Pult

MTRŞ-dan "Space TV" ilə bağlı qərar

26
(Yenilənib 18:21 11.01.2021)
"Space TV"-nin Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalında HD formatında yayımlanması barədə qərar qəbul edilib

BAKI, 11 yanvar — Sputnik. 11 yanvar 2021-ci il tarixdə Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib. Şuradan Sputnik Azərbaycan-a verilən xəbərə görə, iclasda "Space Müstəqil Teleradio" MMC-nin "Space" televiziya kanalının HD siqnal ilə yayımlanması üçün Milli Televiziya və Radio Şurasına müraciətinə baxılıb.

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Milli Televiziya və Radio Şurası "Space" televiziya kanalının (Space TV) Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalında HD formatında yayımlanması barədə qərar qəbul edib.

26
Teqlər:
qərar, MTRŞ, "Space" Müstəqil Televiziya və Radio Şirkəti
Aida Mahmudovanın PASTPRESENTFUTURE sərgisi

Azərbaycanlı rəssamın ABŞ-da ikinci fərdi sərgisi açılıb

4
(Yenilənib 21:11 15.01.2021)
Fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

BAKI, 15 yanvar — Sputnik. Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

"Sapar Contemporary" inkubatoru varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən yeni "Aida Mahmudova: PASTPRESENTFUTURE" seriyasını təqdim edib. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları çılpaq şəkildə göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn "Roots" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq böyümə və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.

Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir".

4
Leyla Məcnun serialı

"Netflix" ilk dəfə Azərbaycanda film çəkdi - VİDEO

30
(Yenilənib 14:17 15.01.2021)
"Netflix Indonesia" tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıblar.

BAKI, 15 yanvar — Sputnik. Dünyaca məşhur "Netflix" platforması ilk dəfə Azərbaycanla bağlı film çəkib.

Sputnik Azərbaycan xəbər verir ki, ekran işi məşhur yazıçımız Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında ərsəyə gətirilib.

"Netflix Indonesia" tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıblar.

"Layla və Majnun"un premyerası fevralın 11-də baş tutacaq.

 

30
Teqlər:
Netflix şirkəti
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

0
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

0