Azərbaycanlı müğənni Zamiq Hüseynov, arxiv şəkli

Zamiqin sevənlərə hədiyyəsi: "Son nəfəsimizə qədər” - VİDEO

28
(Yenilənib 11:41 15.02.2021)
Qeyd edək ki, bəstənin söz və musiqisi İsmayıl Əsədova, aranjmanı Samir Sultanova, mix-masteri isə Oleq Naumova aiddir. Ənənəvi olaraq, Zamiqin "make-up"ı üzərində stilist Elnur Həsənov çalışıb.

BAKI, 15 fevral — Sputnik. Müğənni Zamiq Hüseynov "Son nəfəsimizə qədər” adlı yeni klipini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, hər zaman fərqliliyi ilə seçilən sənətçi budəfəki işini Sevgililər Gününə həsr edib. O, "instagram"da paylaşım edərək "Sevgililər Günü bütün sevənlərə hədiyyəmiz olsun" şərhini yazıb. Qısametrajlı filmi xatırladan ekran işinin rejissorluğu Cəlal Kəngərliyə həvalə olunub. Pop ulduzun tərəf-müqabili rolunu isə model Pərvin Həsənzadə canlandırıb.

Qeyd edək ki, bəstənin söz və musiqisi İsmayıl Əsədova, aranjmanı Samir Sultanova, mix-masteri isə Oleq Naumova aiddir. Ənənəvi olaraq, Zamiqin "make-up"ı üzərində stilist Elnur Həsənov çalışıb.

28
Samirə Əfəndi, arxiv şəkli

Azərbaycanlı müğənni "B" planına düşdü

20
Qeyd olunub ki, Azərbaycan təmsilçisi Samirə Əfəndi və digər iştirakçılar "Avroviziya-2021"dən 5 gün əvvəl Niderlanda gedərək karantində olacaqlar

BAKI, 5 mart — Sputnik. Avropa Yayım Birliyi (EBU) "Avroviziya-2021" üçün hazırlanan dörd əsas ssenari arasında "B" planını seçməyə məcbur olub. Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb dünyada koronavirusun hələ də gündəmdə qalmasıdır. Müsabiqənin ənənəvi qaydada keçirilməsi mümkün olmadığı üçün təşkilatçılar bütün səylərini "B" planına yönəldiblər. Bununla da "Avroviziya-2021"ın necə təşkil ediləcəyi ilə bağlı yekun qərar verilib.

Bu barədə müsabiqənin icraçı məsləhətçisi Martin Österdahl məlumat yayıb.

"Müsabiqənin ruhu və ənənəsi Avropanı bir səhnədə birləşdirməkdir və biz buna Rotterdamda nail olmaq qərarındayıq. Bütün sənətçilərin Rotterdamda canlı ifa etdiyi təhlükəsiz bir yarışma keçirmək istəyirik", - deyə o bildirib.

Qeyd olunub ki, Azərbaycan təmsilçisi Samirə Əfəndi və digər iştirakçılar "Avroviziya-2021"dan 5 gün əvvəl Niderlanda gedərək karantində olacaqlar. Onlardan uçuşdan 72 saat əvvəl neqativ koronavirus test nəticəsini ("PCR" test - red.) təqdim etmələri tələb edilir. İfaçılar lazım olmadığı təqdirdə qaldıqları oteldən kənara çıxa bilməyəcəklər. Müsabiqənin bütün heyətindən mütəmadi olaraq test götürüləcək. Media mərkəzinə 500 nəfər dəvət ediləcək, rəqəmsal mühitə 1000 işçi cəlb olunacaq. Müsabiqənin keçirildiyi "Ahoy Arena"nın tutumu kiçildiləcək, 1,5 metr məsafəyə riayət olunacaq. Buna baxmayaraq, yarışda tamaşaçıların iştirak edib-etməyəcəyi barədə aprel ayının ortalarında məlumat veriləcək.

"Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsi onlayn formatda keçiriləcək, nümayəndə heyətlərinin tərkibi və jurnalistlərin sayı ixtisar olunacaq. Mahnı müsabiqəsində tamaşaçıların olub-olmaması barədə qərar isə hələ qəbul edilməyib.

Yeni ssenari çərçivəsində hər bir nümayəndə heyətində iştirakçıların sayı əvvəlki müsabiqələrlə müqayisədə ixtisara salınacaq. Tədbirdə iştirak edəcək jurnalistlərin sayı isə 500 nəfərə qədər məhdudlaşdırılacaq, daha 1000 jurnalist isə müsabiqəni xüsusi mətbuat mərkəzindən işıqlandıracaq. S.Əfəndinin "Avroviziya-2021" mahnısı martın ikinci həftəsində elan olunacaq.

20
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, plan, "Avroviziya" mahnı müsabiqəsi
Çap maşını, arxiv şəkli

Şəhid Cəbrayıl Dövlətzadədən roman yazıldı

21
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

BAKI, 4 mart — Sputnik. Yazıçı Azad Qaradərəli 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından olan 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadənin qısa ömür və döyüş yolundan bəhs edən roman yazıb. Sputnik Azərbaycan xəbər verir ki, "Cəbrayıl əfsanəsi" adlı romanını proloq, epiloq və 19 fəsildən ibarətdir. Hər fəsil qəhrəman həmvətənimizin ömrünün bir ilinə ithaf olunur.

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayon N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayıl Dövlətzadə, sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

21
Teqlər:
kitab, şəhid

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

0
(Yenilənib 00:30 06.03.2021)
Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

BAKI, 6 mart - Sputnik. Bu gün dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin vəfatından 66 il ötür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şüranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkib. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

0