Mikrofon, arxiv şəkli

"Sən ağlama"nı oxumaq istəyənlər, təzminat ödəməli olacaqsınız

17
(Yenilənib 15:34 21.01.2021)
Aysel Gürelin qızı və varisi Mehtap Ar bundan sonra "Sən ağlama" mahnısını icazəsiz oxuyan müğənnilərə qarşı məhkəmə qərarı çıxardıb.

BAKI, 21 yanvar — Sputnik. Türk pop musiqisinin sevilən əsərlərindən olan "Sən ağlama" mahnısı ilə bağlı məhkəmə qərarı çıxıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sən ağlama" mahnısının sözləri Aysel Gürel, musiqisi isə Sezen Aksuya məxsusdur.

Aysel Gürelin qızı və varisi Mehtap Ar bundan sonra "Sən ağlama" mahnısını icazəsiz oxuyan müğənnilərə qarşı məhkəmə qərarı çıxardıb. Belə ki, anasının varisi kimi "Müzik Eseri Sahipleri Grubu Meslek Birliği"nə (MSG) üzv olan Mehtap Ar, Sezen Aksunun mahnının tək sahibi olmasına da etiraz edib və məhkəməyə baş vurub.

Uzun sürən məhkəmədən sonra Mehtap Arın tələbi qəbul edilib və bundan sonra "Sən ağlama" mahnısına müraciət edən hər hansı bir sənətçi, Mehtap Ara faiz ödəyəcək.

Həmçinin məhkəmə qərarı ilə bugünədək açılan məhkəmə qərarına da dəyişiklik gətirilib. Beləki, Sezen Aksunun qazandığı məhkəmənin qərarında müəyyən dəyişiklik olub və Mehtap Ara 23 min TL təzminat ödənilməsinə qərar verilib. Məbləğ, 16 illik faizlə zərərçəkmiş tərəfə təqdim ediləcək.

17
Netflix şirkətinin loqosu, arxiv şəkli

Çağatay Ulusoyun "Netflix"dəki filmindən ilk treyler - VİDEO

9
(Yenilənib 23:01 02.03.2021)
Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

BAKI, 2 mart — Sputnik. Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolu oynadığı növbəti "Netflix" filmi "Kağıttan hayaller"in ilk treyleri yayımlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, 12 martda yayımlanacaq ekran işi 190-dan çox ölkədə, 204 milyondan çox istifadəçiyə göstəriləcək.

Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

9
Teatr səhnəsi, arxiv şəkli

Teatrşünaslıq, rejissor aktyor sənətinin tədrisinə töhfə

4
(Yenilənib 22:00 02.03.2021)
Əsərlərin tərcümə müəllifi Bəhlul Abbasov, redaktoru Nəriman Əbdülrəhmanlıdır. Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

BAKI, 2 mart — Sputnik. Teatrşünaslıq, rejissor və aktyor sənətinin tədrisinə töhfə olaraq Rusiyanın görkəmli teatr rejissoru, pedaqoq Georgi Tovstonoqovun Azərbaycan dilinə tərcümə edilmiş məqalələrinin toplandığı "Səhnə güzgüsü" kitabı (ADTM) nəşr olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müəllifin "Stanislavski dövrü", "Klassika haqqında düşüncələr", "İdeyanın gerçəkləşdirilməsi", "Yeni fikirlər axtarışında", "İncəsənətdə vətəndaşlıq mövqeyi haqqında" və digər başlıqlı məqalələrinin toplandığı kitabda rejissorluq və aktyorluq peşəsinin incəlikləri, sənət dünyasının gizli qatlarında cərəyan edən proseslər dərin təhlil və araşdırmalarla izah edilir.

Əsərlərin tərcümə müəllifi Bəhlul Abbasov, redaktoru Nəriman Əbdülrəhmanlıdır.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

4
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

133
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

133