Kinoteatr, arxiv şəkli

Türk dünyasının ən yaxşı sənədli filmi seçilib

11
(Yenilənib 00:39 26.12.2020)
Federasiyanın və festivalın təşkilat komitəsinin sədri Menderes Dəmir bildirib ki, professional və tələbə kateqoriyalarında keçirilən festivalın builki mövzusu "Türk mədəniyyəti və türkün dünyaya baxış bucağı" idi

BAKI, 26 dekabr — Sputnik. Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Doqquz ölkə, doqquz şəhər!" devizi altında keçirilən V Türk Dünyası Sənədli Film Festivalı başa çatıb.

Federasiyanın və festivalın təşkilat komitəsinin sədri Menderes Dəmir bildirib ki, professional və tələbə kateqoriyalarında keçirilən festivalın builki mövzusu "Türk mədəniyyəti və türkün dünyaya baxış bucağı" idi.

Sputnik Azərbaycan xəbər verir ki, festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şimali Kipr, Macarıstan, Şimali Makedoniya ilə yanaşı, Rusiya Federasiyasının Tatarıstan, Çuvaşiya, Başqırdıstan, Tuva, Yakutiya, Dağıstan və Xakasiya respublikaları təmsil olunub.

Festivalın bağlanış mərasimi Türkiyənin Osmaniyyə şəhər valiliyi, Osmaniyyə Ticarət və Sənaye Palatası, "Qorqud Ata" Universiteti və Türk Dünyası Kültür, Sənət və Kino Vəqfinin dəstəyi ilə reallaşıb.

Öncə Qazaxıstan Dövlət Universiteti tərəfindən hazırlanan "Böyük müəllim Əl Fərabi" filmi nümayiş olunub. Sonra qonaqlar Türkiyənin məşhur aktyoru Cüneyt Arkının çəkildiyi filmlərin afişalarının da yer aldığı, türk kinosunun 106 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Bir sıra televiziya kanallarının canlı yayımladığı mərasimdə diqqətə çatdırılıb ki, festivala türk dünyasının 33 bölgəsindən ümumilikdə 150 sənədli film qatılıb. Pandemiya səbəbindən finala mükafat qazanan filmlər festivalın "YouTube" kanalı üzərindən nümayiş olunub.

Peşəkar nominasiyasında birinci mükafata qırğızıstanlı rejissor İbadulla Adjıbayevin "Müəllim", ikinci mükafata türkiyəli rejissor Özer Kesemenin "Diş ağrısı", üçüncü mükafata isə azərbaycanlı rejissor Vəli Səyyadinin "Hapıtlar" və türkiyəli rejissor Mehmet Can Bindalın "Şəms" filmləri layiq görülüb. Bu nominasiyanın xüsusi mükafatları Atbin Hüseyninin "Dumanlı sərhəd" və Özbəkistandan Murod Odilovun "Suzuk Ota" filmlərinə təqdim olunub.

Tələbə kateqoriyasında birinciliyi Türkiyədən Yağmur Kartalın "Oyuncaqçı: gizli yadigarlar" filmi əldə edib. İkinci və üçüncü yerləri isə Tatarıstan (Rusiya) və Qırğızıstandan olan tələbələrin filmləri qazanıb.

Münsiflərin xüsusi mükafatına Qazaxıstandan Aralim Zetkergenin "Craftsman" filmi layiq görülüb. Festivalın təşkilat komitəsinin xüsusi mükafatını isə türkiyəli rejissor Həsən Erdoğmuşun "Merkeb-i-Mesai" filmi alıb.

Festivalın "Yaşam boyu" mükafatı korifey türk aktyoru Cüneyt Arkına verilib.

"Türk dünyasının fəxri" mükafatı bu dəfə tanınmış qırğız rejissoru Murat Əliyevin xatirəsinə həsr edilib.

Festivalın münsiflər heyətində ölkəmizi rejissor, Əməkdar incəsənət xadimi Nizami Abbas təmsil edib.

11
Eldar Quliyev, arxiv şəkli

Bu gün ad gününü qeyd edən sənətkar xəstəxanalıq olub

9
(Yenilənib 16:57 18.01.2021)
Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

 

BAKI, 18 yanvar — Sputnik. Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib. Bildirilib ki, hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Müalicəsi davam etdirilir.

Qeyd edək ki, Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.

9
Ermitaj muzeyinə mənzərə, arxiv şəkli

Dünyaca məşhur muzey saxtakarlıqda ittiham olunur

31
(Yenilənib 00:26 17.01.2021)
Kolleksiyaçı Rujnikov Ermitaj muzeyindəki bir çox eksponatın orijinal olmadığını bildirib. Üstəlik, onun fikrincə, ötən ilin noyabrından davam edən sərgidə də məşhur əsərlərin kobud, saxta versiyaları nümayiş olunur.

BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj muzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubunda bildirilib. O qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan həqiqi eksponatlarla yanaşı nümayiş etdirilən əsgərin siqaret yandırdığı heykəlcik Savitskinin Fersman Muzeyindəki heykəlinin kobud bənzəridir.

Bundan başqa, kolleksiyaçı muzeydəki bir çox eksponatın orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX əsrə yox, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarların siyahısını xeyli uzada biləcəyini qeyd edib.

İddialar əsasında hazırda Ermitajda araşdırmalara başlanılıb. Sərgi ötən il noyabrın 25-də başlayıb və bu il martın 14-dək davam edəcək.

31
Teqlər:
saxtakarlıq, Ermitaj, muzey
İtaliyada epdimioloji vəziyyət, arxiv şəkli

"Dünya fəlakətin astanasındadır" ÜST rəhbəri açıq danışdı

0
(Yenilənib 17:01 18.01.2021)
Qebreyesus qeyd edib ki, müxtəlif ölkələrdən insanların vaksinə bərabər çıxışını təmin etmək planları təhdid altındadır.

 

BAKI, 18 yanvar — Sputnik. Dünya mənəvi fəlakətin astanasındadır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus qurumun İcraçı Komitəsində çıxışında bildirib.

"Mən açıq deyəcəyəm: Dünya fəlakətli mənəvi bir səhvin astanasındadır - bu səhvin qiyməti insan həyatı olacaq və dünyanın ən kasıb ölkələrində yaşamaq imkanı olmayacaq", - deyə ÜST rəhbəri qeyd edib.

O vurğulayıb ki, 49 inkişaf etmiş ölkənin vətəndaşları artıq 39 milyon doza vaksini alıb. Eyni zamanda ən kasıb ölkələrdən birində isə cəm 25 peyvəndləmə həyata keçirilir.

Qebreyesus qeyd edib ki, müxtəlif ölkələrdən insanların vaksinə bərabər çıxışını təmin etmək planları təhdid altındadır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 milyonu keçib, 2 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0