Röya Ayxan, arxiv şəkli

İllərdir bu sözü Röyaya bağışlamadı

12
(Yenilənib 14:40 15.02.2021)
"Elə insanlar var ki, onlara qıymıram. Çox illər əvvəl o mənim qızıma dedi ki, anana yiyə dur. Röyaya o sözü bağışlamadım. Bir dəfə ondan qisasımı aldım" - Flora Kərimova

BAKI, 15 fevral — Sputnik. Xalq artisti Röya Ayxan Flora Kərimovanın onunla bağlı dediklərinə cavab verib.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni Kərimovanın videosunu "Instagram" hesabının hekayə bölümündə yayımlayaraq bunları qeyd edib:

"Çox sevindim, əvvəlki kimi məni sevməyə başladınız. Rica edirəm ki, başqalarına əsəbləşib məni sıxmayasınız. Ürəyimdə hamının bir yeri var. Sizə uzun ömür arzu edirəm".

Qeyd edək ki, F.Kərimova "Atv maqazin onlarla" verilişinin "33 sual" rubrikasının aparıcısı Ruslan Ağayevə "Mən heç nəyi unutmuram. Qisas alanam" deyən müğənni Röya Ayxana qarşı artıq incikliyi qalmadığını bildirib: "Ancaq elə insanlar var ki, onlara qıymıram. Çox illər əvvəl o mənim qızıma dedi ki, anana yiyə dur. Röyaya o sözü bağışlamadım. Bir dəfə ondan qisasımı aldım. Röyanın ürəyi var. Bilirsiniz, o mənə kimi xatırladır? Yeni doğulan körpə uşaqlar olur, onu bələmək, sığallamaq istəyirsən. Onları xatırladır".

12
Teqlər:
Flora Kərimova, Röya Ayxan
Samirə Əfəndi, arxiv şəkli

Azərbaycanlı müğənni "B" planına düşdü

11
Qeyd olunub ki, Azərbaycan təmsilçisi Samirə Əfəndi və digər iştirakçılar "Avroviziya-2021"dən 5 gün əvvəl Niderlanda gedərək karantində olacaqlar

BAKI, 5 mart — Sputnik. Avropa Yayım Birliyi (EBU) "Avroviziya-2021" üçün hazırlanan dörd əsas ssenari arasında "B" planını seçməyə məcbur olub. Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb dünyada koronavirusun hələ də gündəmdə qalmasıdır. Müsabiqənin ənənəvi qaydada keçirilməsi mümkün olmadığı üçün təşkilatçılar bütün səylərini "B" planına yönəldiblər. Bununla da "Avroviziya-2021"ın necə təşkil ediləcəyi ilə bağlı yekun qərar verilib.

Bu barədə müsabiqənin icraçı məsləhətçisi Martin Österdahl məlumat yayıb.

"Müsabiqənin ruhu və ənənəsi Avropanı bir səhnədə birləşdirməkdir və biz buna Rotterdamda nail olmaq qərarındayıq. Bütün sənətçilərin Rotterdamda canlı ifa etdiyi təhlükəsiz bir yarışma keçirmək istəyirik", - deyə o bildirib.

Qeyd olunub ki, Azərbaycan təmsilçisi Samirə Əfəndi və digər iştirakçılar "Avroviziya-2021"dan 5 gün əvvəl Niderlanda gedərək karantində olacaqlar. Onlardan uçuşdan 72 saat əvvəl neqativ koronavirus test nəticəsini ("PCR" test - red.) təqdim etmələri tələb edilir. İfaçılar lazım olmadığı təqdirdə qaldıqları oteldən kənara çıxa bilməyəcəklər. Müsabiqənin bütün heyətindən mütəmadi olaraq test götürüləcək. Media mərkəzinə 500 nəfər dəvət ediləcək, rəqəmsal mühitə 1000 işçi cəlb olunacaq. Müsabiqənin keçirildiyi "Ahoy Arena"nın tutumu kiçildiləcək, 1,5 metr məsafəyə riayət olunacaq. Buna baxmayaraq, yarışda tamaşaçıların iştirak edib-etməyəcəyi barədə aprel ayının ortalarında məlumat veriləcək.

"Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsi onlayn formatda keçiriləcək, nümayəndə heyətlərinin tərkibi və jurnalistlərin sayı ixtisar olunacaq. Mahnı müsabiqəsində tamaşaçıların olub-olmaması barədə qərar isə hələ qəbul edilməyib.

Yeni ssenari çərçivəsində hər bir nümayəndə heyətində iştirakçıların sayı əvvəlki müsabiqələrlə müqayisədə ixtisara salınacaq. Tədbirdə iştirak edəcək jurnalistlərin sayı isə 500 nəfərə qədər məhdudlaşdırılacaq, daha 1000 jurnalist isə müsabiqəni xüsusi mətbuat mərkəzindən işıqlandıracaq. S.Əfəndinin "Avroviziya-2021" mahnısı martın ikinci həftəsində elan olunacaq.

11
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, plan, "Avroviziya" mahnı müsabiqəsi
Çap maşını, arxiv şəkli

Şəhid Cəbrayıl Dövlətzadədən roman yazıldı

15
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

BAKI, 4 mart — Sputnik. Yazıçı Azad Qaradərəli 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından olan 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadənin qısa ömür və döyüş yolundan bəhs edən roman yazıb. Sputnik Azərbaycan xəbər verir ki, "Cəbrayıl əfsanəsi" adlı romanını proloq, epiloq və 19 fəsildən ibarətdir. Hər fəsil qəhrəman həmvətənimizin ömrünün bir ilinə ithaf olunur.

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayon N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayıl Dövlətzadə, sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

15
Teqlər:
kitab, şəhid
 Əlil, arxiv şəkli

Birinci qrup əlilliyi olanlar əmək qabiliyyətli sayılırlar

0
(Yenilənib 13:17 05.03.2021)
"Əgər hər hansı vətəndaşın əlilliklə bağlı sənədində onun əmək zəmanəti ilə bağlı əmək qabiliyyətsiz qeyd olunubsa, həmin şəxs Tibbi Sosial Ekspertiza Komissiyalarına müraciət edib müvafiq düzəlişlər apara bilər".

BAKI, 5 mart — Sputnik. "Bizim qanunvericiliyə əsasən, işsiz şəxs işi və qazancı olmayan iş axtaran, işə başlamağa hazır olan, əmək qabiliyyəti yaşında olan əmək qabiliyyətli şəxslər sayılır. Amma I qrup və digər əlillik qrupları heç də əmək qabiliyyətsiz sayılmır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlayn "Sosial saat" verilişində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bildirib. Onun sözlərinə görə, yalnız əmək zəmanəti olmayan şəxslər əmək qabiliyyətsiz sayılır və onlar məşğulluq tədbirlərinə cəlb oluna bilmirlər: "Əgər hər hansı vətəndaşın əlilliklə bağlı sənədində onun əmək zəmanəti ilə bağlı əmək qabiliyyətsiz qeyd olunubsa, həmin şəxs Tibbi Sosial Ekspertiza Komissiyalarına müraciət edib müvafiq düzəlişlər apara bilər. Digər hallarda əmək zəmanəti icazə verdiyi hallarda I qrup əlilliyi olan şəxslər nəinki müraciət edə bilər, hətta onlar digərlərinə münasibətdə daha üstün hüquqa malikdilər".

0
Teqlər:
qabiliyyət, , əlillik