Ağdamda Şahbulaq

Hikmət Hacıyevin sədrliyi ilə Qarabağın tarix mədəniyyət abidələri ilə bağlı iclas olub

32
(Yenilənib 10:22 29.01.2021)
İşğaldan azad edilmiş ərazilərdə Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun iclası keçirilib

BAKI, 29 yanvar — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində müxtəlif işçi qruplardan ibarət İdarələrarası Mərkəz fəaliyyət göstərir.

Həmin işçi qruplarından biri olan Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun əsas fəaliyyət istiqaməti işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin hazırkı vəziyyətinin müəyyənləşdirilməsi, vurulmuş zərərin qiymətləndirilməsi, onların təsnifatının aparılması, habelə müvafiq qaydada bərpa işlərinin və mühafizənin təşkilidir.

Nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar İdarələrarası Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sədrliyi ilə işçi qrupun iclası keçirilib. İclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər şəxslər iştirak ediblər.

Qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsinin bərpası, mədəniyyət və dini abidələrin şəhərsalma qaydaları nəzərə alınmaqla yenidən qurulması, onların etibarlı mühafizəsinin təşkili gündəlikdə duran əsas məsələlərdir.

İclasda Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində ardıcıl mədəni tədbirlərin keçirilməsi, xüsusilə Vaqifin poeziya günlərinin və "Xarı bülbül" festivalının təşkili ilə bağlı məsələlər də nəzərdən keçirilib.

İşçi qrupun üzvü olan dövlət qurumlarının rəhbərləri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat vermiş, bir sıra əlavə təklfilər səsləndiriblər.

32
Teqlər:
Hikmət Hacıyev, Qarabağ, mədəniyyət, tarix, Samir Nuriyev, abidə, iclas

Cəbiş müəllim Süleyman Ələsgərov haqqında - "Qarabağ inciləri" silsiləsindən

842
Cəbiş müəllim Şuşanın Azərbaycan mədəniyyətinə bəxş etdiyi təkrarolunmaz bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri olmuş Süleyman Ələsgərov haqqında danışır.

Görkəmli bəstəkar və ictimai xadim Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada anadan olub.

Azərbaycan musiqi tarixində və inkişafında istedadlı dirijor, tanınmış pedaqoq və ictimai xadim, professor Süleyman Ələsgərov özünəməxsus fəxri yer tutan bəstəkarlardan biridir. Onun yaradıcılığı Azərbaycan peşəkar musiqi tarixinin parlaq səhifəsini təşkil edir.

Musiqişünasların fikrincə, Süleyman Ələsgərov musiqisi üçün şən, sevindirici əhval-ruhiyyə, emosionallıq, fikrin səmimiyyəti xasdır. Xalq yaradıcılığına xas olan intonasiyalardan, ritmlərdən geniş istifadə edən bəstəkar folklor sənətinin təkraredilməzliyini, orijinallığını öz əsərlərində səmimi şəkildə ifadə edə bilmişdi.

Bəstəkar 2 operanın, 12 musiqili komediyanın, 2 simfoniyanın müəllifi olmaqla yanaşı, tar ilə Azərbaycan xalq çalğı alətləri orkestri üçün 3 konsertin, 200-ə qədər mahnı və romansların müəllifidir.

Azərbaycan Dövlət Konservatoriyasında məşhur pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində təhsil alarkən o, Sovet Ittifaqı Qəhrəmanı, general Həzi Aslanova həsr olunmuş simfonik poema, “Məhəbbət gülü” musiqili komediyasını, simli kvartet, skripka, violonçel və fortepiano üçün trio, “Xatirə” əsərlərini yazır.

Süleyman Ələsgərovun violonçel, fortepiano və simfonik orkestr üçün yazdığı ikili konsert onun yaradıcılığında müstəsna yer tutur. Bu əsər milli konsert janrının təşəkkülündə və inkişafında müəyyən mərhələ rolunu oynayıb.

Bəstəkarın yaradıcılığında mahnılarla yanaşı, romanslar da xüsusi yer tutur. Onun romanslarının çoxu Azərbaycan klassiklərinin şeir və qəzəllərinə yazılmışdır.

Süleyman Ələsgərovun 12 musiqili komediyası Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulmuş və bəstəkara şöhrət gətirmişdir. Bu səhnə əsərlərində o, dahi Üzeyir Hacıbəyovun musiqili komediya ənənələrini öz yaradıcılığında davam etdirmişdir.

Sonralar bir-birinin ardınca gələn “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Hərənin öz ulduzu” və sairə musiqili komediyaları bəstəkarın bu sahədə böyük yaradıcılıq imkanlarının göstəricisidir.

Onun musiqili komediyaları arasında “Ulduz” daha çox məşhurdur. “Ulduz” ilk dəfə 1948-ci ildə tamaşaya qoyulub. 1965-ci ildə “Ulduz” Moskvanın Kreml Teatrında göstərilib. Bu musiqili komediya 11 dilə tərcümə edilib. 1964-cü ildə isə bu əsər Azərbaycan Kinostudiyasında ekranlaşdırılıb.

Bəstəkarın yaradıcılığının mühüm hissəsini Azərbaycan xalq çalğı alətləri orkestri üçün əsərlər təşkil edir. Ümumiyyətlə, Azərbaycan xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlər arasında xüsusi yeri məhz Süleyman Ələsgərovun əsərləri tutur.

Bir müddət Azərbaycan xalq çalğı alətləri orkestrinin dirijoru vəzifəsində işləməsi bəstəkara xalq çalğ alətlərinin spesifik xüsusiyyətlərini əsaslı surətdə öyrənməyə kömək etmiş, onun müxtəlif janr və formalarda olan orkestr əsərləri, tar, kamança, balaban, qanun, saz üçün əsərlər yaratmasına təkan vermişdir.

Süleyman Ələsgərov 1957-ci ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 20 ildən artıq bir dövrdə “Xalq musiqisi”, sonra isə “Xalq çalğı alətləri” kafedrasının müdiri olmuşdur. Ömrünün son illərində Süleyman Ələsgərov Bakı Musiqi Akademiyasının “Dirijorluq” kafedrasının professoru, Akademiyanın Şuşa filialının direktoru vəzifəsində çalışmışdır.

Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə dünyasını dəyişib.

842
Teqlər:
Cəbiş müəllim, infoqrafika, videoinfoqrafika, mədəniyyət, bəstəkar, Şuşa
İnsanlar kinoteatrda, arxiv şəkli

Anar Kərimov: kinoteatrlar müəyyən şərtlərlə açılacaq

10
(Yenilənib 16:14 25.09.2021)
Pandemiya qaydalarına riayət edilməli, zalların 50 faizdən çox doldurulmaması, COVİD pasportu ilə giriş və zalların dezinfeksiyası tələbi yerinə yetirilməlidir.

 

BAKI, 25 sentyabr — Sputnik. Operativ qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın 1-dən teatr, kinoteatr və konsert zalları açıq elan ediləcək. Amma burada müəyyən şərtlər var. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, pandemiya qaydalarına riayət edilməli, zalların 50 faizdən çox doldurulmaması, COVİD pasportu ilə giriş və zalların dezinfeksiyası tələbi yerinə yetirilməlidir.

“Mədəniyyət Nazirliyi fəaliyyət başladıqdan sonra ciddi nəzarət edəcək ki, bu qaydalara riayət olunsun, nəticə etibarilə insanların virusa yoluxmasına səbəb yaranmasın”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin dünən açıqladığı qərarına əsasən bir sıra xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Onların arasında teatr, kinoteatr və konsert zalları da var.

Həmçinin oxuyun:

Teatr və kinoteatrların fəaliyyəti bərpa edilir - Operativ Qərargah qərar verdi

Azərbaycanda COVID-19 pasportu olmadan bu sahələrdə hərəkət edə bilməyəcəksiz

10
Teqlər:
kinoteatr

Bakıda şəhidlərinin xatirəsinə səmaya işıq fənərləri buraxılıb

0
"Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.

Bu gün vətən müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə həsr edilən anım tədbiri keçirilib.

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin "Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib. Aksiyada "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.

Qeyd edək ki, sentyabrın 27-si Vətən Müharibəsinin başlamasının bir ili tamam olur. 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilib. Artıq bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir.

Eyni zamanda Bakının bəzi küçə və prospektlərində eyvanlardan bayraqlar asılıb. Bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər sakinləri, hərbçilər və rəsmilər İkinci Fəxri Xiyabanda uyuyan şəhidlərimizin məzarlarına baş çəkərək şəhidlərin xatirələrini yad ediblər.

Paytaxtda Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yürüş keçirilib. Yürüş iştirakçıları əllərində Vətən müharibəsində qəhrəmancasına şəhid olanların şəkilləri əks olunan plakatlar daşıyıblar.

0
  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.