Mikrofon, arxiv şəkli

"Avroviziya-2021" fərqli formatda keçiriləcək

9
Yarışmaya üç aydan bir qədər artıq vaxt qalıb və onun mütləq 18-22 may tarixlərində keçiriləcəyi qeyd edilib. Lakin müsabiqənin formatı barədə hələ də yekun qərar qəbul edilməyib.

BAKI, 4 fevral — Sputnik. "Avroviziya" pərəstişkarları bu il də sevimli yarışmalarını ənənəvi formatda izləyə bilməyəcəklər.

Sputnik Azərbacan xarici mediaya istinadən xəbər verir ki, bunu tədbirin təşkilat komitəsi bəyan edib.

Yarışmaya üç aydan bir qədər artıq vaxt qalıb və onun mütləq 18-22 may tarixlərində keçiriləcəyi qeyd edilib. Lakin müsabiqənin formatı barədə hələ də yekun qərar qəbul edilməyib.

"Hazırda tədbirin keçirilməsi üzrə üç variantı müzakirə edirik. İstənilən halda bütün iştirakçıların təhlükəsizliyi və sağlamlığı bizim üçün prioritetdir", - deyə təşkilat komitəsindən bildirilib.

Birinci variant bütün iştirakçıların sosial məsafə saxlayaraq iştirakı, yarışma zamanı sağlamlığın və təhlükəsizliyin qorunması üçün ciddi tədbirlərin görülməsindən ibarətdir.

İkinci ssenari yalnız onlayn canlı çıxışların təşkilini, üçüncü format isə bütün iştirakçııların Rotterdam səhnəsində canlı ifasını, lakin konsertlərin tamaşaçılarsız keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, ötənilki yarışma pandemiya səbəbindən ləğv olunub.

9
Yavuz Sultan Səlim körpüsünün açılış mərasimi. İstanbul, 26 avqust 2016-cı il

Sultan Səlimin həyatı haqda film çəkiləcək

9
(Yenilənib 19:27 03.03.2021)
Filmin prodüseri Xalid Arabacı açıqlamasında filmin Sultan Səlimin Misir səfərləri və Hicazın idarəsinin Osmanlılara keçdiyi dövrü əhatə edəcəyini bildirib.

 

BAKI, 3 mart — Sputnik. "Dövrünün İskəndəri" adlandırılan Osmanlı sultanlarından Yavuz Sultan Səlimin həyatı ekranlara daşınır.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Sultan Səlimin həyatından bəhs olunan filmin 2023- cü ildə nümayişi gözlənilir.

Xalid Arabacının prodüserliyi ilə çəkilən filmin kastinq işlərinin davam etdirildiyi bildirilib.

Qeyd edək ki, Sultan Səlim haqqında bir neçə dəfə film çəkilməyə cəhd edilsə də hər dəfə müəyyən səbəblərdən yarımçıq qalıb. Filmin prodüseri Xalid Arabacı açıqlamasında filmin Sultan Səlimin Misir səfərləri və Hicazın idarəsinin Osmanlılara keçdiyi dövrü əhatə edəcəyini bildirib.

9
Teqlər:
Yavuz Sultan Səlim, sultan, Osmanlı, Türkiyә, film
Aysel Nazim, arxiv şəkli

Azərbaycanlı aktrisa Türkiyənin məşhur jurnalının üz qabığında yer alıb

14
(Yenilənib 17:09 03.03.2021)
Türkiyədə fəaliyyət göstərən beynəlxalq zinət əşyaları jurnalında Aysel dünyaca məşhur qızıl markalarının tanıtımını edib.

BAKI, 3 mart — Sputnik. Aktrisa Aysel Nazim növbəti uğuru ilə pərəstişkarlarını sevindirib.

Sputnik Azərbaycan xəbər verir ki, o, məşhur "Gold Book Magazine" jurnalının 55-ci buraxılışının üz qabığında yer alıb. Türkiyədə fəaliyyət göstərən beynəlxalq zinət əşyaları jurnalında Aysel dünyaca məşhur qızıl markalarının tanıtımını edib. "Gold Book Magazine" jurnalı Türkiyə ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt, İtaliya, Hindistan, Amerika Birləşmiş Ştatları, Rusiya və Ukrayna kimi ölkələrdə də çap olunur.

Xatırladaq ki, Aysel Nazim Türkiyəyə köçərək, karyerasına orada davam edir.

 

14
Teqlər:
azərbaycanlı, aktrisa, Türkiyə, jurnal
Palmali Holdingin rəhbəri Mübariz Mənsimov

Mübariz Mənsimov azadlığa buraxılır? - Haqqında yeni tələb var

0
(Yenilənib 21:08 03.03.2021)
Bu il yanvarın 13-də Mübariz Mənsimovun növbəti məhkəmə iclası keçirilmiş və bu il martın 5-dək təxirə salınmışdı

BAKI, 3 mart — Sputnik. Azərbaycanlı iş adamı, Türkiyədə FETÖ ilə əlaqədə ittiham edilərək həbs olunan və İstanbul 27-ci Ağır Cəza Məhkəməsində haqqında cinayət işi açılan Mübariz Mənsimov azadlığa çıxa (ev dustaqlığına buraxıla) bilər.

Sputnik Azərbaycan Habertürk-ə istinadən bildirir ki, İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun təxliyəsini istəyib. Baş Prokurorluğun tələbnaməsində qeyd olunur: "Məhkəmə prosesinin gəldiyi mərhələ: müttəhimə cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın miqdarı, şübhəlinin həbsdə saxlanılma müddəti, həbs qətimkan tədbiri, tədbirdən gözlənilən fayda məhkəmə nəzarəti ilə əldə edilə bilər və evini tərk etməmək şərtilə məhkəmə nəzarətinin həyata keçirilməsinə qərar verilməsi tələb olunur".

Qeyd edək ki, bu il yanvarın 13-də Mübariz Mənsimovun növbəti məhkəmə iclası keçirilmiş və bu il martın 5-dək təxirə salınmışdı. 

İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən ilin mart ayında həbs edilib və onun yaşadığı evlərdə axtarış aparılıb. Türkiyə mətbuatının xəbərinə görə, onu Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

0
Teqlər:
Baş Prokurorluq, İstanbul, məhkəmə, azərbaycanlı iş adamı Mübariz Mənsimov