Tacir Şahmalıoğlu, arxiv şəkli

Tacir Şahmalıoğlu səsinə görə dilləndi: "İkiləməyə heç kimin ixtiyarı yoxdur" - VİDEO

41
(Yenilənib 19:22 21.12.2020)
"Kaseti qoyub, öyrənib. Eynisi deyil, ondan daha aşağı səviyyədədir. Mənim kimi oxuması mümkün deyil. Səsimdə çalarlar var ki, muncuq kimi düzmüşəm. İndi səslərin başına oyun gətirirlər: təmizləyirlər, nələr edirlər"

BAKI, 21 dekabr — Sputnik. "Neçə ildir sənətdəyəm, heç kimi qısqanmamışam. Mənə neçə dəfə mahnımı oxumaqla bağlı müraciət edilibsə, demişəm, olar. Amma o demək deyil ki, məni təkrarlayasan. Mənim ifamdan çox önəmli yerlərdə istifadə edilib. Bu səs əvəzolunmazdır, onu ikiləməyə heç kimin ixtiyarı yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Elgizlə izlə" proqramında deyib. Sənətçi Əməkdar artist Təyyar Bayramovun oğlu Kənanın onun məşhur "Bayatı şiraz"ını oxumasından danışıb:

"Təyyar Bayramovun oğlu da məni yamsılayır. Kaseti qoyub, öyrənib. Eynisi deyil, ondan daha aşağı səviyyədədir. Mənim kimi oxuması mümkün deyil. Səsimdə çalarlar var ki, muncuq kimi düzmüşəm. İndi səslərin başına oyun gətirirlər: təmizləyirlər, nələr edirlər".

 

41
Teqlər:
video, mahnı, səs, müğənni, Tacir Şahmalıoğlu
Kitabxana

Mədəniyyət işçiləri üçün böyük töhfə

4
(Yenilənib 00:38 16.01.2021)
Piter Stiven Pol Bruk "Karamazov qardaşları", "Dəfn olunmamış ölülər", "Qış nağılı", "Böyük inkvizitor", "Dilənçilər operası", "Yeddi gün, yeddi gecə" kimi məşhur teatr tamaşalarının, bədii və sənədli filmlərin müəllifidir.

BAKI, 16 yanvar — Sputnik. Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyor sənətinin tədrisinə töhfə olaraq İngiltərənin görkəmli teatr və kino rejissoru, nəzəriyyəçisi Piter Stiven Brukun Azərbaycan dilinə tərcümə edilmiş məqalə və müsahibələrinin toplandığı "Boş məkan" kitabını nəşr edib.

Sputnik Azərbaycan xəbər verir ki, "Cansız teatr", "Müqəddəs teatr", "Kobud teatr", "Teatr", "Y.Kaqarlitski" başlıqlı fəsillər üzrə toplanmış əsərlər teatr mühitinin pərdəarxası, aktyorluq və rejissorluq sənətinin görünən və gizli tərəfləri, sənət aləmində baş verən proseslərin izahını dərin təhlil və araşdırmalarla verir.

Əsərlərin tərcümə müəllifi İlqar Əlfioğlu, redaktoru Rəbiqə Nazimqızıdır. Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

Qeyd edək ki, Piter Stiven Pol Bruk "Karamazov qardaşları", "Dəfn olunmamış ölülər", "Qış nağılı", "Böyük inkvizitor", "Dilənçilər operası", "Yeddi gün, yeddi gecə" kimi məşhur teatr tamaşalarının, bədii və sənədli filmlərin müəllifidir. O, həmçinin 1968-ci ildə Parisdə yaradılmış Beynəlxalq Teatr Araşdırmaları Mərkəzinin təsisçisidir. "Britaniya imperiyası", "Şərəf legionu" ordenlərinə layiq görülüb. "Avropa teatr mükafatı", "Kioto" və "Beynəlxalq İbsen mükafatı" kimi ödüllərlə də təltif edilib. Onun əsərləri Azərbaycanda ilk dəfə nəşr olunur.

4
Aida Mahmudovanın PASTPRESENTFUTURE sərgisi

Azərbaycanlı rəssamın ABŞ-da ikinci fərdi sərgisi açılıb

10
(Yenilənib 21:11 15.01.2021)
Fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

BAKI, 15 yanvar — Sputnik. Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

"Sapar Contemporary" inkubatoru varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən yeni "Aida Mahmudova: PASTPRESENTFUTURE" seriyasını təqdim edib. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları çılpaq şəkildə göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn "Roots" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq böyümə və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.

Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir".

10
Bakı karantinin yumşaldılmasından sonra

Kafe-restoran həsrətliləri üçün son tarix

0
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilsə də müəyyən yumşalmalar var

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərərgah kafe və restoranların yerində xidmət göstərəcəyi tarixi açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Qeyd edək ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar