Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Cenifer Lopez makiyajsız halıyla izləyicilərini qorxutdu - VİDEO

© AFP 2023 / LISA O'CONNORДженифер Лопес
Дженифер Лопес - Sputnik Azərbaycan
Abunə olmaq
Ulduzu makiyajsız görən izləyiciləri təəccüblərini gizlətməyiblər. Bundan başqa, gözəllik sirlərindən danışan 51 yaşlı sənətçi indiyə qədər botoks etdirmədiyini bildirib.

BAKI, 9 dekabr — Sputnik. Dünya şöhrətli müğənni Cenifer Lopez sosial şəbəkədə səmimi fotoları və videoları ilə izləyicilərini təəccübləndirməyə davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, 51 yaşlı J.Lo 134 milyondan çox abunəçisi olan "Instagram" səhifəsində bu dəfə makiyajsız halını paylaşıb. Ulduzu makiyajsız görən izləyiciləri təəccüblərini gizlətməyiblər.

View this post on Instagram

A post shared by JLO BEAUTY (@jlobeauty)

Bundan başqa, gözəllik sirlərindən danışan 51 yaşlı sənətçi indiyə qədər botoks etdirmədiyini bildirib:

"Cildimə qulluq etmək üçün təbii vasitələrdən istifadə edirəm. İynələrin əleyhinəyəm. Gələcəkdə qırışlarım olarsa, bu haqda düşünərəm. 20 yaşım olanda sevgilim və həkimim üzümdəki kiçik cızığa görə mənə botoks etməyi təklif etmişdilər. O vaxt onların dediyini etsəydim, indi üzüm pis halda olardı. Dəri rəngimi zeytun yağına və günəş kreminə borcluyam".

Xəbər lenti
0