CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tağıyevin maddi yardımı ilə Bakıda inşa edilən pravoslav kilsəsi - VİDEO

© AR Ministry of CultureКафедральный собор Святых Жён-Мироносиц в Баку
Кафедральный собор Святых Жён-Мироносиц в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksinin Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixində bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib

BAKI, 5 yanvar — Sputnik. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Müqəddəs Mürdaşıyan Zənənlər pravoslav kilsəsi barədə hazırlanan videoçarxı təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib.

Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksinin Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixində bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib.

Açılış mərasimində ulu öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların rəhbərləri iştirak ediblər.

Xəbər lenti
0