Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevə Macarıstan dövlət mükafatı - Qızıl xaç ordeninin təqdimetmə mərasimi

Azərbaycanın Əməkdar artistinə Macarıstanın yüksək dövlət mükafatı təqdim olunub

10
İki ölkə arasında mədəni əlaqələrin inkişafı və genişlənməsi sahəsində xüsusi xidmətlərinə görə Macarıstan Prezidenti Yanoş Aderin adından "Qızıl xaç" ordeni və xüsusi diplom azərbaycanlı dirijora təqdim olunub.

BAKI, 15 dekabr — Sputnik. Macarıstanın Azərbaycandakı səfirliyində Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevə Macarıstanın yüksək dövlət mükafatı – "Qızıl xaç" ordeninin təqdimat mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, təqdimat mərasimində Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi ölkə rəhbərliyi tərəfindən azərbaycanlı dirijora ünvanlanmış təbrik müraciətini oxuyaraq, son illərdə Əyyub Quliyevin müxtəlif macar musiqi kollektivləri və tanınmış solistləri ilə gerçəkləşən beynəlxalq layihələrdə uğurlu əməkdaşlığını qeyd edib.

  • Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevə Macarıstan dövlət mükafatı - "Qızıl xaç" ordeninin təqdimetmə mərasimi
    © Photo : Courtesy of Eyyub Guliyev
  • Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevə Macarıstan dövlət mükafatı - "Qızıl xaç" ordeninin təqdimetmə mərasimi
    © Photo : Courtesy of Eyyub Guliyev
  • Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevə Macarıstan dövlət mükafatı - "Qızıl xaç" ordeninin təqdimetmə mərasimi
    © Photo : Courtesy of Eyyub Guliyev
1 / 3
© Photo : Courtesy of Eyyub Guliyev
Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevə Macarıstan dövlət mükafatı - "Qızıl xaç" ordeninin təqdimetmə mərasimi

Sonra iki ölkə arasında mədəni əlaqələrin inkişafı və genişlənməsi sahəsində xüsusi xidmətlərinə görə Macarıstan Prezidenti Yanoş Aderin adından "Qızıl xaç" ordeni və xüsusi diplom azərbaycanlı dirijora təqdim olunub.

Əyyub Quliyev Azərbaycan mədəniyyətinə və dirijorluq sənətinə verilmiş bu yüksək qiymətə görə Macarıstan Prezidenti Yanoş Ader, ölkənin Baş naziri Viktor Orban və səfirə təşəkkürünü bildirib. O, Macarıstan simfonik və kamera orkestrləri, görkəmli ifaçıları ilə Nyu-Yorkun "Karnegi hall" zalında, Sankt-Peterburqun Mariinski Teatrında konsertləri, Budapeştdə "Klassz a Parton" festivalı, 2019-cu ildə Akademik Opera və Balet teatrının simfonik orkestri ilə tanınmış macar pianoçusu Tamaş Erdi ilə bərabər "Nərgiz Fondu"nun dəstəyi ilə gerçəkləşmiş xeyriyyə konserti ilə bağlı xatirələrini bölüşüb.

Təqdimatdan sonra Azərbaycanın tanınmış sənətkarları təbriklərə qoşularaq öz çıxışları ilə mərasimə rəng qatıblar.

10
Teqlər:
təqdim, mükafat, Macarıstan, Azərbaycanın əməkdar artisti
Aida Mahmudovanın PASTPRESENTFUTURE sərgisi

Azərbaycanlı rəssamın ABŞ-da ikinci fərdi sərgisi açılıb

9
(Yenilənib 21:11 15.01.2021)
Fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

BAKI, 15 yanvar — Sputnik. Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

"Sapar Contemporary" inkubatoru varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən yeni "Aida Mahmudova: PASTPRESENTFUTURE" seriyasını təqdim edib. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları çılpaq şəkildə göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn "Roots" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq böyümə və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.

Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir".

9
Leyla Məcnun serialı

"Netflix" ilk dəfə Azərbaycanda film çəkdi - VİDEO

34
(Yenilənib 14:17 15.01.2021)
"Netflix Indonesia" tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıblar.

BAKI, 15 yanvar — Sputnik. Dünyaca məşhur "Netflix" platforması ilk dəfə Azərbaycanla bağlı film çəkib.

Sputnik Azərbaycan xəbər verir ki, ekran işi məşhur yazıçımız Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında ərsəyə gətirilib.

"Netflix Indonesia" tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıblar.

"Layla və Majnun"un premyerası fevralın 11-də baş tutacaq.

 

34
Teqlər:
Netflix şirkəti
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0