Xalq yazıçısı Kamal Abdulla

"Türk ədəbiyyatı" jurnalının xüsusi buraxılışı Kamal Abdullaya həsr olunub

11
(Yenilənib 18:13 09.02.2021)
"Türk ədəbiyyatı" jurnalının xüsusi buraxılışında Umberto Eko, Franko Kardini, Klod Aliber, Anar, Yuli Polyakov, Həsənağa Turabov, Ramiz Rövşən, İrfan Ülkü və başqalarının Kamal Abdullanın yaradıcılığı haqqında fikirləri yer alıb

BAKI, 9 fevral — Sputnik. Türk Ədəbiyyat Vəqfinin nəşri olan "Türk ədəbiyyatı" jurnalının xüsusi buraxılışı Xalq yazıçısı Kamal Abdullanın 70 illik yubileyinə həsr olunub.

Sputnik Azərbaycan xəbər verir ki, jurnalda Xalq şairi Ramiz Rövşənin Kamal Abdullaya həsr etdiyi "Bir ovuc suda", Rüstəm Behrudinin həsr etdiyi "Təkbaşına adam" şeiri, akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatında postmodernizmin qurucusu və Xalq yazıçısı: Kamal Abdulla", Ahmed B.Erculasunun "Kamal Abdullanın 70 yaşına", Ali Duymazın "Kılbaşın semantik boşluğu", professor Jalə Qəribovanın "Var ilə yox arasında: Kamal Abdullanın əsərlərində "yox " ontologiyasına qısa baxış", Lyudmila Lavrovanın "Sonuna qədər söylənməmiş sözün sehri", Hendrik Beoschotenin "İki yarımçıq əlyazma-qarşılaşdırma", AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun "Ədəbiyyatda Kamal Abdulla", Maks Statkiyeviçin "Kamal Abdullanın "Yarımçıq əlyazma"sından yarımçıq əlyazmaya doğru: yazı əfsanəyə qarşı", Ramazan Korkmazın "Dədə Qorqudun çağdaş üzü: Kamal Abdulla", Fatih Kəskinin "Yarımçıq əlyazma", Beyrəyin mətnlərarası əlaqəsi", Elçin İbrahimovun "Kamal Abdulla: Qorqudşünaslıq dərsləri", Rukiyə Boran Kayanın "Unutmağa kimsə yox" romanına dair məqalələri dərc edilib. Jurnalda Kamal Abdullanın "İnan ona", "Ölü quş olub daş kimi düşsəm", "O gün", "Unutmağa kimsə yox", "Sən yenə yoxsan" və s. şeirləri də yer alıb.

Eyni zamanda, "Türk ədəbiyyatı" jurnalının xüsusi buraxılışındakı "Nə dedilər?" bölməsində Umberto Eko, Franko Kardini, Klod Aliber, Anar, Yuli Polyakov, Həsənağa Turabov, Ramiz Rövşən, İrfan Ülkü və başqalarının Kamal Abdullanın yaradıcılığı haqqında fikirləri də yer alıb.

11
Gül

Azərbaycanlı müğənninin qızı vəfat edib

9
(Yenilənib 11:51 27.02.2021)
67 yaşlı Şahnaz Bəşirova ürəktutmadan vəfat edib. Qeyd edək ki, Xalq artistinin Şahnaz Bəşirovadan başqa Qəmər adlı qızı da var

BAKI, 27 fevral — Sputnik. Mərhum Xalq artisti Rübabə Muradovanın qızı Şahnaz Bəşirova dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində Rübabə Muradovanın adına açılan səhifədə məlumat verilib.

67 yaşlı Şahnaz Bəşirova ürəktutmadan vəfat edib. Qeyd edək ki, Xalq artistinin Şahnaz Bəşirovadan başqa Qəmər adlı qızı da var.

9
Teqlər:
vəfat, qız, müğənni
Lacivərd sahilin kosmosdan görünüşü, arxiv şəkli

Kannda qeyri-adi muzey açılıb - FOTO

9
Eksponatları muzeyə qayıqda gətirərək kranların köməyilə dalğıclar quraşdırıblar. İndi dayverlər muzeyə giriş üçün pul ödəmədən bu heykəllərə baxa bilərlər. 

BAKI, 27 fevral - Sputnik. Kannda, Lacivərd sahildə yeni, sualtı incəsənət muzeyi açılıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Lonely Planet yazır.

Muzey Sent-Marqerit adasının yaxınlığındadır. Orada iki metr hündürlükdə insan sifəti formasında altı heykəl nümayiş olunur. Bunlar yerli sakinlərin portretidir. Məsələn, onlardan biri 80 yaşlı balıqçı, digəri ibtidai sinfin 9 yaşlı şagirdidir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Jason Decaires Taylor (@jasondecairestaylor)

Hərəsi 12 ton çəkiyə malik heykəllər 3 metr dərinlikdə yerləşdirilib.

Britaniyalı sualtı heykəltaraş Ceyson Dekeyr Teylor bu abidələri yaratmağa dörd il sərf edib. Bunlar rəssamın Aralıq dənizində ilk installyasiyasıdır.

Heykəllər toksik olmayan, pH dərəcəsi neytral sementdən hazırlanıb, yəni ətraf mühitə zərəri yoxdur. Mahiyyətcə heykəllər süni riflərdir, burada mərcanlar, balıqlar və xərçəngkimilər məskən sala bilərlər. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Jason Decaires Taylor (@jasondecairestaylor)

Eksponatları muzeyə qayıqda gətirərək kranların köməyilə dalğıclar quraşdırıblar. İndi dayverlər muzeyə giriş üçün pul ödəmədən bu heykəllərə baxa bilərlər. 

9

Dünyanın məşhur şəlalərindən biri kəskin şaxtaların qurbanı oldu - VIDEO

0
(Yenilənib 12:14 27.02.2021)
Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Belə ki, ABŞ və Kanada sərhəddind

Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Belə ki, ABŞ və Kanada sərhəddində yerləşən Niaqara şəlaləsi də donub.

Kəskin şaxtalar nəticəsində məşhur Niaqara şəlaləsi donub. Donmuş şəlalə mənzərəsi görmək istəyən turistlərin sayı bu səbəbdən xeyli artıb.

0