərar isə sonra müzakirə olunacaq. Təşkilatçılar şəraitin dəyişə biləcəyini istisna etmirlər.

5
Ancelina Coli, arxiv şəkli

Ancelina Coli Çörçilin əsərini satdı

10
(Yenilənib 00:42 03.03.2021)
Ancelina Colinin Britaniyanın sabiq baş nazirinin şəklini satmağa qərar verməsi fevralın əvvəllərində məlum olub. Aktrisa şəkli keçmiş əri Bred Pittlə birlikdə alıb.

BAKI, 3 mart — Sputnik. Məşhur Hollivud aktrisası Ancelina Coli Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçil tərəfindən çəkilmiş "Kutubiya məscidinin qüllələri" ("Tower of the Koutoubia Mosque") şəklini 11,5 milyon ABŞ dollarına (8,28 milyon funt-sterlinq) satıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Çörçil vaxtilə bu şəkli ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə hədiyyə edib.

Rəsmin qiyməti əvvəlcə 1,5-2,5 milyon funt-sterlinq (2-3,4 milyon ABŞ dolları) qiymətləndirilirdi. Bu, Çörçilin işləri üçün rekord qiymətdir. Şəkil Britaniya baş nazirinin İkinci Dünya Müharibəsi zamanı yaratdığı yeganə əl işidir. Rəsm 1943-cü ilin yanvarında Hitler əleyhinə koalisiyanın Kasablankadakı konfransının sonunda çəkilib. Çörçil Mərakeşdə ABŞ prezidenti Franklin Ruzveltlə gəzinti zamanı günəşin qürubunun təəssüratı altında bu mənzərəni yaradıb.

Alıcının şəxsiyyəti açıqlanmır.

Ancelina Colinin Britaniyanın sabiq baş nazirinin şəklini satmağa qərar verməsi fevralın əvvəllərində məlum olub. Aktrisa şəkli keçmiş əri Bred Pittlə birlikdə alıb. Coli və Pittin incəsənət əsərlərinin kolleksiyası təxminən 25 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.

10
Teqlər:
Uinston Çörçill, Böyük Britniyanın baş naziri Uinston Çörçill, Bred Pitt, Ancelina Coli
Fotoqraf, arxiv şəkli

Azərbaycanda ilk dəfə olaraq “İlin Press Fotosu” adlı fotomüsabiqə keçirilir

0
Fotomüsabiqə rəqəmsal kateqoriya üzrə 6 mövzu ətrafında keçiriləcək. Mövzular: Xəbər, Gündəlik həyat, Portret, Təbiət, İdman və Mədəniyyət. Xəbər və İdman mövzuları həm tək foto, həm də hekayə fotosu, digər mövzular isə yalnız tək fotodan ibarət olacaq.

BAKI, 3 mart — Sputnik. “Gilavar” Azərbaycan Foto Klubu Azərbaycanda ilk dəfə “İlin Press Fotosu” adlı yeni layihəyə start verir. Layihə çərçivəsində hər il “Azərbaycan Press Foto” adlı fotomüsabiqənin keçirilməsi nəzərdə tutulur.

Bu barədə Sputnik Azərbaycan-a “Gilavar” Azərbaycan Foto Klubundan məlumat verilib.

"Hər il müxtəlif ölkələr, eləcə də dünya üzrə “İlin Press Fotosu” adlı fotomüsabiqələr keçirilir və ən yaxşı fotolar qalib gələrək mükafatlandırılır. Azərbaycanda fotoqrafiyanın inkişafına töhfə vermək, fotoqrafların imkanlarından daha səmərəli istifadə edilməsi, onların bu sahəyə maraq göstərməsi, ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıdılması, onlara ruh yüksəkliyi aşılamaq məqsədilə bizdə də belə bir müsabiqənin keçirilməsi labüd idi. Bunları nəzərə alaraq "Gilavar" Azərbaycan Foto Klubu belə bir yarışmanın keçirilməsnə qərar verib. Müsabiqənin keçirilməsində də əsas məqsəd kütləvi informasiya vasitələrində çalışan və sərbəst fəaliyyət göstərən peşəkar fotoqraflar tərəfindən il ərzində çəkilən və mətbuatda yayımlanan ən yaxşı fotoları seçmək və dəyərləndirməkdir" - məlumatda bildirilir.

“Azərbaycan Press Foto 2020” adlanan ilk belə müsabiqəyə 2020-ci il ərzində çəkilmiş fotolar qəbul olunacaq. Yarışma ilə bağlı bütün təşkilati məsələlər, o cümlədən fotoların qəbulu, münsiflərin seçimi, müsabiqənin şərtlərinə əməl olunmasına nəzarət “Gilavar” Azərbaycan Foto Klubu tərəfindən həyata keçiriləcək. Fotoqrafların işləri peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin şərtləri beynəlxalq foto təşkilatlarının qayda və prinsiplərinə uyğun şəkildə təşkil olunub. Klubun beynəlxalq foto müsabiqələrin keçirilməsi üzrə kifayət qədər təcrübəsi var. Klub 2017-ci ilin dekabr ayında Beynəlxalq Foto Sənəti Federasiyasına üzv kimi qəbul edilib və bu təşkilatın Azərbaycan üzrə təmsilçisidir.

Fotomüsabiqə rəqəmsal kateqoriya üzrə 6 mövzu ətrafında keçiriləcək. Mövzular: Xəbər, Gündəlik həyat, Portret, Təbiət, İdman və Mədəniyyət. Xəbər və İdman mövzuları həm tək foto, həm də hekayə fotosu, digər mövzular isə yalnız tək fotodan ibarət olacaq. Qaliblər hər mövzu üzrə seçiləcək: birinci yer, ikinci yer, üçüncü yer. Qalib gələn fotolar arasından “İlin Press Fotosu” seçiləcək.

Müsabiqə haqqında ətraflı məlumatı http://gilavar.net/musabiqe ünvanında əldə etmək mümkündür.

0