Kinolent, arxiv şəkli

"Xaç atası" filminin davamı necə olacaq - Frensis Ford Koppola açıqladı

21
(Yenilənib 01:51 09.12.2020)
Rejissor əlavə edib ki, "Paramount" studiyası "Xaç atası"nın hüquqlarına sahibdir və davamını çəkməyə qərar verə bilər. Koppola başqa işlərinin olduğunu bildirib.

BAKI, 8 dekabr — Sputnik. Dünyaca məşhur rejissor Frensis Ford Koppola "Xaç atası" filminin davamını çəkməyəcək.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Koppola bu barədə "The Guardian"a danışıb. Koppolaya görə, orijinal trilogiyanın ssenari müəllifi Mario Puzo filmlərdə istifadə olunandan daha çox material buraxdı və bu material yeni filmlər üçün istifadə edilə bilər. Ancaq özü bunu etməyəcək.

Rejissor əlavə edib ki, "Paramount" studiyası "Xaç atası"nın hüquqlarına sahibdir və davamını çəkməyə qərar verə bilər. Koppola hazırda özünün başqa işlərinin olduğunu bildirib.

Xəbər verdiyimiz kimi, sentyabr ayında rejissor Frensis Ford Koppola "Xaç atası - 3" filminin yeni versiyasını çəkməyi qərara almışdı. Həmin vaxt Koppola demişdi ki, film üçün yeni başlanğıc və son fikirləşib, eləcə də bəzi səhnələrin, kadr və musiqili replikaların yerini dəyişib. Yeni versiyanın onun müəllif fikrinə daha yaxın olacağını bildirmişdi.

21
Teqlər:
rejissor, "xaç atası"
Eldar Quliyev, arxiv şəkli

Bu gün ad gününü qeyd edən sənətkar xəstəxanalıq olub

17
(Yenilənib 16:57 18.01.2021)
Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

 

BAKI, 18 yanvar — Sputnik. Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib. Bildirilib ki, hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Müalicəsi davam etdirilir.

Qeyd edək ki, Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.

17
Ermitaj muzeyinə mənzərə, arxiv şəkli

Dünyaca məşhur muzey saxtakarlıqda ittiham olunur

31
(Yenilənib 00:26 17.01.2021)
Kolleksiyaçı Rujnikov Ermitaj muzeyindəki bir çox eksponatın orijinal olmadığını bildirib. Üstəlik, onun fikrincə, ötən ilin noyabrından davam edən sərgidə də məşhur əsərlərin kobud, saxta versiyaları nümayiş olunur.

BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj muzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubunda bildirilib. O qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan həqiqi eksponatlarla yanaşı nümayiş etdirilən əsgərin siqaret yandırdığı heykəlcik Savitskinin Fersman Muzeyindəki heykəlinin kobud bənzəridir.

Bundan başqa, kolleksiyaçı muzeydəki bir çox eksponatın orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX əsrə yox, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarların siyahısını xeyli uzada biləcəyini qeyd edib.

İddialar əsasında hazırda Ermitajda araşdırmalara başlanılıb. Sərgi ötən il noyabrın 25-də başlayıb və bu il martın 14-dək davam edəcək.

31
Teqlər:
saxtakarlıq, Ermitaj, muzey
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

0
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

0