BAKI, 18 dekabr — Sputnik. Xalq artisti Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Abbas Bağırov, Tünzalə Ağayeva və müğənni Xəyyam Nisanov birlikdə rus dilində ifa etdikləri "Шуша Возвращается Домой" ("Şuşa evinə qayıdır") adlı mahnını təqdim ediblər.
Sputnik Azərbaycan xəbər verir ki, bəstənin söz və musiqisi Seymur Aslanova, rejissorluğu isə Cəlal Kəngərliyə məxsusdur.
Посмотреть эту публикацию в Instagram
Mahnının rus dilində səsləndirilməsinə Tünzalə Ağayeva sosial şəbəkədə belə aydınlıq gətirib:
"Şuşa haqqında mahnının məhz rus dilində oxunmasının məqsədi ölkəmizdən kənarda , dünyadakı böyük rusdilli auditoriyaya Şuşamızın, Qarabağımızın gözəlliyini çatdırmaqdır".
Zülfiyyə Xanbabayeva isə "Instagram" hesabındakı paylaşımında "Şuşanın qayıdışının xalqımız üçün nə qədər müqəddəs, vacib, haqq işi olduğunu təsvir edən və səsimizi çoxmilyonlu qonşu xalqlara çatdıracaq yeni layihəmizi təqdim edirik" sözlərini yazıb.
BAKI, 18 yanvar — Sputnik. Film və televiziya şirkəti "Netflix" 2021-ci il üçün yeni qərar qəbul edib.
Sputnik Azərbaycan xarici KİV-nə istinadən xəbər verir ki, dünyanın ən məşhur rəqəmsal platforması bundan sonra hər həftə yeni film yayımlayacaq.
Belə qərarın qəbul edilməsinə səbəb bir çox dünya ölkələrində sərtləşdirilmiş karantin rejiminin davam etməsi və kino zallarının hələ də bağlı olmasıdır.
Yeni qaydanın bu həftədən etibarən tətbiqinə başlanılacaq.
Yayımlanacaq yeni ekran əsərlərindən biri "Don"t look up"dır. Sözügedən filmin baş rollarında Leonardo Di Kaprio, Meril Strip, Ariyana Qrande kimi ulduzlar çəkiliblər.
BAKI, 18 yanvar — Sputnik. Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib. Bildirilib ki, hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Müalicəsi davam etdirilir.
Qeyd edək ki, Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.
Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.
BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.
Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.