Nizami Gəncəvinin mozaikası, arxiv şəkli

"Xəmsə möcüzəsi" onlayn beynəlxalq yaradıcılıq müsabiqəsi davam edir

27
Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (6-9, 10-13, 14-17) və 2 nominasiya – "Bədii qiraət" və "Təsviri-tətbiqi sənət" üzrə keçirilməsi nəzərdə tutulur.

BAKI, 2 fevral — Sputnik. Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Xəmsə möcüzəsi" onlayn beynəlxalq yaradıcılıq müsabiqəsi keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan müsabiqə fevralın 18-dək davam edəcək. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda və digər ölkələrdə yaşayan gənc nəsli Nizami Gəncəvinin yaradıcılığı ilə incəsənətin müxtəlif sahələri vasitəsilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaqdır. Dahi şairin "Xəmsə"sinin süjetləri əsasında orta əsr Azərbaycan miniatür sənətinə maraq oyatmaq, təsviri-tətbiqi sənət növləri vasitəsilə bilik və bacarıqlarını formalaşdırmaqdan ibarətdir.

Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (6-9, 10-13, 14-17) və 2 nominasiya – "Bədii qiraət" və "Təsviri-tətbiqi sənət" üzrə keçirilməsi nəzərdə tutulur. Müsabiqədə Azərbaycanda və digər türkdilli dövlətlərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edə bilərlər.

"Bədii qiraət" nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:

- İştirakçı yaş qrupuna müvafiq olaraq müsabiqəyə yalnız bir şeir təqdim edə bilər;

- Şeirin müddəti 3-5 dəqiqədən çox olmamalıdır;

- Videogörüntü telefon, planşet və ya kamera ilə çəkilə bilər;

- Videogörüntülər mümkün qədər aydın və keyfiyyətli olmalıdır;

- İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təmsil etdiyi ölkə, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır;

- İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınmalıdır.

"Bədii qiraət" nominasiyası üzrə işlər fevralın 11-dək nizamiganjavi2021@gmail.com elektron poçt ünvanına və (+994) 050-497-97-55 "WhatsApp" nömrəsinə göndərilməlidir.

"Təsviri-tətbiqi sənət" üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:

- İşlərin işlənmə texnikası sərbəstdir;

- İşlərin formatına məhdudiyyət qoyulmur;

- İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təmsil etdiyi ölkə, təhsil müəssisəsinin adı, təqdim etdiyi işin adı və işlənmə texnikası qeyd olunmalıdır.

"Təsviri-tətbiqi sənət" nominasiyası üzrə işlər fevralın 11-dək ugim-1@mk.edu.az elektron poçt ünvanına və (+994)050-367-47-04 "WhatsApp" nömrəsinə göndərilməlidir.

Qeyd edək ki, müsabiqənin qalibləri diplom və sertifikatlarla təltif olunacaqlar. Qalib işlər sosial şəbəkələrdə, o cümlədən digər media qurumlarında geniş işıqlandırılacaq.

27
Yalçın Rzazadənin dəfn mərasimi

Mədəniyyət Nazirliyi Xalq artisti Yalçın Rzazadəni yad elədi - VİDEO

18
(Yenilənib 13:17 24.02.2021)
Yalçın Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib və dünən Lənkəranda torpağa tapşırılıb.

BAKI, 24 fevral — Sputnik. Mədəniyyət Nazirliyi Xalq artisti Yalçın Rzazadə ilə bağlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, videoçarxda Yalçın Rzazadənin həyat və yaradıcılığı barədə qısa məlumat yerləşdirilib.

Xatırladaq ki, Yalçın Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib və dünən Lənkəranda torpağa tapşırılıb.

O, 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini, 1973-cü ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.

Bununla yanaşı, karate ilə məşğul olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olub.

18
Mübariz Tağıyev

Mübariz Tağıyev: “Yalçın Rzazadənin sənətini onu həmişə yaşadacaq”

9
(Yenilənib 09:53 24.02.2021)
Xalq artisti Mübariz Tağıyev deyir ki, Yalçın Rzazadənin vəfatı ilə əziz dostlarından daha birini itirib
Mübariz Tağıyev: “Sənətkar ömrünün sonu yoxdur”

Azərbaycanın Xalq artisti, görkəmli müğənni Yalçın Rzazadə vəfat edib.

Mərhum sənətçi haqqında Sputnik Azərbaycan-a danışan Xalq artisti Mübariz Tağıyev deyib ki, Yalçın Rzazadənin vəfatı ilə əziz dostlarından daha birini itirib:

“Yalçın Rzazadə xalqımızın sevimli sənətçilərindən idi. O, çox təvəzökar həyat yaşayıb. Eyni zamanda həm peşəkar sənətçi, həm də dəyərli ziyalılarımızdan idi. Yalçın Rzazadə vətəninə, ailəsinə, torpağına bağlı insan idi. Mənə elə gəlir ki, sənətkar ömrünün sonu yoxdur. O yaratdığı əsərlər, qızıl fondda saxlanılan mahnılar onu həmişə yaşadacaq”.

Mübariz Tağıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

9
Rusiya Prezidenti Vladimir Putin

Putin xəbərdarlıq etdi Rusiyaya qarşı təxribat hazırlanır

0
(Yenilənib 20:44 24.02.2021)
Postsovet məkanında bir sıra ölkələrdə olduğu kimi, Rusiyanı zəiflətmək və xarici nəzarət altına almaq istəyirlər.

BAKI, 24 fevral — Sputnik. Rusiya rəhbərliyinin koronavirusla mübarizə ilə əlaqədar bu ölkəyə qarşı hazırlanan təxribatlar barədə məlumatı var. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, postsovet məkanında bir sıra ölkələrdə olduğu kimi, Rusiyanı zəiflətmək və xarici nəzarət altına almaq istəyirlər.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 111,7 milyonu keçib, 2,47 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Çin, Uhan, Rusiya prezidenti Vladimir Putin, Vladimir Putin, Putin