Heydər Əliyev Sarayı, arxiv şəkli

Heydər Əliyev Sarayına direktor təyin olundu

38
Ramil Qasımov 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 2016 və 2017-ci illərdə Prezident mükafatlarına layiq görülüb. Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimidir.

BAKI, 18 dekabr — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Azərbaycan Respublikasının Əməkdar artisti Qasımov Ramil Adıgözəl oğlu Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi məlumat yayıb.

Ramil Qasımov 1984-cü ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirib.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" ixtisası üzrə bitirib. Müxtəlif illərdə ölkədaxili və beynəlxalq səviyyədə orden və medallarla təltif edilib.

Peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aparıcı solist kimi başlayıb, Həmkarlar İttifaqının sədri və quruluş hissə müdiri kimi fəaliyyət göstərib. 2004-cü ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışıb.

2011-ci ildə Azərbaycan Televiziyasının Musiqi kollektivlərinin bədii rəhbəri, 2012-ci ildə Səsyazma Evinin direktoru vəzifəsində çalışıb.

2015-ci ildə Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru vəzifəsinə təyin edilib. "Mədəniyyət" kanalında fəaliyyətə başladığı müddətdən ölkədə bir çox festivalların, telemüsabiqələrin və verilişlərin ("Bizi birləşdirən mədəniyyət", "Əbədi Musiqi", "Ötən illərin nəğmələri", "Bakı gecələri", "Mən də əsgərəm", "Bura vətəndir", "Romans axşamı!", Azərbaycan bəstəkarları arasında "Romans müsabiqəsi", "Xalq mahnıları" festivalı, "Orqan beynalxalq musiqisi" festivalı, "Azərbaycan vokalçıları" festival, "Milli nəfəs alətləri" festivalı) təşkilatçısı olub.

R.Qasımov Mədəniyyət kanalının təşkilatçılığı ilə keçirilən müxtəlif yaradıcılıq gecələrinin, müxtəlif tele-musiqili tamaşaların, "Məhsəti" operasının və Milli qəhrəmanımıza həsr olunan "Mübariz" musiqili tamaşasının təşəbbüskarı və ideya müəllifidir.

Ramil Qasımov 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 2016 və 2017-ci illərdə Prezident mükafatlarına layiq görülüb.

Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimidir.

38
Min bir gecə baleti, arxiv şəkli

Sankt-Peterburqda ilk dəfə "Min bir gecə" baleti nümayiş olunub

16
15-22 yanvar tarixində gerçəkləşən səfər proqramında P.Çaykovskinin "Yatmış gözəl", A.Adanın "Korsar" baletleri ilə bərabər Fikrət Əmirovun "Min bir gecə" əsəri əsas yer tutur.

BAKI, 21 yanvar — Sputnik. Sankt-Peterburqun dünya şöhrətli Mariinski Teatrında dahi bəstəkar Fikrət Əmirovun "Min bir gecə" baletinin dörd gün ərzində uğurlu ifası baş tutub.

Sputnik Azərbaycan xəbər verir ki, tamaşalar Mariinski Teatrının Primorski filialının Sankt-Peterburqa qastrol səfəri proqramı çərçivəsində nümayiş olunub.

15-22 yanvar tarixində gerçəkləşən səfər proqramında P.Çaykovskinin "Yatmış gözəl", A.Adanın "Korsar" baletleri ilə bərabər Fikrət Əmirovun "Min bir gecə" əsəri əsas yer tutur.

Mariinski Teatrının Primorski səhnəsinin baş baletmeysteri Eldar Əliyevin quruluş verdiyi "1001 gecə" baleti Sankt-Peterburqda son zamanlarda baş verən ən əlamətdar mədəni hadisələrdən birinə çevrilib. Bütün dörd tamaşaya biletlər daha öncədən satılıb və yerli ictimaiyyətin böyük marağına səbəb olub.

Tamaşaları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyev idarə edib.

Tamaşanın dekorasiyaları və kostyumları Peter Okunev tərəfindən hazırlanıb, işıq üzrə rəssam Sergey Martınov, video tərtibat Vadim Dulenko, əsas rolları isə Anna Samostrelova, Renata Şakirova (Şəhrizad), Sergey Umanets, Kanat Nadırbek (Şəhriyar), Denis Qolov, Gilermo Junio və digərləri ifa ediblər.

Əsərdə tar partiyasını Azərbaycan Dövlət Opera Teatrının solisti Ramin Əzimov və Nadejda Medvedeva səsləndiriblər. Tamaşaların ən əlamətdar hadisələrindən biri Mariinski Teatrının direktoru və baş dirijoru, dünya şöhrətli maestro Valeri Gergiyevin Fikrət Əmirovun baletini izləmək üçün xüsusi olaraq şəxsi cədvəlini dəyişməsi olub. Tamaşanı izlədikdən sonra maestro Valery Gergiyev Azərbaycanlı dirijor Əyyub Quliyev, baletmeyster Eldar Əliyev və bütün iştirakçı heyəti təbrik edərək Fikrət Əmirovun baletini Mariinski Teatrın tarixində əlamətdar və unudulmaz bir hadisə kimi qeyd edib.

Tamaşanı izləyən qonaqlar sırasında Rusiyanın Primorski bölgəsinin qubernatoru Oleq Kojemyako da olub.

Qeyd etmək lazımdır ki, azərbaycanlı musiqiçilərin Sankt-Peterburqa səfər ilə bağlı təşkilati məsələlərinin həllində Azərbaycanın Rusiyadakı səfirliyi dəstək olub.

16
Mikrofon, arxiv şəkli

"Sən ağlama"nı oxumaq istəyənlər, təzminat ödəməli olacaqsınız

14
(Yenilənib 15:34 21.01.2021)
Aysel Gürelin qızı və varisi Mehtap Ar bundan sonra "Sən ağlama" mahnısını icazəsiz oxuyan müğənnilərə qarşı məhkəmə qərarı çıxardıb.

BAKI, 21 yanvar — Sputnik. Türk pop musiqisinin sevilən əsərlərindən olan "Sən ağlama" mahnısı ilə bağlı məhkəmə qərarı çıxıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sən ağlama" mahnısının sözləri Aysel Gürel, musiqisi isə Sezen Aksuya məxsusdur.

Aysel Gürelin qızı və varisi Mehtap Ar bundan sonra "Sən ağlama" mahnısını icazəsiz oxuyan müğənnilərə qarşı məhkəmə qərarı çıxardıb. Belə ki, anasının varisi kimi "Müzik Eseri Sahipleri Grubu Meslek Birliği"nə (MSG) üzv olan Mehtap Ar, Sezen Aksunun mahnının tək sahibi olmasına da etiraz edib və məhkəməyə baş vurub.

Uzun sürən məhkəmədən sonra Mehtap Arın tələbi qəbul edilib və bundan sonra "Sən ağlama" mahnısına müraciət edən hər hansı bir sənətçi, Mehtap Ara faiz ödəyəcək.

Həmçinin məhkəmə qərarı ilə bugünədək açılan məhkəmə qərarına da dəyişiklik gətirilib. Beləki, Sezen Aksunun qazandığı məhkəmənin qərarında müəyyən dəyişiklik olub və Mehtap Ara 23 min TL təzminat ödənilməsinə qərar verilib. Məbləğ, 16 illik faizlə zərərçəkmiş tərəfə təqdim ediləcək.

14

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

0
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

0
Teqlər:
mafiya, İtaliya