Yaşayış kompleksi

Bank müğənnini evini əlindən almaqla hədələyib - VİDEO

35
(Yenilənib 18:16 04.02.2021)
Bu haqda müğənni "Günə bir şou" proqramında qonaq olarkən danışılıb. Daha sonra isə bildirilib ki, müğənninin banka olan borcunu həmkarı Manaf Ağayev ödəyib

BAKI, 4 fevral — Sputnik. Müğənni Günel Ələkbərova kreditə götürdüyü evinin aylıq haqqını ödəyə bilməyib.

Sputnik Azərbaycan xəbər verir ki, borclu olduğu bank sənətçiyə bunla bağlı dəfələrlə xəbərdarlıq edib.

Onlar bildiriblər ki, ev Günelin əlindən alınacaq və satışa çıxarılacaq.

Bu haqda müğənni "Günə bir şou" proqramında qonaq olarkən danışılıb. Daha sonra isə bildirilib ki, Ələkbərovanın evinin banka olan borcunu müğənni Manaf Ağayev ödəyib.

35
Teqlər:
Manaf Ağayev, bank, borc, kredit, mənzil, müğənni
Gül

Azərbaycanlı müğənninin qızı vəfat edib

12
(Yenilənib 11:51 27.02.2021)
67 yaşlı Şahnaz Bəşirova ürəktutmadan vəfat edib. Qeyd edək ki, Xalq artistinin Şahnaz Bəşirovadan başqa Qəmər adlı qızı da var

BAKI, 27 fevral — Sputnik. Mərhum Xalq artisti Rübabə Muradovanın qızı Şahnaz Bəşirova dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində Rübabə Muradovanın adına açılan səhifədə məlumat verilib.

67 yaşlı Şahnaz Bəşirova ürəktutmadan vəfat edib. Qeyd edək ki, Xalq artistinin Şahnaz Bəşirovadan başqa Qəmər adlı qızı da var.

12
Teqlər:
vəfat, qız, müğənni
Lacivərd sahilin kosmosdan görünüşü, arxiv şəkli

Kannda qeyri-adi muzey açılıb - FOTO

10
Eksponatları muzeyə qayıqda gətirərək kranların köməyilə dalğıclar quraşdırıblar. İndi dayverlər muzeyə giriş üçün pul ödəmədən bu heykəllərə baxa bilərlər. 

BAKI, 27 fevral - Sputnik. Kannda, Lacivərd sahildə yeni, sualtı incəsənət muzeyi açılıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Lonely Planet yazır.

Muzey Sent-Marqerit adasının yaxınlığındadır. Orada iki metr hündürlükdə insan sifəti formasında altı heykəl nümayiş olunur. Bunlar yerli sakinlərin portretidir. Məsələn, onlardan biri 80 yaşlı balıqçı, digəri ibtidai sinfin 9 yaşlı şagirdidir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Jason Decaires Taylor (@jasondecairestaylor)

Hərəsi 12 ton çəkiyə malik heykəllər 3 metr dərinlikdə yerləşdirilib.

Britaniyalı sualtı heykəltaraş Ceyson Dekeyr Teylor bu abidələri yaratmağa dörd il sərf edib. Bunlar rəssamın Aralıq dənizində ilk installyasiyasıdır.

Heykəllər toksik olmayan, pH dərəcəsi neytral sementdən hazırlanıb, yəni ətraf mühitə zərəri yoxdur. Mahiyyətcə heykəllər süni riflərdir, burada mərcanlar, balıqlar və xərçəngkimilər məskən sala bilərlər. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Jason Decaires Taylor (@jasondecairestaylor)

Eksponatları muzeyə qayıqda gətirərək kranların köməyilə dalğıclar quraşdırıblar. İndi dayverlər muzeyə giriş üçün pul ödəmədən bu heykəllərə baxa bilərlər. 

10

Ombudsman: Ermənistan etnik nifrət siyasətindən çəkinməlidir

0
(Yenilənib 13:44 27.02.2021)
Həm siyasi sabitlik, həm də iqtisadi inkişaf baxımından yalnız Azərbaycan və Ermənistan deyil, bütün bölgə bundan faydalanacaqdır.

BAKI, 27 fevral — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Ermənistanın nifrət siyasəti və Xocalı soyqırımı" adlı məqalə yazıb.

Sputnik Azərbaycan məqaləni təqdim edir:

"Digər millətlərə qarşı nifrət Ermənistanda dövlət siyasətinin əsas tərkib hissəsidir. Bunu bölgədəki mövcudluqlarını qorumaq üçün əsas vasitə hesab edirlər. Şübhəsiz ki, cəmiyyətdə digər millətlərə qarşı nifrətin, ksenofobiyanın yayılması bir daha təcavüzü təşviq edir və işğal siyasətini dəstəkləyir.

Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan deyib: "Xocalıdan qabaq azərbaycanlılar bizim onlarla zarafat etdiyimizi, ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındıra bildik və bütün bunlar baş verdi".

S.Sarkisyan Qarabağda bir növ etnik təmizləmənin baş verdiyini etiraf edərək əlavə edib: "Əks təqdirdə bu mümkün deyildi". Köməksiz və silahsız mülki əhalinin məhv edildiyi Xocalı şəhərinə edilən xaincəsinə hücum zamanı S.Sarkisyan yüksək rütbəli komandirlərdən biri idi.

O qeyd edib: "Mərmi uçarkən mülki sakinlə əsgər arasında fərq qoymur, onun gözləri yoxdur. Tərk etmək üçün yaxşı imkanı olmasına baxmayaraq, mülki əhali orada qalırsa, bu onların da hərbi əməliyyatlarda iştirak etməsi deməkdir..."

Bundan başqa, erməni terrorçusu Monte Melkonyanın qardaşı Markar Melkonyan Xocalıda erməni əsgərlərinin qəddarlığını təsvir edərək qeyd edib: "Döyüşçülər bıçaqlarını çıxardılar... bıçaqlamağa başladılar... Monte qadın və qız uşaqlarının sınmış gəlinciklər kimi dağınıq səpələndiyi otlara ayaq basdı".

Təəssüf ki, Ermənistanda dövlət səviyyəsində Azərbaycana və onun əhalisinə qarşı nifrətin qızışdırılması və dəstəklənməsi siyasəti həyata keçirilir. Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilən Xocalı soyqırımı və digər qətliamlar bu siyasətin danılmaz nəticəsi oldu.

Şübhəsiz ki, Ermənistan etnik nifrət siyasətindən çəkinməli və münaqişədən sonrakı sülh quruculuğu prosesini, iki xalqın dinc yanaşı yaşamasını bərpa etmək üçün tədbirlər görməlidir. Həm siyasi sabitlik, həm də iqtisadi inkişaf baxımından yalnız Azərbaycan və Ermənistan deyil, bütün bölgə bundan faydalanacaqdır".

0
Teqlər:
nifrət, soyqırım, Xocalı, Azərbaycan, Ermənistan, ombudsman