Kloris Liçmen

"Oskar", "Qızıl qlobus" "Emmi" mükafatlarının sahibi vəfat edib

14
(Yenilənib 15:53 28.01.2021)
Kloris Liçmen 50-dən çox ekran əsərində rol alıb və öz işinə görə çoxlu sayda mükafat qazanıb. Aktrisa "Sonuncu kinoseans" filminə görə "Oskar" qazanıb

BAKI, 28 yanvar — Sputnik. Amerikalı aktrisa, "Oskar", "Qızıl qlobus" və "Emmi" mükafatlarının sahibi Kloris Liçmen ömrünün 94-cü ilində vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu barədə aktrisanın meneceri məlumat yayıb.

Amerika Kino Akademiyasının nümayəndələri aktrisanın ölüm xəbəri ilə bağlı onun ailə üzvlərinə başsağlığı veriblər.

Qeyd edək ki, Kloris Liçmen 50-dən çox ekran əsərlərində rol alıb və öz işinə görə çoxlu sayda mükafat qazanıb. Aktrisa "Sonuncu kinoseans" (The Last Picture Show, 1971) filminə görə "Oskar" qazanıb. Bundan əlavə, aktrisa doqquz dəfə "Emmi", həmçinin "Qızıl qlobus" mükafatlarının sahibi olub.

14
Teqlər:
vəfat, aktrisa, Hollivud
Parisə mənzərə, arxiv şəkli

Yazıçımızın Fransada romanı çıxdı

2
(Yenilənib 19:40 27.02.2021)
Strasburq şəhərində fəaliyyət göstərən "Kəpəz" nəşriyyatında fransızca işıq üzü görmüş roman müharibənin dağıntıları altında qalmış bir şəhərdən bəhs edir.

 

BAKI, 27 fevral — Sputnik. Fransada yaşayan yazar-tərcüməçi Dilbadi Qasımovun "Şəhər" romanı çap edilib.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, Strasburq şəhərində fəaliyyət göstərən "Kəpəz" nəşriyyatında fransızca işıq üzü görmüş roman müharibənin dağıntıları altında qalmış bir şəhərdən bəhs edir. "Şəhər" - müəllifin ikinci kitabıdır.

Xatırladaq ki, Dilbadi Qasımov 1980-ci ildə Naxçıvanda doğulub. Fransada hüquq üzrə doktorantura təhsili alıb. Hazırda orada vəkillik fəaliyyəti ilə məşğuldur.

2
Teqlər:
kitab, yazıçı, azərbaycanlı, Fransa
Üç bacı dolması

"Washington Post" Azərbaycan mətbəxindən yazdı

4
(Yenilənib 19:07 27.02.2021)
Məqalədə Azərbaycan səfiri Elin Süleymanova istinadla regionda çay, dolma və paxlava hazırlanması mədəniyyətində Azərbaycan mətbəxinin özünəməxsusluqlarına diqqət yetirilir

BAKI, 27 fevral — Sputnik. "Washington Post" qəzeti ABŞ paytaxtında Azərbaycan mətbəxini təmsil edən "Şərbət" şirniyyat evindən reportaj hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, yazıda Vaşinqton şəhərində Azərbaycan şirniyyat evinin yaranma tarixçəsi barədə məlumat verilir, bu məkanın adının qızılgül ləçəkləri və ya zəfərandan hazırlanan milli içkidən götürüldüyü, şərbətin, həmçinin Azərbaycanın ən məşhur şirniyyatı olan paxlavaya da vurulduğu bildirilir. Azərbaycan paxlavasının forması, zərif dadı və nazik ləçəklərinin onu digər xarici şirniyyat növlərindən xeyli fərqləndirdiyi qeyd olunur.

© Sputnik / Ilham Mustafa / Səbinə Əsədova

Məqalədə Azərbaycan səfiri Elin Süleymanova istinadla regionda çay, dolma və paxlava hazırlanması mədəniyyətində Azərbaycan mətbəxinin özünəməxsusluqlarına diqqət yetirilir. Bundan əlavə, Novruz bayramının simvollarından olan şorqoğal, şəkərbura və şirniyyat evində hazırlanan digər milli və beynəlxalq un məmulatları barəsində məlumat verilir, onların nəfis şəkilləri təqdim olunur.

Ümumiyyətlə qeyd etmək istərdik ki, son zamanlar ABŞ paytaxtında Azərbaycan mətbəxinə marağın artması müşahidə olunmaqdadır. Bu, özünü nüfuzlu mətbu orqanlarda ölkəmizin mətbəxinə həsr olunan guşələrdən də göstərməkdədir. "Şərbət" şirniyyat evi qısa müddətdə açılmasına baxmayaraq, Vaşinqton və yaxın şəhərlərin sakinləri arasında böyük populyarlıq qazanıb.

 

4
Teqlər:
məqalə, "The Washington Post", ABŞ, Azərbaycan mətbəxi, Azərbaycan