Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Mikelancelonun "David"inin ən dəqiq surəti yaradılacaq

© AFP 2023 / MARCO BERTORELLOСтатуя Давида, фото из архива
Статуя Давида, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mikelancelonun "David" heykəli "Expo" Ümumdünya Sərgisində İtaliyanın əsas simvolu olacaq. Sərgi Dubayda "Florensiya Gözəl Sənətlər Akademiyası"nın Qalereyasında nümayiş olunacaq.

 

BAKI, 9 yanvar — Sputnik. Mikelancelonun "David" heykəli "Expo" Ümumdünya Sərgisində İtaliyanın əsas simvolu olacaq. Sərgi oktyabrda Dubayda keçiriləcək. Heykəl "Florensiya Gözəl Sənətlər Akademiyası"nın Qalereyasında nümayiş olunacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə muzeyin direktoru Sesiliya Hollberq bildirib.

Çılpaq "David"in təsvir olunduğu heykəl gənc Mikelancelo tərəfindən nəhəng mərmər blokundan hazırlanıb. 1504-cü ildə heykəl Florensiyanın mərkəzində quraşdırılıb və tezliklə Florensiya Respublikasının simvolu olub. Heykəl 5 metr 17 santimetr hündürlükdə və 5,6 ton ağırlığındadır. Yağıntıların və küləyin təsirlərindən qorumaq üçün heykəl 1873-cü ildə Avropada ilk rəsm akademiyasının – "Florensiya Gözəl Sənətlər Akademiyası"nın binasına köçürülüb.

Təbii ki, Mikelancelonun şah əsərinin Dubaya göndərilməsindən söhbət gedə bilməzdi, buna görə də elmin son nailiyyətlərindən istifadə edərək dünyanın ən dəqiq heykəl nüsxəsini yaratmaq fikri ortaya çıxıb.

Bu təkliflə İtaliyanın "Expo"dakı Komissarı Paolo Glisenti və milli pavilyon layihəsinin müəllifi Davide Rampello Akademiya Qalereyasının Direktoruna müraciət ediblər.

"David"in surətini çıxarmaq prosesi üç mərhələyə bölünə bilər. Bunlardan birincisində lazer skanerlərdən istifadə edərək heykəlin ən dəqiq rəqəmsal modeli yaradılacaq. Sonra bütün toplanmış məlumatlar ümumiləşdiriləcək və təsdiqlənəcək. Bunların əsasında dünyanın ən böyük 3D printerlərindən birini istifadə edərək, ən dəqiq nüsxəsi "yazdırılacaq". İşin son, üçüncü mərhələsində, nüsxənin hər hissəsinə Florensiya sənətkarları "əl gəzdirəcəklər".

"David" heykəlinin "Expo"da İtalyan pavilyonunun mərkəzindəki səkkizguşəli "Yaddaş Teatrı"nda quraşdırılacağı gözlənilir.

Xəbər lenti
0