Çəkiliş, arxiv şəkli

"Çukur" serialında Nəsiminin qəzəlinə bəstələnmiş musiqi səslənib

35
(Yenilənib 23:39 09.02.2021)
Məşhur iranlı müğənni və bəstəkar Cavid Murtezaoğlu sözügedən mahnını ötən il bəstələyib. Tanınmış müğənni ötən ilin yay aylarında koronavirusdan vəfat edib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. Türkiyənin məşhur "Çukur" serialının yeni bölümündə dahi Azərbaycan şairi Nəsiminin "Sığmazam" qəzəlinə bəstələnmiş musiqi səslənib. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən musiqinin bəstəkarı və ifaçısı dünyaca məşhur Cavid Murtezaoğludur.

Qeyd edək ki, məşhur iranlı müğənni və bəstəkar Cavid Murtezaoğlu sözügedən mahnını ötən il bəstələyib. Tanınmış müğənni ötən ilin yay aylarında koronavirusdan vəfat edib.

35
Tisian Veçellionun əsəri, arxiv şəkli

Tisianın itmiş hesab olunan əsərlərindən biri təsadüf nəticəsində tapılıb

6
Bərpaçı ehtimal edir ki, Tisianın üzünü kətana oğlu və tələbəsi Horasio Veçellio əlavə edib. Kətanı ultrabənövşəyi şüalarla işıqlandıran Mur sənətkarın imzasını da görüb: TITIANVS.

BAKI, 3 mart — Sputnik. İtalyan rəssam, XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri Tisian Veçellionun itmiş hesab olunan əsərlərindən biri tapılıb. Rəsmi britaniyalı restavrator və sənətşünas Ronald Mur İngiltərədə əyalət kilsələrinin birində aşkarlayıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, intibah dövrünə aid rəsm Ledburi şəhərində "Müqəddəs Mixail və bütün mələkləri" məbədində təsadüfən diqqətini çəkib. Əsər yüz ildən artıq idi ki, orada heç kim tərəfindən tanınmadan asılı halda qalıbmış.

Ronald Mur Leonardo da Vinçinin "Son Şam yeməyi" freskasının 19-cu əsrə aid nüsxəsini bərpa etmək üçün oraya gedibmiş. O, kilsənin gözdən uzaq küncündə üzəri eyni mövzuda işlənmiş kətan tapıb. Əsərə baxdıqda onun çox-çox əvvəl çəkildiyi aydın olub.

Rəsmdən bir neçə qat solğun lak silindikdən sonra Mur Tisianın "imzasını" - həvarilərdən birinin obrazında sənətkarın öz portretini tapıb. Bərpaçı ehtimal edir ki, Tisianın üzünü kətana oğlu və tələbəsi Horasio Veçellio əlavə edib. Kətanı ultrabənövşəyi şüalarla işıqlandıran Mur sənətkarın imzasını da görüb: TITIANVS.

 

6
Yavuz Sultan Səlim körpüsünün açılış mərasimi. İstanbul, 26 avqust 2016-cı il

Sultan Səlimin həyatı haqda film çəkiləcək

9
(Yenilənib 19:27 03.03.2021)
Filmin prodüseri Xalid Arabacı açıqlamasında filmin Sultan Səlimin Misir səfərləri və Hicazın idarəsinin Osmanlılara keçdiyi dövrü əhatə edəcəyini bildirib.

 

BAKI, 3 mart — Sputnik. "Dövrünün İskəndəri" adlandırılan Osmanlı sultanlarından Yavuz Sultan Səlimin həyatı ekranlara daşınır.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Sultan Səlimin həyatından bəhs olunan filmin 2023- cü ildə nümayişi gözlənilir.

Xalid Arabacının prodüserliyi ilə çəkilən filmin kastinq işlərinin davam etdirildiyi bildirilib.

Qeyd edək ki, Sultan Səlim haqqında bir neçə dəfə film çəkilməyə cəhd edilsə də hər dəfə müəyyən səbəblərdən yarımçıq qalıb. Filmin prodüseri Xalid Arabacı açıqlamasında filmin Sultan Səlimin Misir səfərləri və Hicazın idarəsinin Osmanlılara keçdiyi dövrü əhatə edəcəyini bildirib.

9
Teqlər:
Yavuz Sultan Səlim, sultan, Osmanlı, Türkiyә, film
 Hafiz Əzimzadə

Ağdamda minaya düşən şəxsdən xəbər var - FOTO

0
Bu gün saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb.

 

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Ağdam rayonunun Novruzlu kəndi ərazisində minaya düşən Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin durumu haqda həkimi Sputnik Azərbaycan-a məlumat verib.

Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Xalid Məmmədov bildirib ki, az əvvəl Hafiz Əzimzadənin əməliyyatı uğurla başa çatıb: “Bu gün partlayış travması nəticəsində xəstə ağır vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirildi. Xəstə sağ aşağı ətrafında, baldırın aşağı üçdə bir hissəsində sümük əzələ sistemi dağılmış vəziyyətdə daxil olub. Yaranın həyat üçün təhlükə yarada biləcəyi nəzərə alınaraq, xəstənin baldırının yuxarı üçdə bir hissəsində amputasiya əməliyyatı aparıldı. Hazırda xəstə üçün reanimasiya tədbirləri davam etdirilir. Vəziyyəti ümumi orta ağır olaraq qalır”. 

© Sputnik / Emin Babayev
Travmatoloq Xalid Məmmədov

Qeyd edək ki, bu gün saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb.

0
Teqlər:
amputasiya, əməliyyat, mina, vəzifəli şəxs, Ağdam