Bakı-Praqa – dostluq palitrası – 1980-2020 adlı beynəlxalq rəsm sərgis

Bakıda beynəlxalq rəsm sərgisi keçirilir

17
(Yenilənib 20:47 13.02.2021)
Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov qeyd edib ki, ən başlıcası, 40 il bundan əvvəl bizim ölkəmizdə öz yaradıcılıqlarını təqdim edən rəssamların hamısı sağ-salamatdır və bu gün biz onların yeni əl işlərinə baxa biləcəyik

BAKI, 13 fevral — Sputnik. Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda "Bakı-Praqa – dostluq palitrası – 1980-2020" adlı beynəlxalq rəsm sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu, ölkəmizdə pandemiya başlanandan bəri təşkil olunan ilk sərgidir. Sərginin öz tarixçəsi də maraqlıdır. Bu barədə ekspozisiyanın təşkilinin təşəbbüskarı, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov söhbət açır: "Biz sərginin açılışına çox sevinirdik. Bu, pandemiya başlanandan bəri bizim ilk tədbirimiz idi. İşsiz oturmaq mümkün deyil. Biz qərara gəldik ki, pandemiyanın şərtlərinə riayət etməklə işləmək olar. Yaradıcı insanlar uzun müddət işsiz otura bilməzlər. Bu sərgidə çexiyalı və azərbaycanlı rəssamların əl işləri təqdim olunur.

  • "Bakı-Praqa – dostluq palitrası – 1980-2020" adlı beynəlxalq rəsm sərgis
    © Sputnik / Kemale Aliyeva
  • "Bakı-Praqa – dostluq palitrası – 1980-2020" adlı beynəlxalq rəsm sərgis
    © Sputnik / Kemale Aliyeva
  • "Bakı-Praqa – dostluq palitrası – 1980-2020" adlı beynəlxalq rəsm sərgis
    © Sputnik / Kemale Aliyeva
1 / 3
© Sputnik / Kemale Aliyeva
"Bakı-Praqa – dostluq palitrası – 1980-2020" adlı beynəlxalq rəsm sərgis

Maraqlı orasıdır ki, bu rəssamların sərgisi 40 il bundan əvvəl Bakıda keçirilib. Dümanın sözlərini bir qədər dəyişərək belə deyə bilərik: biz 40 ildən sonra qarşılaşdıq. Bu, insan həyatında böyük müddətdir. O vaxtdan çox şey dəyişib: bizim o vaxt təmsil etdiyimiz ölkələr də yoxdur, - indi nə SSRİ var, nə də Çexoslovakiya. Hazırda müstəqil Azərbaycan və Çex Respublikası mövcuddur. Lakin dostluq və yaradıcılıq dəyişməz olaraq qalıb".

Sərgidə ümumilikdə 40 rəsm əsəri - hər bir iştirakçı-rəssamın 10 rəsm əsəri təqdim olunur.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov qonaqları salamlayaraq qeyd edib ki, ən başlıcası, 40 il bundan əvvəl bizim ölkəmizdə öz yaradıcılıqlarını təqdim edən rəssamların hamısı sağ-salamatdır və bu gün biz onların yeni əl işlərinə baxa biləcəyik.

© Sputnik / Kemale Aliyeva
Əməkdar rəssam, professor Fikrət Həşimov

Çexiya Respublikasının Azərbaycandakı səfiri Milan Ekert deyib: "40 il bundan əvvəl, 1980-ci ilin noyabrında çexiyalı iki rəssam – Yozef Velçovski və Pavel Vavrisi mədəni mübadilə çərçivəsində Azərbaycana səfər edib, İçərişəhər və Lahıcla tanış olublar. Azərbaycanlı fırça ustaları Arif Hüseynov və Fikrət Həşimov isə Praqaya gedib, köhnə Praqada gəzinti, Moraviya folkloru ilə tanışlıq onların yeni işlərinin mövzusu olub.

© Sputnik / Kemale Aliyeva
Səfir Milan Ekert

Həmin dörd rəssamın 1982-ci ildə Praqada, Moskvada və Bakıda keçirilmiş sərgiləri məhz bu mübadilənin nəticəsi olub.

Bu gün biz başqa aləmdə yaşayırıq. Yeni sənətkarlar nəsli yetişib, Arif Hüseynovun və Yozef Velçovskinin oğlanları buna bariz nümunədir. Bu gün onlar da tanınmış rəssamlardır.

© Sputnik / Kemale Aliyeva
Azərbaycanın Xalq rəssamı Arif Hüseynov

Pandemiya ilə bağlı məhdudiyyətlər rəssamlarımıza Bakıya gəlməyə imkan verməyib, lakin onlar köhnə azərbaycanlı dostları ilə böyük məmnuniyyətlə bu birgə sərgidə iştirak edirlər".

Səfir Milan Ekert sonda bu sərginin təşkilatçısı, belə bir tədbir keçirilməsi təklifi ilə Çex Respublikasının Azərbaycandakı səfirliyinə müraciət edən Arif Hüseynova minnətdarlığımı bildirib.

Əməkdar rəssam, professor Fikrət Həşimov, Milli Məclisin deputatı Qənirə Paşayeva və digərləri sərginin açılışında çıxış ediblər.

17
Gül

Azərbaycanlı müğənninin qızı vəfat edib

9
(Yenilənib 11:51 27.02.2021)
67 yaşlı Şahnaz Bəşirova ürəktutmadan vəfat edib. Qeyd edək ki, Xalq artistinin Şahnaz Bəşirovadan başqa Qəmər adlı qızı da var

BAKI, 27 fevral — Sputnik. Mərhum Xalq artisti Rübabə Muradovanın qızı Şahnaz Bəşirova dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində Rübabə Muradovanın adına açılan səhifədə məlumat verilib.

67 yaşlı Şahnaz Bəşirova ürəktutmadan vəfat edib. Qeyd edək ki, Xalq artistinin Şahnaz Bəşirovadan başqa Qəmər adlı qızı da var.

9
Teqlər:
vəfat, qız, müğənni
Lacivərd sahilin kosmosdan görünüşü, arxiv şəkli

Kannda qeyri-adi muzey açılıb - FOTO

9
Eksponatları muzeyə qayıqda gətirərək kranların köməyilə dalğıclar quraşdırıblar. İndi dayverlər muzeyə giriş üçün pul ödəmədən bu heykəllərə baxa bilərlər. 

BAKI, 27 fevral - Sputnik. Kannda, Lacivərd sahildə yeni, sualtı incəsənət muzeyi açılıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Lonely Planet yazır.

Muzey Sent-Marqerit adasının yaxınlığındadır. Orada iki metr hündürlükdə insan sifəti formasında altı heykəl nümayiş olunur. Bunlar yerli sakinlərin portretidir. Məsələn, onlardan biri 80 yaşlı balıqçı, digəri ibtidai sinfin 9 yaşlı şagirdidir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Jason Decaires Taylor (@jasondecairestaylor)

Hərəsi 12 ton çəkiyə malik heykəllər 3 metr dərinlikdə yerləşdirilib.

Britaniyalı sualtı heykəltaraş Ceyson Dekeyr Teylor bu abidələri yaratmağa dörd il sərf edib. Bunlar rəssamın Aralıq dənizində ilk installyasiyasıdır.

Heykəllər toksik olmayan, pH dərəcəsi neytral sementdən hazırlanıb, yəni ətraf mühitə zərəri yoxdur. Mahiyyətcə heykəllər süni riflərdir, burada mərcanlar, balıqlar və xərçəngkimilər məskən sala bilərlər. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Jason Decaires Taylor (@jasondecairestaylor)

Eksponatları muzeyə qayıqda gətirərək kranların köməyilə dalğıclar quraşdırıblar. İndi dayverlər muzeyə giriş üçün pul ödəmədən bu heykəllərə baxa bilərlər. 

9
13 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, arxiv şəkli

Əfv Komissiyasında yenilik

0
(Yenilənib 13:02 27.02.2021)
"Əfv Komissiyasında Ombudsman da iştirak edir. Hesab edirəm ki, bu da çox mühüm yenilikdir" - Əliməmməd Nuriyev

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. İclasda əfvlə bağlı müraciətlərə baxılacaq. Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında Komissiyanın iclaslarına start verildiyini, hazırda iclasa getdiyini bildirib.

Ə.Nuriyev söyləyib ki, Əfv Komissiyasına xeyli sayda müraciətlər var. Onun sözlərinə görə, artıq komissiyanın üçüncü iclası olub: "İclasda müzakirələr üçün hərtərəfli şərait yaradılıb. Bu gün Əfv Komissiyasında dövlət orqanlarının rəhbərlərinin, parlament üzvlərinin, vətəndaş cəmiyyətinin nümayəndələri ilə yanaşı, Ombudsman da iştirak edir. Hesab edirəm ki, bu da çox mühüm yenilikdir. Onun Əfv Komissiyasında təmsil olunması, iştirakı çox vacibdir. Cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edəcək şəxslər burada təmsil olunurlar".

Ə.Nuriyev bildirib ki, indiyədək komissiyanın keçirdiyi 3 iclasda daxil olan müraciətlərin 300-dən çoxuna baxılıb. O, bütün müraciətlərə xüsusi həssaslıqla baxıldığını qeyd edib. Bildirib ki, hər bir müraciət çox diqqətlə araşdırılır: "Komissiyanın əsasnaməsinə uyğun olaraq müzakirələr aparılır və qiymətləndirmə həyata keçirilir. Əsasnaməyə görə, müraciətə baxılarkən kriteriyalar nəzərə alınmalıdır. Edilən cinayətin təhlükəsi və ağırlıq dərəcəsinə diqqət yetirilir. Cinayətə yol vermiş şəxsin şəxsiyyəti də nəzərə alınır.

Əfv üçün müraciət etmiş şəxslərin səhhəti, yaşı, ailə vəziyyəti, öz əməlindən peşmançılıq çəkməsi, məhbus olduğu müddətdə özünü necə aparması, ziyan varsa, bu ziyanı nə dərəcədə ödəməsi, həmçinin cəzanın nə qədər müddətinin qalması kimi hallar diqqətdə saxlanılır. Dövlətin və cəmiyyətin maraqları, həmin şəxsin azad edilməsinin dövlət və cəmiyyətin maraqlarına nə dərəcədə təsiri də mühüm amillərdən sayılır. Yekunda bunlar nəzərə alınıb qərar qəbul olunur".

Ə.Nuriyev yekun qərarın ölkə prezidenti tərəfindən verildiyini söyləyir. Onun sözlərinə görə, prezident əfv etmək qərarını verə bilər: "Güman edirəm ki, Əfv Komissiyası Novruz bayramına qədər bu işlərinin öhdəsindən uğurla gələcək. Qeyd edim ki, cənab prezidentin dövründə 35 əfv sərəncamı imzalanıb. Bu sərəncamlarla beş mindən artıq şəxs azad olunub. Bu böyük humanizmin nümunəsidir. Biz ölkə prezidentinin fəaliyyətində hər zaman bu humanizm prinsipinin şahidi oluruq".

0
Teqlər:
ombudsman, yenilik, Əfv Məsələləri Komissiyası, əfv