Körpə

Qırx iki yaşlı aktrisa ana olub

19
(Yenilənib 23:13 12.02.2021)
Musiqiçi Sinan Güleryüz və aktrisa Özge Özderin övladı dünyaya gəlib. Özder hazırda reytinqli layihələrdən olan "Sadakatsiz" serialında həkim Dərya obrazını canlandırır.

BAKI, 12 fevral — Sputnik. Musiqiçi Sinan Güleryüz və aktrisa Özge Özderin övladı dünyaya gəlib. 2018-ci ildə ailə həyatı quran cütlüyün qızı olub. Sputnik Azərbaycan xəbər verir ki, 42 yaşlı sənətçi bu barədə sosial şəbəkə hesabında məlumat verib.

View this post on Instagram

A post shared by Özge Özder (@ozzgeozder)

Aktrisa "Qucağımızdasan artıq. Xoş gəldin, ay qızım" sözlərini yazıb.  Özge Luna adı verdiyi körpəsinin səhhətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Özder hazırda reytinqli layihələrdən olan "Sadakatsiz" serialında həkim Dərya obrazına həyat verir.

19
 Rafiq Əziz

Azərbaycanlı rəssam öz əsərini Ərdoğana hədiyyə edib

4
(Yenilənib 18:19 27.02.2021)
Rafiq Əziz Türkiyə Cümhuriyyəti Zərbxanası tərəfindən bu günə kimi basılmış 8 Gümüş Xatirə yubiley pulunun eskiz və dizaynın müəllifidir

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Ötən gün Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın doğum günü münasibətilə Azərbaycan xalqı adından İstanbulda yaşayan soydaşımız, Əməkdar İncəsənət xadimi, professor Rafiq Əziz əsərini təqdim edib.

Bu barədə Sputnik Azərbaycan-a danışan rəssamın sözlərinə görə, o, "1071 Malazgirt Meydan savaşı" adlı yağlı boya əsərini Rəcəb Tayyib Ərdoğana hədiyyə edərək onu təbrik edib: "Görüş İstanbulun Üsküdar bələdiyyəsi, "Üçüncü Nevməkan"ın açılışında təşkil olunub. Görüşdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın, professor Numan Kurtulmuş, İstanbul valisi Ali Yerli Kaya, Üsküdar Bələdiyyə başçısı Hilmi Türkmən və digər rəsmi şəxslər iştirak ediblər".

Mərasimdə Prezident Ərdoğan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bir daha Azərbaycan xalqına başsağlığı verib, hər platformada daim Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.

Məlumat üçün bildirək ki, Rafiq Əziz uzun illərdir Türkiyədə yaşayır. Müxtəlif ölkələrdə təşkil edilən 19 fərdi sərginin müəllifidir. 160-dan çox qrup sərgisində (müxtəlif ölkələrdə) iştirak edib. Türkiyənin dövlət muzeylərində onun 170-dən çox tarixi mövzuda yağlı boya rəsm əsərləri saxlanılır. Türkiyə Cümhuriyyəti Zərbxanası tərəfindən bu günə kimi basılmış 8 Gümüş Xatirə yubiley pulunun eskiz və dizaynın müəllifidir.

4
Teqlər:
rəsm, hədiyyə, azərbaycanlı, rəssam, Rəcəb Tayyip Ərdoğan, Azərbaycan, Türkiyə
Anar Kərimov

Gənclər üçün Latviya təcrübəsi: nazirlik mədəni layihələrə üstünlük verir

5
(Yenilənib 17:40 27.02.2021)
Müzakirə zamanı Azərbaycanın işğaldan azad olunan ərazilərində Ermənistan tərəfindən dağıdılan tarixi-mədəni abidələrin, təcavüzkar siyasətə məruz qalan mədəni irsimizin bərpası ilə bağlı məsələlərə toxunulub

BAKI, 27 fevral — Sputnik. Mədəniyyət naziri Anar Kərimov Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançs ilə görüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, A.Kərimov iki ölkə arasında mədəni əlaqələrdən söz açıb.

Bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan nazir Latviya ilə yaradıcı mədəniyyət sənayeləri, habelə kino və musiqi sahələrində qarşılıqlı əməkdaşlıqda maraqlı olduğumuzu bildirib.

Azərbaycan və Latviya arasında imzalanan əməkdaşlıq sənədlərinə toxunan A.Kərimov bu zəmində layihə yönümlü fəaliyyətə üstünlük verilməsinin əhəmiyyətini qeyd edib.

Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən səfir D.Garançs Latviya tərəfinin də sıx əməkdaşlığa hazır olduğunu ifadə edib. Diplomat iki ölkə arasında, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək birgə layihələrin bu əlaqələrin daha da dərinləşdirilməsinə töhfə verəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı mədəniyyət tədbirlərinin keçirilməsi, müasir incəsənətin inkişafı, kino sahəsində fəaliyyət göstərən ekspertlərin iştirakı ilə ustad dərslərinin təşkili, filmlərin çəkilməsi və digər sahələrdə təcrübə mübadiləsi və bu prosesə gənclərin, tələbələrin cəlb olunması məsələləri müzakirə edilib.

Müzakirə zamanı Azərbaycanın işğaldan azad olunan ərazilərində Ermənistan tərəfindən dağıdılan tarixi-mədəni abidələrin, təcavüzkar siyasətə məruz qalan mədəni irsimizin bərpası ilə bağlı məsələlərə toxunulub.

Sonda gələcək əməkdaşlıq perspektivləri və tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.

5
Rusiyada epdimioloji vəziyyət

Rusiyada bir gündə dörd yüzdən çox adam koronavirusdan öldü

0
(Yenilənib 19:00 27.02.2021)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4234720-yə çatıb. Rusiyada pandemiya yayılandan 85743 nəfər COVID-19-dan vəfat edib

BAKI, 27 fevral — Sputnik. Son bir sutka ərzində Rusiyada 11534 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 439 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4234720-yə çatıb. Rusiyada pandemiya yayılandan 85743 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3799406-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 113,4 milyonu keçib, 2,51 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Teqlər:
ölənlər, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Rusiya
Mövzu:
Yeni tip koronavirus pandemiyası