Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İllərin sirri üzə çıxdı - "Star Trek" filminin aktyorunun külü gizli şəkildə saxlanılıb

© AFP 2023 / Mark Mainz / Getty ImagesCeyms Duanen həyat yoldaşı
Ceyms Duanen həyat yoldaşı - Sputnik Azərbaycan
Abunə olmaq
Biznesmen həmin fotoşəkli 2008-ci ildə BKS-ə kosmik turist olaraq səfəri zamanı Kolumbus modulunun daxili örtüyünün altında gizlədib. Cərimədən qorxduğu üçün o, Duanenin yaxınlarından bunun gizli qalmasını istəyib.

BAKI, 30 dekabr — Sputnik. "Star Trek" filmində "Skotti" rolunu oynayan Ceyms Duhanın külü Beynəlxalq Kosmik Stansiyada 12 il gizli şəkildə saxlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, 2008-ci ildən bəri sənətkarın külü Yer üzünü 70 min dəfədən çox dövr edib. Bütün bu müddətdə Duhanın qalıqlarının stansiyada saxlanıldığını cəmi bir neçə nəfər bilib.

Bildirilir ki, aktyorun qohumları sahibkar və "Ultima" oyununun tərtibatçısı Riçard Qerriota müraciət edərək, ondan aktyorun fotoşəkillərinə laminasiya edilmiş külünü BKS-ə çatdırmasını istəyib. Biznesmen həmin fotoşəkli 2008-ci ildə BKS-ə kosmik turist olaraq səfəri zamanı Kolumbus modulunun daxili örtüyünün altında gizlədib. Cərimədən qorxduğu üçün o, Duhanın yaxınlarından bunun gizli qalmasını istəyib.

Aktyorun oğlunun sözlərinə görə, ailə Qerriota minnətdardır, çünki Duhanın üç böyük həvəsi var idi: kosmos, elm və qatarlar. O, həmişə kosmosa çıxmağı xəyal edib.

Xəbər lenti
0