Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Türkiyədən azərbaycanlı yazıçıya yeni il hədiyyəsi

© AP Photo / Shizuo KambayashiПокупательница в книжном магазине
Покупательница в книжном магазине - Sputnik Azərbaycan
Abunə olmaq
2020-сi ildə İstanbulun "Asmaaltı yayın evi" yazıçının "Yumru yumaq" adlı kitabını kütləvi tirajla çap edib. Kitaba yazıçının 38 hekayəsi daxil edilib.

BAKI, 5 yanvar — Sputnik. Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Zahid Xəlilin adı türk oxucularına yaxşı tanışdır. Türk dünyasında geniş yayılan "Temrin" dərgisi 86-cı sayını bütövlükdə onun yaradıcılığına həsr edib. 2021-ci ilin ilk günlərində isə İstanbulun "Asmaaltı yayın evi" Zahid Xəlilin "Qış nağılı" kitabını oxuculara təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, əsərləri türk dilinə tanınmış tərcüməçi Əbdülqadir Özqan və gənc şair-tərcüməçi Əbdürrəhim Kiçik çeviriblər. Hər iki kitabın rəsmlərini tanınmış rəssam Şükran Ozqan çəkib.

Yazıçının fikrincə, "Qış nağılı" onun üçün ən yaxşı yeni il hədiyyəsidir.

Qeyd edək ki, 2020-сi ildə İstanbulun "Asmaaltı yayın evi" yazıçının "Yumru yumaq" adlı kitabını kütləvi tirajla çap edib. Kitaba yazıçının 38 hekayəsi daxil edilib.

Xəbər lenti
0