Caz festivalı, arxiv şəkli

"Salsa ölüləri dirildir" deyən musiqiçi sətəlcəmdən dünyasını dəyişdi - VİDEO

23
(Yenilənib 20:20 16.02.2021)
Conni Paçeko Dominikan musiqisində salsa janrının yaradıcısı kimi tanınır. Salsa janrının həyat tərzi və yaşama səbəbi olduğunu deyən musiqiçi 1935-ci ildə Dominikan Respublikasında doğulmuşdu

BAKI, 16 fevral — Sputnik. Dünya şöhrətli məşhur musiqiçi və bəstəkar Conni Paçeko vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 85 yaşlı musiqiçi pnevmoniyadan dünyasını dəyişib.

Qeyd edək ki, Conni Paçeko Dominikan musiqisində salsa janrının yaradıcısı kimi tanınır. Salsa janrının həyat tərzi və yaşama səbəbi olduğunu deyən musiqiçi 1935-ci ildə Dominikan Respublikasında doğulmuşdu.

11 yaşında ailəsi ilə birlikdə ABŞ-a köçən Conni Paçeko: "Salsa qulaq asmaq üçün deyil. Bu musiqini dinləyəndə rəqs etmək lazımdır. Çünki salsa rəqsi ölüləri belə dirildir", - deyirdi.

Əlavə edək ki, Paçeko 9 dəfə "Grammy" mükafatına namizəd olub və 2005-ci ildə "Latin Grammy Lifetime Achievement Award" mükafatına layiq görülüb.

23
Teqlər:
video, Dominikan Respublikası, vəfat, musiqiçi
Gül

Azərbaycanlı müğənninin qızı vəfat edib

12
(Yenilənib 11:51 27.02.2021)
67 yaşlı Şahnaz Bəşirova ürəktutmadan vəfat edib. Qeyd edək ki, Xalq artistinin Şahnaz Bəşirovadan başqa Qəmər adlı qızı da var

BAKI, 27 fevral — Sputnik. Mərhum Xalq artisti Rübabə Muradovanın qızı Şahnaz Bəşirova dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində Rübabə Muradovanın adına açılan səhifədə məlumat verilib.

67 yaşlı Şahnaz Bəşirova ürəktutmadan vəfat edib. Qeyd edək ki, Xalq artistinin Şahnaz Bəşirovadan başqa Qəmər adlı qızı da var.

12
Teqlər:
vəfat, qız, müğənni
Lacivərd sahilin kosmosdan görünüşü, arxiv şəkli

Kannda qeyri-adi muzey açılıb - FOTO

10
Eksponatları muzeyə qayıqda gətirərək kranların köməyilə dalğıclar quraşdırıblar. İndi dayverlər muzeyə giriş üçün pul ödəmədən bu heykəllərə baxa bilərlər. 

BAKI, 27 fevral - Sputnik. Kannda, Lacivərd sahildə yeni, sualtı incəsənət muzeyi açılıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Lonely Planet yazır.

Muzey Sent-Marqerit adasının yaxınlığındadır. Orada iki metr hündürlükdə insan sifəti formasında altı heykəl nümayiş olunur. Bunlar yerli sakinlərin portretidir. Məsələn, onlardan biri 80 yaşlı balıqçı, digəri ibtidai sinfin 9 yaşlı şagirdidir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Jason Decaires Taylor (@jasondecairestaylor)

Hərəsi 12 ton çəkiyə malik heykəllər 3 metr dərinlikdə yerləşdirilib.

Britaniyalı sualtı heykəltaraş Ceyson Dekeyr Teylor bu abidələri yaratmağa dörd il sərf edib. Bunlar rəssamın Aralıq dənizində ilk installyasiyasıdır.

Heykəllər toksik olmayan, pH dərəcəsi neytral sementdən hazırlanıb, yəni ətraf mühitə zərəri yoxdur. Mahiyyətcə heykəllər süni riflərdir, burada mərcanlar, balıqlar və xərçəngkimilər məskən sala bilərlər. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Jason Decaires Taylor (@jasondecairestaylor)

Eksponatları muzeyə qayıqda gətirərək kranların köməyilə dalğıclar quraşdırıblar. İndi dayverlər muzeyə giriş üçün pul ödəmədən bu heykəllərə baxa bilərlər. 

10

Bakıda keçirilən yarmarkalardakı məhsulların qiyməti - Kartof 0,55 AZN...

0
(Yenilənib 13:09 27.02.2021)
Bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını üç ünvanda satışa çıxaracaqlar

BAKI, 27 fevral — Sputnik. Bu gündən Kənddən Şəhərə yarmarkaları yenidən fəaliyyətə başlayıb. Sputnik Azərbaycan yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərini təqdim edir:

Kartof 0.55 AZN-dən; soğan 0.65 AZN-dən; alma 0.60 AZN-dən; pomidor 1.00 AZN-dən; mandarin 1.80 AZN-dən; portağal 1.70 AZN-dən; badımcan 1.30 AZN-dən; kələm 0.50 AZN-dən; çuğundur 0.65 AZN-dən; kök 0.60 AZN-dən; yumurta 0.25 AZN-dən; xurma 0.80 AZN-dən; nar 1.50 AZN-dən; göyərti 0.15 AZ-dən; heyva 0.80 AZN-dən başlayan qiymətlərlə satılır.

Qeyd edək ki, bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metrostansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı), Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanlarında satışa çıxaracaqlar.

 

0
Teqlər:
ərzaq, qiymətlər, yarmarka, Bakı