Barak Obama və həyat yoldaşı Mişel Obama

Obama cütlüyü "Netflix"lə əməkdaşlıq edəcək

210
(Yenilənib 22:57 09.02.2021)
Obama cütlüyü "Higher Ground Productions" vasitəsilə iki serial, dörd yeni filmin hazırlıqlarını davam etdirir. Seriallardan birinin, Angeline Boulleyin hələ satışa çıxmayan yeni romanı əsasında çəkiləcəyi bildirilib.

BAKI, 10 fevral — Sputnik. ABŞ-ın eks-prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama tərəfindən qurulan "Supreme Ground Productions"-ın 6 yeni layihədə "Netflix" ilə əməkdaşlıq edəcəyi açıqlanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 2018-ci ildə "Netflix" ilə müqavilə bağlayan Obama cütlüyünün layihələri bəlli olub. Obama cütlüyü "Higher Ground Productions" vasitəsilə iki serial, dörd yeni filmin hazırlıqlarını davam etdirir. Seriallardan birinin, Angeline Boulleyin hələ satışa çıxmayan yeni romanı əsasında çəkiləcəyi bildirilib.

"Great National Parks" adlı sənədli filmdə isə Amerikanın ən əhəmiyyətli milli parklarından bəhs olunacaq. Film layihələrində "Exit West"in baş rol ifaçısı Riz Ahmed yer alır. Filmdə fövqəltəbii bir hadisə səbəbilə həyata keçən qlobal köç əsnasında yaşanan eşq hekayəsindən bəhs olunacaq.

Everestə çıxan ilk alpinist Tenzing Norgayın real həyat hekayəsindən bəhs edən "Tenzing", 29 yaşındakı Celestinanın ilk evliliyinin həyata keçdiyi gündən bəhs edən "The Young Wife" və fantastic film "Satellite№ da " yeni Obama layihələri sırasındadır.

210
Gül

Azərbaycanlı müğənninin qızı vəfat edib

12
(Yenilənib 11:51 27.02.2021)
67 yaşlı Şahnaz Bəşirova ürəktutmadan vəfat edib. Qeyd edək ki, Xalq artistinin Şahnaz Bəşirovadan başqa Qəmər adlı qızı da var

BAKI, 27 fevral — Sputnik. Mərhum Xalq artisti Rübabə Muradovanın qızı Şahnaz Bəşirova dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində Rübabə Muradovanın adına açılan səhifədə məlumat verilib.

67 yaşlı Şahnaz Bəşirova ürəktutmadan vəfat edib. Qeyd edək ki, Xalq artistinin Şahnaz Bəşirovadan başqa Qəmər adlı qızı da var.

12
Teqlər:
vəfat, qız, müğənni
Lacivərd sahilin kosmosdan görünüşü, arxiv şəkli

Kannda qeyri-adi muzey açılıb - FOTO

10
Eksponatları muzeyə qayıqda gətirərək kranların köməyilə dalğıclar quraşdırıblar. İndi dayverlər muzeyə giriş üçün pul ödəmədən bu heykəllərə baxa bilərlər. 

BAKI, 27 fevral - Sputnik. Kannda, Lacivərd sahildə yeni, sualtı incəsənət muzeyi açılıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Lonely Planet yazır.

Muzey Sent-Marqerit adasının yaxınlığındadır. Orada iki metr hündürlükdə insan sifəti formasında altı heykəl nümayiş olunur. Bunlar yerli sakinlərin portretidir. Məsələn, onlardan biri 80 yaşlı balıqçı, digəri ibtidai sinfin 9 yaşlı şagirdidir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Jason Decaires Taylor (@jasondecairestaylor)

Hərəsi 12 ton çəkiyə malik heykəllər 3 metr dərinlikdə yerləşdirilib.

Britaniyalı sualtı heykəltaraş Ceyson Dekeyr Teylor bu abidələri yaratmağa dörd il sərf edib. Bunlar rəssamın Aralıq dənizində ilk installyasiyasıdır.

Heykəllər toksik olmayan, pH dərəcəsi neytral sementdən hazırlanıb, yəni ətraf mühitə zərəri yoxdur. Mahiyyətcə heykəllər süni riflərdir, burada mərcanlar, balıqlar və xərçəngkimilər məskən sala bilərlər. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Jason Decaires Taylor (@jasondecairestaylor)

Eksponatları muzeyə qayıqda gətirərək kranların köməyilə dalğıclar quraşdırıblar. İndi dayverlər muzeyə giriş üçün pul ödəmədən bu heykəllərə baxa bilərlər. 

10

Ombudsman: Ermənistan etnik nifrət siyasətindən çəkinməlidir

0
(Yenilənib 13:44 27.02.2021)
Həm siyasi sabitlik, həm də iqtisadi inkişaf baxımından yalnız Azərbaycan və Ermənistan deyil, bütün bölgə bundan faydalanacaqdır.

BAKI, 27 fevral — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Ermənistanın nifrət siyasəti və Xocalı soyqırımı" adlı məqalə yazıb.

Sputnik Azərbaycan məqaləni təqdim edir:

"Digər millətlərə qarşı nifrət Ermənistanda dövlət siyasətinin əsas tərkib hissəsidir. Bunu bölgədəki mövcudluqlarını qorumaq üçün əsas vasitə hesab edirlər. Şübhəsiz ki, cəmiyyətdə digər millətlərə qarşı nifrətin, ksenofobiyanın yayılması bir daha təcavüzü təşviq edir və işğal siyasətini dəstəkləyir.

Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan deyib: "Xocalıdan qabaq azərbaycanlılar bizim onlarla zarafat etdiyimizi, ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındıra bildik və bütün bunlar baş verdi".

S.Sarkisyan Qarabağda bir növ etnik təmizləmənin baş verdiyini etiraf edərək əlavə edib: "Əks təqdirdə bu mümkün deyildi". Köməksiz və silahsız mülki əhalinin məhv edildiyi Xocalı şəhərinə edilən xaincəsinə hücum zamanı S.Sarkisyan yüksək rütbəli komandirlərdən biri idi.

O qeyd edib: "Mərmi uçarkən mülki sakinlə əsgər arasında fərq qoymur, onun gözləri yoxdur. Tərk etmək üçün yaxşı imkanı olmasına baxmayaraq, mülki əhali orada qalırsa, bu onların da hərbi əməliyyatlarda iştirak etməsi deməkdir..."

Bundan başqa, erməni terrorçusu Monte Melkonyanın qardaşı Markar Melkonyan Xocalıda erməni əsgərlərinin qəddarlığını təsvir edərək qeyd edib: "Döyüşçülər bıçaqlarını çıxardılar... bıçaqlamağa başladılar... Monte qadın və qız uşaqlarının sınmış gəlinciklər kimi dağınıq səpələndiyi otlara ayaq basdı".

Təəssüf ki, Ermənistanda dövlət səviyyəsində Azərbaycana və onun əhalisinə qarşı nifrətin qızışdırılması və dəstəklənməsi siyasəti həyata keçirilir. Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilən Xocalı soyqırımı və digər qətliamlar bu siyasətin danılmaz nəticəsi oldu.

Şübhəsiz ki, Ermənistan etnik nifrət siyasətindən çəkinməli və münaqişədən sonrakı sülh quruculuğu prosesini, iki xalqın dinc yanaşı yaşamasını bərpa etmək üçün tədbirlər görməlidir. Həm siyasi sabitlik, həm də iqtisadi inkişaf baxımından yalnız Azərbaycan və Ermənistan deyil, bütün bölgə bundan faydalanacaqdır".

0
Teqlər:
nifrət, soyqırım, Xocalı, Azərbaycan, Ermənistan, ombudsman