Sputnik Azərbaycan-nın ofisi, arxiv şəkli

Sputnik Azərbaycan-ın əməkdaşı müsabiqədə qalib gəlib

100
(Yenilənib 16:36 21.01.2021)
Sputnik Azərbaycan-ın köşə yazarı Cəlil Cavanşir "Nostalgiyanın sonu: Biz qayıdırıq" əsəri ilə Nazirliyin müsabiqəsinin qalibləri sırasındadır.

BAKI, 21 yanvar — Sputnik. Mədəniyyət Nazirliyinin elan etdiyi "Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi"nin qalibləri müəyyənləşib.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqəyə 321 əsər təqdim edilib.

53 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün (bir müəllifin bir neçə janr və müxtəlif kateqoriya üzrə göndərdiyi əsərlər, məqalələr, publisistik yazılar, rus dilində olan ədəbi mətnlər və s.) qəbul olunmayıb.

Müsabiqədə "Peşəkar yaradıcı şəxslər" kateqoriyası üzrə 50, "Həvəskar yaradıcı şəxslər" kateqoriyası üzrə 193, "10-15 yaş arası uşaqlar" kateqoriyası üzrə 25 əsər iştirak edib. 268 əsərdən 67-si esse janrı üzrə, 75-i hekayə janrı üzrə, 126-sı poeziya janrı üzrə iştirakçı olub.

Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün təqdim olunan bütün əsərlər və onların müəllifləri xüsusi ştrix ilə şifrələnib.

Komissiyanın 9 üzvü tərəfindən 268 əsərin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və mətnlərə müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq qiymət verilib.

"Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi"nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq aşağıdakı əsərlər müsabiqənin qalibləri elan edilib.

"Peşəkar yaradıcı şəxslər" kateqoriyasında

Esse janrı üzrə:

Ramil Əhməd "Şuşaya məktub"

Mina Rəşid "Vermərəm Qarabağı!"

Cəlil Cavanşir "Nostalgiyanın sonu: Biz qayıdırıq"

Hekayə janrı üzrə:

Fərhad Kərimli "Bir qucaq torpaq"

Sevinc Nuruqızı "Ölərəm dərdindən, onu bil!"

Təvəkgül Boysunar "Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar"

Poeziya janrı üzrə:

Balayar Sadiq "Şəhid məktubu"

Akif Azalp "Şəhid öygüsü"

Elçin Mirzəbəyli "Azərbaycan əsgəri!"

"Həvəskar yaradıcı şəxslər" kateqoriyasında

Esse janrı üzrə:

Müzəffər Müzəffərli "Üzümüzü ağ edən Qarabağ"

Elgiz Abbasov "Sen gedəli..."

Fidan Gözəlova "Qarabağ Azərbaycandır!"

Hekayə janrı üzrə:

Tural Əzimzadə "Bozdar əfsanəsi"

Gülmirə Məmmədova "Snayper"

Şəbnəm Türbəndəzadə "Gopçu Mahir"

Poeziya janrı üzrə:

Yusif Ərəbsoy "Zəfər simvolu"

Mülayim Hümmətova "Atalar və oğullar"

Qabil Əliyev "Çoxdandı Qarabağa belə payız gəlmirdi"

"10-15 yaş arası uşaqlar" kateqoriyasında

Esse janrı üzrə:

Dilbər Rəfi "Qarabağdan namə"

Alpaslan Cahangir "Qarabağdan namə"

İsmayıl Qululu "Qarabağdan əsgər naməsi"

İsmayıl Miryusifzadə "Qarabağ"

Zəhra Rzayeva "Qarabağdan namə"

Hekayə janrı üzrə:

Abdullah Hüseynli "Kaş ki, yuxum çin olaydı"

Mömünəxatun Məmmədova "Coşqun dəniz"

Aysu Əlisoy "Nə gözəldir ölmək bizə sevgili Vətən üçün"

Ömər Məmmədzadə "Sadəcə Elnur"

Səma Quliyeva "Ana, zəfər bizimdir"

Poeziya janrı üzrə:

Ayan Əlyarlı "Şəkillərdən gördüyüm Qarabağ"

Nəzrin Cəlilova "Gəlin gedək Qarabağa"

Sadiq Qəzənfərli "Azəri oğlu"

Yeva Fərəcova "Vətən"

Sevindik Əliyev "Zəfərin nişanəsi"

Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin "Peşəkar yaradıcı şəxslər" kateqoriyasında hər bir janr üzrə qaliblərə 1500 (bir min beş yüz), "Həvəskar yaradıcı şəxslər" kateqoriyasında hər bir janr üzrə qaliblərə 800 (səkkiz yüz) manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq. "10-15 yaş arası uşaqlar" kateqoriyasında hər bir janr üzrə qaliblərə fəxri fərman və nazirliyin tabeliyində olan muzeylərə bir illik ödənişsiz ziyarət kartı təqdim ediləcək.

Qısa müddət ərzində qaliblərin mükafatlandırılması Azərbaycan Respublikasında elan olunmuş xüsusi karantin rejimi və sosial izolyasiya qaydalarına müvafiq olaraq təşkil ediləcək.

100
Ziyarətçilər Benksinin əsərlərinə baxırlar, arxiv şəkli

Benksinin əsərini yandırmaq üçün 95 min dollar ödədilər - VİDEO

726
(Yenilənib 00:33 06.03.2021)
"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub.

BAKI, 6 mart — Sputnik. "Injective Protocol" blokçeyn şirkəti küçə rəssamı Benksinin "Morons" rəsmini yandırmaq və rəqəmsal aktivə çevirmək üçün Nyu-York qalereyasına 95 min ABŞ dolları ödəyərək şəkli satın alıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, rəssamın özünün yaratdığı "Pest Control" agentliyi əsərin həqiqiliyini təsdiqləyib. Canlı yayımlanan yandırılma prosesindən sonra rəsm əsəri dəyişdirilə bilinməyən tokenə (NFT) çevrilib. Qeyd olunur ki, bu, əsl sənət əsərinin virtual aktivə çevrildiyi ilk haldır.

"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub. Bu, çoxlu lot ilə hərracların tətbiqinin başlanğıcı olub.

Daha əvvəl Benksinin qrafitisi olan divarın bir parçasının "altırəqəmli məbləğə" satıldığı bildirilmişdi.

726
Samirə Əfəndi, arxiv şəkli

Azərbaycanlı müğənni "B" planına düşdü

20
Qeyd olunub ki, Azərbaycan təmsilçisi Samirə Əfəndi və digər iştirakçılar "Avroviziya-2021"dən 5 gün əvvəl Niderlanda gedərək karantində olacaqlar

BAKI, 5 mart — Sputnik. Avropa Yayım Birliyi (EBU) "Avroviziya-2021" üçün hazırlanan dörd əsas ssenari arasında "B" planını seçməyə məcbur olub. Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb dünyada koronavirusun hələ də gündəmdə qalmasıdır. Müsabiqənin ənənəvi qaydada keçirilməsi mümkün olmadığı üçün təşkilatçılar bütün səylərini "B" planına yönəldiblər. Bununla da "Avroviziya-2021"ın necə təşkil ediləcəyi ilə bağlı yekun qərar verilib.

Bu barədə müsabiqənin icraçı məsləhətçisi Martin Österdahl məlumat yayıb.

"Müsabiqənin ruhu və ənənəsi Avropanı bir səhnədə birləşdirməkdir və biz buna Rotterdamda nail olmaq qərarındayıq. Bütün sənətçilərin Rotterdamda canlı ifa etdiyi təhlükəsiz bir yarışma keçirmək istəyirik", - deyə o bildirib.

Qeyd olunub ki, Azərbaycan təmsilçisi Samirə Əfəndi və digər iştirakçılar "Avroviziya-2021"dan 5 gün əvvəl Niderlanda gedərək karantində olacaqlar. Onlardan uçuşdan 72 saat əvvəl neqativ koronavirus test nəticəsini ("PCR" test - red.) təqdim etmələri tələb edilir. İfaçılar lazım olmadığı təqdirdə qaldıqları oteldən kənara çıxa bilməyəcəklər. Müsabiqənin bütün heyətindən mütəmadi olaraq test götürüləcək. Media mərkəzinə 500 nəfər dəvət ediləcək, rəqəmsal mühitə 1000 işçi cəlb olunacaq. Müsabiqənin keçirildiyi "Ahoy Arena"nın tutumu kiçildiləcək, 1,5 metr məsafəyə riayət olunacaq. Buna baxmayaraq, yarışda tamaşaçıların iştirak edib-etməyəcəyi barədə aprel ayının ortalarında məlumat veriləcək.

"Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsi onlayn formatda keçiriləcək, nümayəndə heyətlərinin tərkibi və jurnalistlərin sayı ixtisar olunacaq. Mahnı müsabiqəsində tamaşaçıların olub-olmaması barədə qərar isə hələ qəbul edilməyib.

Yeni ssenari çərçivəsində hər bir nümayəndə heyətində iştirakçıların sayı əvvəlki müsabiqələrlə müqayisədə ixtisara salınacaq. Tədbirdə iştirak edəcək jurnalistlərin sayı isə 500 nəfərə qədər məhdudlaşdırılacaq, daha 1000 jurnalist isə müsabiqəni xüsusi mətbuat mərkəzindən işıqlandıracaq. S.Əfəndinin "Avroviziya-2021" mahnısı martın ikinci həftəsində elan olunacaq.

20
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, plan, "Avroviziya" mahnı müsabiqəsi

Azad edilmiş daha bir kəndimizin hazırkı mənzərəsi belədir - VİDEO

0
Cəbrayıl rayonunun Papı kəndi 2020-ci ilin oktyabrın 21-də əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunub.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

0