Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Türkiyə musiqisinin ən güclü səslərindən biri vəfat etdi

© Photo : Instagram / hunercoskunerofficialHünər Coşqunər, arxiv şəkli
Hünər Coşqunər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.02.2021
Abunə olmaq
Sosial layihələrdə iştirak edən Hünər Coşqunər könüllü olaraq Leykozlu Uşaqlar Vəqfi və Dünya Şizofreniya və Fiziki Əlillər Dərnəyində çalışıb. Albom və şeir kitabından əldə etdiyi gəlirlərin bir hissəsini bu fondlara və dərnəklərə bağışlayıb.

BAKI, 5 fevral — Sputnik. Məşhur türkiyəli müğənni Hünər Coşqunər 58 yaşında vəfat edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni sümük iliyi xərçəngindən əziyyət çəkirdi və reanimasiyaya yerləşdirilmişdi.

Məlumat üçün bildirək ki, 1963-cü ildə dünyaya gələn müğənni ilk albomunu 1987-ci ildə çıxarıb. O, Türkiyə musiqisinin ən güclü səslərindən biri idi.

Sosial layihələrdə iştirak edən Hünər Coşqunər könüllü olaraq Leykozlu Uşaqlar Vəqfi və Dünya Şizofreniya və Fiziki Əlillər Dərnəyində çalışıb. Albom və şeir kitabından əldə etdiyi gəlirlərin bir hissəsini bu fondlara və dərnəklərə bağışlayıb. 80-90-ların ən məşhur müğənnisi "Doğuş", "Sakın Dönme Geriye", "Beni Sevmeni İstiyorum", "Gidemezsin", "Haydi Tut Ellerimi", "Gidiyor", "Olamaz", "Bir Evcilik Oyunu", "Bir Hüner Coşkuner Klasiği" "Beni Tek Sen Anlarsın", "Ben Ölürüm", "İşte Düet Sevemem"və s. albomların müəllifi olub.

Xəbər lenti
0