Çəkliş

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda

30
Film ucqar bir kənddə yaşayan məktəbli qızın kənd yolları boyunca yeni qırmızı ayaqqabılarla gəzmə xəyalından bəhs edir.

BAKI, 13 fevral — Sputnik. Azərbaycanlı rejissor Tahir Əliyevin "Qırmızı" filmi 20-21 fevral tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçiriləcək ZİLANT Beynəlxalq Film Festivalının finalçıları arasında yer alıb.

Sputnik Azərbaycan xəbər verir ki, film ucqar bir kənddə yaşayan məktəbli qızın kənd yolları boyunca yeni qırmızı ayaqqabılarla gəzmə xəyalından bəhs edir.

ZİLANT Film Festivalı 2017-ci ildən keçirilir və ildə iki dəfə baş tutur.

30
Uill Smit, arxiv şəkli

Məşhur aktyor özünü siyasətdə sınayacaq

10
(Yenilənib 13:38 03.03.2021)
Smit: “Mən nikbinəm və insanlar arasında anlaşma və harmoniyanın ola biləcəyinə inanıram. Aktyorluqla məşğul olsam da, siyasi arenaya girsəm də buna mütləq töhfə verəcəyəm”.

BAKI, 3 mart — Sputnik. Amerikalı aktyor və rejissor Uill Smit özünü siyasət aləmində sınayacaq.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki,  sənətçi yaxın gələcəkdə hansısa siyasi post üçün müraciət edəcəyini bildirib: “Mən nikbinəm və insanlar arasında anlaşma və harmoniyanın ola biləcəyinə inanıram. Aktyorluqla məşğul olsam da, siyasi arenaya girsəm də buna mütləq töhfə verəcəyəm”.

Bununla yanaşı, o, fəaliyyət sahəsini nə vaxt dəyişəcəyini deməyib.

Afroamerikalı ulduz ötən il ABŞ-da rasizmə qarşı etirazları dəstəkləyib. O, hətta bu problem üçün bir araya gələn müasir gəncliklə fəxr etdiyini də dilə gətirib.

Beş il əvvəl aktyor ABŞ-da prezidentliyə namizəd ola biləcəyini demişdi.

10
Rotterdamda Erazm körpüsü Niderland bayrağının rənglərində, arxiv şəkli

"Eurovision-2021" qısaldılmış formatda keçiriləcək

7
(Yenilənib 10:53 03.03.2021)
Yeni ssenari çərçivəsində hər bir nümayəndə heyətində iştirakçıların sayı əvvəlki müsabiqələrlə müqayisədə ixtisara salınacaq. Tədbirdə iştirak edəcək jurnalistlərin sayı isə 500 nəfərə qədər məhdudlaşdırılacaq.

BAKI, 3 mart — Sputnik. "Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsi online formatda keçiriləcək, nümayəndə heyətlərinin tərkibi və jurnalistlərin sayı ixtisar olunacaq. Mahni müsabiqəsində tamaşaçıların olub-olmaması barədə qərar isə hələ qəbul edilməyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Avroviziya" müsabiqəsinin təşkilatçıları məlumat yayıb.

Yeni ssenari çərçivəsində hər bir nümayəndə heyətində iştirakçıların sayı əvvəlki müsabiqələrlə müqayisədə ixtisara salınacaq. Tədbirdə iştirak edəcək jurnalistlərin sayı isə 500 nəfərə qədər məhdudlaşdırılacaq, daha 1000 jurnalist isə müsabiqəni xüsusi mətbuat mərkəzindən işıqlandıracaq.

"Avroviziya-2021" müsabiqəsinə tamaşaçıların buraxılması barədə qərar isə sonra müzakirə olunacaq. Təşkilatçılar şəraitin dəyişə biləcəyini istisna etmirlər.

7
Alma bağı, arxiv şəkli

Rusiya Azərbaycan alma pomidorunun idxalına icazə verdi

0
İdxala icazə qərarını Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə aparılan video yoxlamalar nəticəsində, həmçinin AQTA-nın zəmanəti altında verilib.

BAKI, 3 mart — Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") martın 3-ündən etibarən 8 Azərbaycan müəssisəsindən alma, 19 şirkətdən isə pomidor idxalına icazə verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat "Rosselxoznadzor"-un saytında yerləşdirilib.

Məlumatda qeyd olunur ki, qurum idxala icazə qərarını Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə apardığı video yoxlamalar nəticəsində, həmçinin AQTA-nın zəmanəti altında verib.

İcazə verilən şirkətlərin siyahısı Rusiya qurumunun saytında yerləşdirilib.

0