Oqtay Şirəliyevə peyvənd vurulur

"Gördülər ki, virusla qırılmırlar, vaksin məsələsini ortalığa atıblar"

148
"Əgər Şirəliyevə vurulan həmin vaksindən vuracaqlarsa, razı olaram. Amma mən necə əmin ola bilərəm ki, həmin vaksini vururlar? Dünyanın sonu gəlib, nə edirlər, etsinlər, sonumuza çıxacaqlar"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 yanvar — Sputnik. Bir çox ölkələrdə, xüsusən də qardaş Türkiyədə bəzi məşhurlar canlı efirdə koronavirus əleyhinə vaksin vurdurrular. Bu bir növ təbliğat xarakteri daşıyır. Bəs görəsən, bizim məşhurların koronavirusa qarşı ölkəmizə gətirilən vaksin barədə fikirləri nədir? Bir müddət öncə saytların birinə açıqlama verən müğənni Günel Ələkbərova "biz TƏBİB üçün qurbağa, siçan deyilik ki, üzərimizdə təcrübə aparsınlar" demişdi:

"Əslində peyvəndin vurulmasına pis baxmıram. Yəni biz uşaq vaxtı da gözəgörünməz viruslardan qorunmaq üçün peyvənd vurdurmuşuq, hətta öz uşaqlarımız üçün də istifadə etmişik. Bu, normal bir haldır. Ancaq koronavirusa qarşı ölkəmizə gətirilən vaksinə güvənmirəm. TƏBİB-in açıqlamasından sonra belə qərar verdim ki, mən o vaksini vurdurmayacam. TƏBİB açıq-aydın qeyd edib ki, vaksini vurdurduqdan sonra insan əmək fəaliyyətini itirə, şikəst qala, ən pis halda dünyasını dəyişə bilər".

"Oqtay müəllimin vurdurduğu vaksinin tərkibindən xəbərdar deyiləm. Səhiyyə nazirinin vurdurduğu vaksinin eynisindən mən də istəyirəm. İndi insanlara vurulan vaksinin içində nə olduğundan xəbərsizik. Razıyam, mənə vaksin vurulsun, o halda ki, Oqtay Şirəliyevə vurulan iynənin ucu dəyişdirilib yarısı da mənə vurulsaydı. Vallah, vitamin kompleksi bizə də xeyirdir. Böyük məmnuniyyətlə mən də istəyərdim. Son zamanlar hamının elə vitaminlərə ehtiyacı var. Üstəlik bu gün qəbul etdiyimiz meyvə və tərəvəzlərin mənşəyi bəlli deyil",- deyə G.Ələkbərova bildirmişdi.

Bizə niyə Çin vaksini vuracaqlar? İşçi qrupunun üzvü xüsusiyyətləri sadalayır>>

Günel Ələkbərovanın bu açıqlaması sosial şəbəkələrdə rezonans doğurdu. Görək həmkarları bu barədə nə düşünürlər?

Sputnik Azərbaycan-la söhbətində müğənni Nadir Qafarzadə həmkarının fikrinə şərik oldu: "Kim onun tərkibini yoxlayıb ki? Biz haradan bilək ki, o nədir? Mənə təklif olunsa, ən axırıncı vurduraram.

Azərbaycanlı müğənni Nadir Qafarzadə, arxiv şəkli
Azərbaycanlı müğənni Nadir Qafarzadə, arxiv şəkli
Baxacam ki, digər insanlarda hansı effekti verir, ondan sonra razı olacam. Mənim üçün fərqi yoxdur, mən ömrümün yarısını yaşamışam. Nə olacaq, olacaq. Gələcək nəsil üçün fəsadlar törədəcək. Dünya liderləri milyardları buraxıblar ki, virusu yayıb camaatı qırsınlar. Gördülər ki, virusla qırılmırlar, vaksin məsələsini ortalığa atıblar.

Mən Günelin fikri ilə tam razıyam. Əgər Şirəliyevə vurulan həmin vaksindən vuracaqlarsa, razı olaram. Amma mən necə əmin ola bilərəm ki, həmin vaksini vururlar? Dünyanın sonu gəlib, nə edirlər, etsinlər, sonumuza çıxacaqlar".

"Miss Azərbaycan-2019" titulunun sahibi Səmra Hüseynova isə fərqli düşünür. Model vaksin vurduracağını bildirib: "Hal-hazırda nevroz anoreksiyadan əziyyət çəkirəm. Müalicələrim davam edir. Müalicələrdən sonra mütləq vaksin vurduracam. Düşünürəm ki, koronavirus adlı bəladan birdəfəlik qurtulmağın ən optimal variantı budur".

Xalq artisti Nazpəri Dostəliyevanın da fikrini öyrəndik. Xalq artisi deyir ki, əvvəl vaksin vurdurmaq barədə düşünüb. Amma vaksinlə bağlı xoşagəlməz fikirlər Dostəliyevanı bu fikirdən daşındırıb:

Xalq artisti Nazpəri Dostəliyeva
Xalq artisti Nazpəri Dostəliyeva

"Sonra aldığım informasiyalarda məlum oldu ki, həmin vaksinlər həyatımız üçün təhlükəlidir. Mən istəmirəm, sağlamlığımı təhlükəyə atmaq istəmirəm. Mən virusdan əziyyət çəkmədim. Çünki orqanizmimə bələdəm. Həmişə yeməyimə fikir vermişəm. Amma bu o demək deyil ki, pandemiya dövrü mənə təsir etmədi. Qohum-əqrabadan həyatını itirənlər oldu. Mən də robot deyiləm, mənə də təsir elədi. Amma çalışdım ki, ailə üzvlərimin orqanizminin virusa qarşı müqavimətini gücləndirim. Mən səbirli insanam, baxacam vəziyyətə. Görsəm ki, insanların hər birinə bu vaksin vurulur, vaksinin müsbət təsiri olur, mən də edəcəm".

Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyə Qurbanova da məsələyə münasibətini bildirib: "Vaksini vurdurub-vurdurmamaq hər kəsin şəxsi seçimidir. Ehtiyac duyularsa, digər peyvəndlər kimi vurduracam".

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının, eyni zamanda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Ülviyyə Əliyeva bildirir ki, bu məsələ onu neçə vaxtdır ki, narahat edir: "Mən, sözün düzü, vaksinə qarşıyam. Artıq bir ilə yaxındır ki, bu problem dünyada var. Amma çox şükür ki, nə mən, nə də mənim yaxınlarım bu xəstəliyə tutulduq. Bu da bizim immun sistemimizin güclü olması ilə bağlıdır. Pandemiya dövründə nə tələb olunurdusa, onu da elədik. Uşaqdan-böyüyə hər birimiz özümüzü qoruduq. Deyilənə görə, bəzi istisnalar olmaqla, hər kəsə vaksin vurulacaq. Mən buna razı deyiləm. Mənim orqanizmim güclüdürsə, niyə mənim bədənimə yad bir cism daxil olmalıdır?"

Ülviyyə Əliyeva, arxiv şəkli

Aktrisanın fikrincə, vaksin məcburi olmamalıdır:

"Dünyanın düz vaxtı mənim 38 dərəcə temperaturum olanda dərman qəbul etmirdim. Tərləyirdim, qızdırmam keçirdi. Yəni, dediyim odur ki, genetik olaraq bizim immun sistemimiz güclüdür. Mənə elə gəlir ki, orqanizmi güclü olan insanlara toxnmasınlar. Kimin ki, orqanizmi zəifdir, ona vursunlar. Mən insanam, mənim hüquqlarım var. Mənim imtina etmə şansım olmalıdır. Anlayıram ki, mən xaricə getsəm, vaksinasiya oluna bilərəm. Amma mən istəmirəm. Son ana qədər də vaxtı uzadacam ki, vaksin vurdurmayım".

"Uşaq vaxtı bizə qızılçaya, sarılığa qarşı vaksinlər vurublar. Hansı ki, biz bilirdik ki, bu, gələcəkdə ola bilər. Bundan qorunmaq üçün vurdurmaq lazım idi. Amma koronavirus qripin başqa bir növüdür. Bəlkə də 10 il sonra, 20 il sonra tamamilə itib gedəcək. Buna da orqanizmimiz öyrəşəcək. Tarix göstərir ki, əvvəllər qripdən də insanlar ölürdülər. Amma indi insanlar onu adi bir virus kimi keçirirlər", - aktrisa əlavə edib.

148
Teqlər:
Nazpəri Dostəliyeva, Nadir Qafarzadə, azərbaycanlı məşhurlar, Koronavirus, epidemiya, COVID-19, vaksinasiya, vaksin
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (34)
Gül

Azərbaycanlı müğənninin qızı vəfat edib

12
(Yenilənib 11:51 27.02.2021)
67 yaşlı Şahnaz Bəşirova ürəktutmadan vəfat edib. Qeyd edək ki, Xalq artistinin Şahnaz Bəşirovadan başqa Qəmər adlı qızı da var

BAKI, 27 fevral — Sputnik. Mərhum Xalq artisti Rübabə Muradovanın qızı Şahnaz Bəşirova dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində Rübabə Muradovanın adına açılan səhifədə məlumat verilib.

67 yaşlı Şahnaz Bəşirova ürəktutmadan vəfat edib. Qeyd edək ki, Xalq artistinin Şahnaz Bəşirovadan başqa Qəmər adlı qızı da var.

12
Teqlər:
vəfat, qız, müğənni
Lacivərd sahilin kosmosdan görünüşü, arxiv şəkli

Kannda qeyri-adi muzey açılıb - FOTO

10
Eksponatları muzeyə qayıqda gətirərək kranların köməyilə dalğıclar quraşdırıblar. İndi dayverlər muzeyə giriş üçün pul ödəmədən bu heykəllərə baxa bilərlər. 

BAKI, 27 fevral - Sputnik. Kannda, Lacivərd sahildə yeni, sualtı incəsənət muzeyi açılıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Lonely Planet yazır.

Muzey Sent-Marqerit adasının yaxınlığındadır. Orada iki metr hündürlükdə insan sifəti formasında altı heykəl nümayiş olunur. Bunlar yerli sakinlərin portretidir. Məsələn, onlardan biri 80 yaşlı balıqçı, digəri ibtidai sinfin 9 yaşlı şagirdidir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Jason Decaires Taylor (@jasondecairestaylor)

Hərəsi 12 ton çəkiyə malik heykəllər 3 metr dərinlikdə yerləşdirilib.

Britaniyalı sualtı heykəltaraş Ceyson Dekeyr Teylor bu abidələri yaratmağa dörd il sərf edib. Bunlar rəssamın Aralıq dənizində ilk installyasiyasıdır.

Heykəllər toksik olmayan, pH dərəcəsi neytral sementdən hazırlanıb, yəni ətraf mühitə zərəri yoxdur. Mahiyyətcə heykəllər süni riflərdir, burada mərcanlar, balıqlar və xərçəngkimilər məskən sala bilərlər. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Jason Decaires Taylor (@jasondecairestaylor)

Eksponatları muzeyə qayıqda gətirərək kranların köməyilə dalğıclar quraşdırıblar. İndi dayverlər muzeyə giriş üçün pul ödəmədən bu heykəllərə baxa bilərlər. 

10

Bakıda keçirilən yarmarkalardakı məhsulların qiyməti - Kartof 0,55 AZN...

0
(Yenilənib 13:09 27.02.2021)
Bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını üç ünvanda satışa çıxaracaqlar

BAKI, 27 fevral — Sputnik. Bu gündən Kənddən Şəhərə yarmarkaları yenidən fəaliyyətə başlayıb. Sputnik Azərbaycan yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərini təqdim edir:

Kartof 0.55 AZN-dən; soğan 0.65 AZN-dən; alma 0.60 AZN-dən; pomidor 1.00 AZN-dən; mandarin 1.80 AZN-dən; portağal 1.70 AZN-dən; badımcan 1.30 AZN-dən; kələm 0.50 AZN-dən; çuğundur 0.65 AZN-dən; kök 0.60 AZN-dən; yumurta 0.25 AZN-dən; xurma 0.80 AZN-dən; nar 1.50 AZN-dən; göyərti 0.15 AZ-dən; heyva 0.80 AZN-dən başlayan qiymətlərlə satılır.

Qeyd edək ki, bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metrostansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı), Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanlarında satışa çıxaracaqlar.

 

0
Teqlər:
ərzaq, qiymətlər, yarmarka, Bakı