Azərbaycanın Əməkdar artisti Elvin Qəniyev, arxiv şəkli

"Qızıl kitab"a da daxil olan azərbaycanlı skripkaçı beynəlxalq yarışmada iştirak edir

27
(Yenilənib 21:38 02.02.2021)
Müsabiqənin münsiflər heyətinin sədri dünya şöhrətli skripkaçı Gidon Kremerdir. Hazırda Elvin Qəniyev Almaniyanın Hannover Musiqi, Dram və Media Universitetində tanınmış professor Kşiştof Benqjinin elmi rəhbərliyi ilə magistratura təhsili alır.

BAKI, 2 fevral — Sputnik. Azərbaycanın Əməkdar artisti, Prezident təqaüdçüsü Elvin Xoca Qəniyev 16 yanvar - 25 fevral tarixlərində keçirilən və dünya üzrə tanınmış 49 skripkaçının qatıldığı "Yaşa Xeyfets" adına beynəlxalq yarışmada iştirak edir.

Sputnik Azərbaycan xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar "Yaşa Xeyfets" adına beynəlxalq skripkaçılar yarışmasının iki turu onlayn keçirilir.

Azərbaycanla Türkiyənin birgə mədəniyyət siyasətinə xidmət edən Elvin Qəniyev ən çox səslə (9349) ilk turdan keçib və 17 nəfərin arasında yer alıb. "Yaşa Xeyfets" adına Beynəlxalq skripkaçılar yarışmasının ikinci turu fevralın 2-də Azərbaycan vaxtı ilə saat 20:30-da onlayn təşkil ediləcək, yarışmanın finalı isə fevralın 24-25-də Vilnüsdə Litva Milli Filarmoniyasında canlı keçiriləcək.

Müsabiqənin münsiflər heyətinin sədri dünya şöhrətli skripkaçı Qidon Kremerdir.

Qeyd edək ki, Elvin Qəniyevin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na da daxil edilib. Hazırda Elvin Qəniyev Almaniyanın Hannover Musiqi, Dram və Media Universitetində tanınmış professor Kşiştof Benqjinin elmi rəhbərliyi ilə magistratura təhsili alır. Onun arzusu əslən şuşalı olan babası, tanınmış musiqişünas, mərhum Sərvər Qəniyevin vətənində konsert proqramı ilə çıxış etməkdir.

27
Berlin kinofestivalının mükafatları, arxiv şəkli

Erməni yalanları Berlin film festivalında ayaq tutacaqmı? - Azərbaycan əks-tədbirlər görür

13
Azərbaycan haqqında yalan informasiya olan hissə çıxarılıb, filmin "Arsax Respublikası" kimi qeyd olunan hissəsi dəyişdirlərək, Ermənistan ilə əvəz olunub.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Erməni yalanlarını təbliğ edən "Arsax Qara bağ" filmi 2021 Berlin Film Festivalında nümayiş olunacaq. Bununla bağlı Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Mədəniyyət Nazirliyinin bu barədə məlumatı var və bununla bağlı müəyyən addımlar atılıb: "Həmin film 71-ci Berlin film festivalında festival proqramlarının birində nümayiş etdirilməsi nəzərdə tutulub. Həmin film haqqında festivalın saytında məlumat gedən kimi Mədəniyyət nazirliyi bunun qarşısını almaq məqsədi ilə tədbirlər görməyə başladı. Mədəniyyət naziri Anar Kərimov Almaniyanın Mədəniyyət və Media üzrə müvəkkilinə etiraz məktubunu göndərdi. Bundan əlavə, Berlin film festivalının direktoruna da etiraz məktubu göndərilib. Bununla yanaşı, Almaniya Federativ respublikasının ölkəmizdəki səfiri ilə nazirlikdə görüş keçirildi. Görüş zamanı cənab nazir Anar Kərimov səfirə bu məsələ ilə bağlı öz etirazını bildirdi".

Kinematoqrafiya şöbəsindən verilən xəbərə görə, filmin məlumat hissəsində böhtan və qərəz xarakterli məlumatlar yer almışdı: "Hətta filmin istehsal edildiyi ölkə kimi qondarma "Arsax Respublikası" kimi qeyd olunmuşdu. Hazırda Azərbaycan haqqında yalan informasiya olan hissə çıxarılıb, filmin "Arsax Respublikası" kimi qeyd olunan hissəsi dəyişdirlərək, Ermənistan ilə əvəz olunub. Amma film hələlik qalıb. Nazirlik öz işini davam etdirəcək. Biz nəticəni gözləyirik. Festivaldan çıxarılma məsələsi belədir ki, filmin proqramdan çıxarılması mələsi qəliz məsələdir. Bilirsiniz ki, festivallar Avropada müstəqil qurumlardır. Hər halda biz öz etirazımızı bildirmişik".

13
Uill Smit, arxiv şəkli

Məşhur aktyor özünü siyasətdə sınayacaq

10
(Yenilənib 13:38 03.03.2021)
Smit: “Mən nikbinəm və insanlar arasında anlaşma və harmoniyanın ola biləcəyinə inanıram. Aktyorluqla məşğul olsam da, siyasi arenaya girsəm də buna mütləq töhfə verəcəyəm”.

BAKI, 3 mart — Sputnik. Amerikalı aktyor və rejissor Uill Smit özünü siyasət aləmində sınayacaq.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki,  sənətçi yaxın gələcəkdə hansısa siyasi post üçün müraciət edəcəyini bildirib: “Mən nikbinəm və insanlar arasında anlaşma və harmoniyanın ola biləcəyinə inanıram. Aktyorluqla məşğul olsam da, siyasi arenaya girsəm də buna mütləq töhfə verəcəyəm”.

Bununla yanaşı, o, fəaliyyət sahəsini nə vaxt dəyişəcəyini deməyib.

Afroamerikalı ulduz ötən il ABŞ-da rasizmə qarşı etirazları dəstəkləyib. O, hətta bu problem üçün bir araya gələn müasir gəncliklə fəxr etdiyini də dilə gətirib.

Beş il əvvəl aktyor ABŞ-da prezidentliyə namizəd ola biləcəyini demişdi.

10
Partlayış, arxiv şəkli

Ağdam rayonunda mina partladı, vəzifəli şəxs yaralandı

8
(Yenilənib 16:31 03.03.2021)
Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir

BAKI, 3 mart - Sputnik. Ağdam rayonunda idarə rəisi minaya düşüb.

Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.

Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

8
Teqlər:
yaralı, partlayış, mina, vəzifəli şəxs, Ağdam, Qarabağ