BAKI, 5 yanvar — Sputnik. Britaniya kinosunun qorxu filmləri ulduzu sayılan aktrisa Barbara Şelli vəfat edib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 88 yaşlı aktrisa COVID-19-a yoluxaraq, həyatını itirib.
farewell Barbara Shelley. Hammer's most prolific actress.... #RIPBarbaraShelley pic.twitter.com/uFFZAyXPeE
— Hammer Horror Films (@HorrorHammer1) January 4, 2021
Barbara Şelli 1932-ci il fevralın 13-də Londanda doğulub. Erkən yaşlarından kinoya çəkilməyə başlayan Barbara Şelliyə dünya şöhrəti gətirən film "Drakula" olub. Geniş tamaşaçı kütləsi isə aktrisanı "Doktor Kim", "Pişik qadın", "Rasputin: Dəli monax", "Qorqona" və başqa ekran əsərləri ilə tanıyıblar.
BAKI, 19 yanvar — Sputnik. Müğənni Təranə Qumral sosial şəbəkədə yayımladığı video ilə müzakirələrə səbəb olub.
Sputnik Azərbaycan xəbər verir ki, sənətçinin görüntüdə işlətdiyi qeyri-etik ifadələr bir yana, onun istifadə etdiyi effekt ələ salınıb.
Посмотреть эту публикацию в Instagram
Bir neçə gün əvvəl qızları ilə rəqs edən videosunu yayımlayan ifaçı ünvanına yazılan tənqidlərə cavab verib. O: "Bir ildir efirə çıxmıram, özümlə bağlı sosial şəbəkəyə video qoymuram. O gün bir video yayımladım, altına oturub nə qarğışlar, söyüşlər yazmısız. Öz başınıza tökülsün. Götürüb nəsə yazsam, deyəcəksiniz, Təranə Qumral izləyicisini təhqir etdi. Amma sizin məni hər cür təhqir etməyə haqqınız var? Qarğışlarınız öz canınıza tökülsün. Hünəriniz var, bir də qarğış yazasınız", - deyə bildirib.
Təranə daha sonra paylaşımındakı şərh bölümünü bağlayıb.
BAKI, 19 yanvar — Sputnik. Fransanın tanınmış aktyoru və ssenarist Jan-Pyer Bakri vəfat edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 69 yaşlı aktyor ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, Jan-Pyer Bakri 1951-ci il mayın 24-də Əlcəzairdə yəhudi ailəsində doğulub. 1962-ci ildən sonra aktyorun ailəsi Fransaya mühacirət edib. Mərhum aktyorun kinoya ilk gəlişi "Hərbi həkim" filmində olub. Həmin filmdə Alen Delon və Veronik Janno ilə tərəf-müqabili olan Jan-Pyer Bakri 1985-ci ildə Lyuk Bessonun "Zirzəmi" filmində çəkilib.
Mərhum aktyor 70-dən çox kino və telelayihələrin ssenari müəllifi olub. "Ən yaxşı ssenari"yə görə dörd dəfə "Sezar" mükafatına layiq görülüb. Həmçinin Kann Festivalının mükafatçısı olub.
BAKI, 19 yanvar — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında" ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu keçirilir.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinin əmri ilə gənc əsgərlərin sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür. Eyni zamanda, müxtəlif mövsümi xəstəliklərdən qorunmaqla bağlı şəxsi heyətlə müvafiq maarifləndirmə işləri aparılır və onların sağlamlığına nəzarət məqsədi ilə gündəlik termometriyası keçirilir.
Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.
Tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən müayinə olunduqdan sonra hərbi qulluqçuların hər birinə tibbi kitabça açılır və gənc əsgərlərə müvafiq qaydada məişət xidmətləri göstərilir.
Hərbi qulluqçular bütün təminat növlərinə qoyulurlar və normalara uyğun olaraq qış hərbi geyim forması ilə təmin edilirlər.
Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq şəxsi heyətə sıra hazırlığı məşğələləri keçirilir və onlara hərbi intizamın möhkəmləndirilməsi üzrə mühazirələr oxunur.