ABŞ-ın Konqres Kitabxanası, arxiv şəkli

Amerikalıların seçimi: doqquz qadın yeddi qaradərili

8
(Yenilənib 00:10 16.12.2020)
Reyestrə həmçinin mədəni, tarixi və estetik əhəmiyyətə malik olan filmlərin, eyni zamanda 10 il bundan əvvəl çəkilən lentlərin də daxil edilməsi gözlənilir.

BAKI, 16 dekabr — Sputnik. ABŞ-ın Konqres Kitabxanası Milli Film Reyestrini genişləndirərək siyahısına 25 ekran əsəri daxil edib.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, bazar ertəsi yenilənən kitabxananın veb-saytındakı siyahısında, xüsusilə "Saat mexanizmli portağal" (A Clockwork Orange, 1971), "Shrek" (Shrek, 2001), "Qara cəngavər" (The Dark Knight, 2008) filmləri yer alıb.

Konqres Kitabxanasının direktoru Karla Hayden "Variety" jurnalına verdiyi müsahibəsində bildirib ki, reyestr Amerika cəmiyyətini əks etdirmək və 1890-cı ildə yaranan Amerika kinematoqrafiyasının qobelenini təmsil etmək məqsədi daşıyır. Reyestrə həmçinin mədəni, tarixi və estetik əhəmiyyətə malik olan filmlərin, eyni zamanda 10 il bundan əvvəl çəkilən lentlərin də daxil edilməsi gözlənilir.

Qeyd olunub ki, bu il siyahıya doqquz qadın və yeddi qaradərili rejissorlar tərəfindən çəkilən ekran əsərləri əlavə edilib.

Reyestrə ümumilikdə 1913-2010-cu illər ərzində müxtəlif janrlarda çəkilmiş 25 film daxil edilib. Onlar arasında "Piy" (Grease, 1978), "Bluz qardaşları" (The Blues Brothers, 1980), "Buena vista klubu" (Buena Vista Social Club, 1998) və "Qasırğa hökmdarı" (The Hurt Locker, 2008) lentləri də vardır.

8
Eldar Quliyev, arxiv şəkli

Bu gün ad gününü qeyd edən sənətkar xəstəxanalıq olub

7
(Yenilənib 16:57 18.01.2021)
Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

 

BAKI, 18 yanvar — Sputnik. Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib. Bildirilib ki, hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Müalicəsi davam etdirilir.

Qeyd edək ki, Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.

7
Ermitaj muzeyinə mənzərə, arxiv şəkli

Dünyaca məşhur muzey saxtakarlıqda ittiham olunur

30
(Yenilənib 00:26 17.01.2021)
Kolleksiyaçı Rujnikov Ermitaj muzeyindəki bir çox eksponatın orijinal olmadığını bildirib. Üstəlik, onun fikrincə, ötən ilin noyabrından davam edən sərgidə də məşhur əsərlərin kobud, saxta versiyaları nümayiş olunur.

BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj muzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubunda bildirilib. O qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan həqiqi eksponatlarla yanaşı nümayiş etdirilən əsgərin siqaret yandırdığı heykəlcik Savitskinin Fersman Muzeyindəki heykəlinin kobud bənzəridir.

Bundan başqa, kolleksiyaçı muzeydəki bir çox eksponatın orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX əsrə yox, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarların siyahısını xeyli uzada biləcəyini qeyd edib.

İddialar əsasında hazırda Ermitajda araşdırmalara başlanılıb. Sərgi ötən il noyabrın 25-də başlayıb və bu il martın 14-dək davam edəcək.

30
Teqlər:
saxtakarlıq, Ermitaj, muzey

Koronavirusla mübarizənin yeni mərhələsi: Bakıda vaksinasiya necə başladı

0
(Yenilənib 17:02 18.01.2021)
Paytaxtın tibb müəssisələri koronavirusa qarşı hamıdan əvvəl peyvənd olunan şəxsləri qəbul etdi. Bunun necə baş verdiyini videoda izləyin.

Azərbaycanda vaksinasiya Çinin “CoronaVac” preparatından istifadə olunmaqla aparılır. Bu gün həmin preparat səhiyyə işçiləri və dövlət qurumlarında çalışanlar üzərində sınaqdan keçirildi. Daha sonra yaşı 65-dən yuxarı olan vətəndaşlar və hüquq-mühafizə orqanlarının pandemiyaya qarşı tədbirlərə cəlb olunmuş əməkdaşları peyvənd olunacaqlar.

Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj >>

Qeyd edək ki, könüllü şəkildə peyvənd olunmaq istəyən vətəndaşlar bunun üçün elektron sistem vasitəsilə yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və vaxtı seçməlidir. Lakin bundan əvvəl sahə həkiminin qəbulunda olmaq vacibdir.

0