Müğənni Nura Suri və aparıcı Samir Bayramlı

Nura Suri teleaparıcının ağuşunda şəkillər çəkdirdi - VİDEO

51
(Yenilənib 00:54 11.01.2021)
Müğənni Nura Suri pərəstişkarlarının könlünü xoş eləmək üçün aparıcı Samir Bayramlı ilə müxtəlif obrazlar yaradıb

BAKI, 11 yanvar - Sputnik, Kəmalə Əliyeva. Tanınmış müğənni Nura Suri aparıcı Samir Bayramlı ilə fotosessiya etdirib. İfaçı Sputnik Azərbaycan-a bildirib ki, o, pərəstişkarlarını yeni fotolayihə ilə sevindirmək qərarına gəlib. Bu dəfə Nura işi fotoqraf Rövşən Nəzirliyə etibar edib. Videoçarxı isə Mirzə Əbiyev hazırlayıb. Layihədə məşhurlar sevgili cütlük obrazı yaradıblar.

Xatırladaq ki, bu yaxınlarda Nur Suri cəsarətli pozalar verdiyi daha bir fotolayihəni təqdim eləmişdi.

Hazırda isə müğənni başqa layihələr üzərində çalışır və tez bir zamanda onları bitirmək niyyətindədir. 

  • Müğənni Nura Suri və aparıcı Samir Bayramlı
    Müğənni Nura Suri və aparıcı Samir Bayramlı
    © Photo : Rovshan Nazirli
  • Müğənni Nura Suri və aparıcı Samir Bayramlı
    Müğənni Nura Suri və aparıcı Samir Bayramlı
    © Photo : Rovshan Nazirli
  • Müğənni Nura Suri və aparıcı Samir Bayramlı
    Müğənni Nura Suri və aparıcı Samir Bayramlı
    © Photo : Rovshan Nazirli
1 / 3
© Photo : Rovshan Nazirli
Müğənni Nura Suri və aparıcı Samir Bayramlı

Nura Suri uzun illərdir populyardır. O, üç uşaq böyüdür. Karantin zamanı müğənnilikdən savayı, tikinti şirkətinə işə düzəlməsi ilə də gündəmə gəldi.

51
Eldar Quliyev, arxiv şəkli

Bu gün ad gününü qeyd edən sənətkar xəstəxanalıq olub

17
(Yenilənib 16:57 18.01.2021)
Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

 

BAKI, 18 yanvar — Sputnik. Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib. Bildirilib ki, hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Müalicəsi davam etdirilir.

Qeyd edək ki, Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.

17
Ermitaj muzeyinə mənzərə, arxiv şəkli

Dünyaca məşhur muzey saxtakarlıqda ittiham olunur

31
(Yenilənib 00:26 17.01.2021)
Kolleksiyaçı Rujnikov Ermitaj muzeyindəki bir çox eksponatın orijinal olmadığını bildirib. Üstəlik, onun fikrincə, ötən ilin noyabrından davam edən sərgidə də məşhur əsərlərin kobud, saxta versiyaları nümayiş olunur.

BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj muzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubunda bildirilib. O qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan həqiqi eksponatlarla yanaşı nümayiş etdirilən əsgərin siqaret yandırdığı heykəlcik Savitskinin Fersman Muzeyindəki heykəlinin kobud bənzəridir.

Bundan başqa, kolleksiyaçı muzeydəki bir çox eksponatın orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX əsrə yox, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarların siyahısını xeyli uzada biləcəyini qeyd edib.

İddialar əsasında hazırda Ermitajda araşdırmalara başlanılıb. Sərgi ötən il noyabrın 25-də başlayıb və bu il martın 14-dək davam edəcək.

31
Teqlər:
saxtakarlıq, Ermitaj, muzey
Uşaqlar, arxiv şəkli

İnsan alverinin hər üç qurbanından biri uşaqdır

0
(Yenilənib 17:58 18.01.2021)
Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

BAKI, 18 yanvar — Sputnik. İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan "insan alveri" istismar məqsədilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.

İnsan alverinə qarşı mübarizə məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.

Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "Qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

https://www.facebook.com/prokurorluq/videos/118373910083559

0