Ağdamda dağıdılmış məscid

Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin bərpasına başlayır

32
"Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!"

BAKI, 8 dekabr — Sputnik. Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsindəki paylaşımında bildirilir. Paylaşımda deyilir:

“Əziz həmvətənlər! Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir.

Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır.

Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar.

Əziz həmvətənlər, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.

Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!

Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

32
Teqlər:
layihə, bərpa, Heydər Əliyev Fondu, erməni vandalizmi, mədəni irs, dini abidələr, Azərbaycan, Qarabağ
Arxeoloji qazıntılar

Xəzər xaqanlığı xalqlarının oturaq həyat tərzini sübut edən faktlar aşkar olunub

1130
(Yenilənib 12:22 26.07.2021)
Əldə olunmuş tapıntılar köçəri hesab edilən insanların həyətyanı heyvandarlıqla məşğul olduğunu, dənli bitkilər yetişdirdiklərini sübut edir.

BAKI, 26 iyul — Sputnik. Belqorod Dövlət Milli Tədqiqat Universitetinin (BelDU MTU) arxeoloqları Xəzər xaqanlığı tayfalarının VIII – X əsrlərə aid yaşayış məskənlərində qazma işləri apararkən saxsı qabların, gil örtüyünün qırıntılarını və müxtəlif heyvan sümüklərini aşkar ediblər.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, əldə olunmuş tapıntılar köçəri hesab edilən insanların əkinçilik və həyətyanı heyvandarlıqla məşğul olduğunu, at, iri və xırdabuynuzlu mal-qara, donuz saxladıqlarını, dənli bitkilər yetişdirdiklərini sübut edir.

"Arxeoloqlarımızın əldə etdikləri nəticələr müasir Belqorod vilayəti ərazisində olmuş Saltov-Mayatsk mədəniyyəti nümayəndələrinin oturaq həyat tərzi keçirməsi ilə bağlı mülahizələri təsdiq edir", – deyə BelDU MTU pedaqoji institutunun tarix-filologiya fakültəsinin dekanı Andrey Papkov bildirib.

VII əsrdən X əsrə qədər xəzərlər Şərqi Avropa çöllərində əhəmiyyətli qüvvəyə çevrilir. Onlar özündə çoxsaylı bolqar, alan, hun tayfalarını özündə birləşdirirdi.

VIII əsrdə xəzərlər "Xəzər xaqanlığı" adlı geniş bir dövlət yaradırlar ki, onun da hakimiyyəti Şərqi Avropa xalqlarının böyük hissəsini əhatə edirdi. IX əsrdə xəzərlərin başçıları iudaizmi qəbul edir. Bu, daxili müharibələrə və xəzərlərin zəifləməsinə gətirir.

Xəzər xaqanlığının süqutu X əsrə, Kiyev knyazı Svayotoslavın yürüşü və onların əsas qalalarının məhv edildiyi dövrə təsadüf edir.

Xəzər xaqanlığına dair arxeoloji tapıntılar xəzəryanı bölgələrdə etnik cəhətdən yekcins olmayan əhali tərəfindən yaradılmış Saltov-Mayatsk mədəniyyətinə aiddir.

Bir qayda olaraq Saltov-Mayatsk mədəniyyətinə Podonye çölü, Azovyanı, Taman, Şərqi Krım, Aşağı Volqaboyu və Xəzəryanı Dağıstan əraziləri şamil olunur. Bununla yanaşı, çöl tayfalarının əksəriyyəti köçəri həyat tərzi keçirməkdə davam edirdi.

2021-ci ildə arxeoloqlar Belqorod vilayəti ərazisində iki abidəni tədqiq ediblər. Bunlar Veydelev rayonu ərazisində, Urayeva çayı dərəsində yerləşən "Şpenqarevo kəndi-1" və Alekseyevsk şəhər dairəsində, Qara Kalitva çayının yuxarı axarı boyunca yerləşən "Oturaq kənd-1" yaşayış məskənləridir.

Bir neçə gün ərzində tədqiqatçılar "Şpenqarevo kəndi-1" ərazisində tabaşir qatını yumağa və mədəni qata çıxmağa nail olublar. Burada onlar saxsı qabların, gil örtüyünün qırıntılarını və müxtəlif heyvan sümüklərini aşkar ediblər. Bundan əlavə taxıl və ağac kömür qalıqlarının aşkar edilməsi üçün ərazidən qrunt nümunələri götürülüb.

"Oturaq kənd-1" yaşayış məskənində isə qalınlığı 1,5 m olan mədəni qat aşkar olunub. Burada tapılmış ən qiymətli tapıntılar arasında dəmir biz və metal bıçaq fraqmenti var. Bundan sonra tədqiqatçılar aşkar edilmiş tapıntıları tədqiq etməlidirlər.

Həmçinin oxuyun:

* Beşbarmaq dağının sirri – Pir, inanc yeri və qədim istehkam

Şəkidəki məsciddə xanın qəbri aşkarlandı

Şəkidə alban döyüşçülərin qəbirləri aşkarlanıb

1130

Xalq artisti Səməd Səmədov vəfat səbəbi bilindi

89
(Yenilənib 22:10 24.07.2021)
"Toylar kralı" adını qazanan S.Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olmuş, 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçmüşdü.

BAKI, 24 iyul - Sputnik. "74 yaşlı xəstə Səməd Səmədov ötən gün gecə saatlarında "Yeni Klinika"nın reanimasiya şöbəsinə çox ağır - tənəffüs çatışmazlığı, ciddi dirəncli potenziya vəziyyətində daxil olub".

Sputnik Azərbaycan bildirir ki, bunu "Report"a açıqlamasında klinikanın reanimatoloqu Emil Qasımov deyib.

Onun sözlərinə görə, xəstənin saturasiyası 60-70 arasında idi: "Təzyiqi qaldırmaq üçün maksimal dozada təzyiq qaldıran dərmanlar istifadə olundu. Xəstəyə lazımi dəstək müalicəsi olunsa da, aparılan müayinələr nəticəsində prokansin dəyərinin çox yüksək olması bakterial infeksiyanın əlavə olunmasına sübut idi. İnfeksiya və iltihabı markerlər çox yüksək idi. Xəstədə kəskin böyrək çatışmazlığı təsbit edildi. Kreatin dəyərləri 2,5 dəfə yüksəlmişdi və xəstənin sidik çıxışları, demək olar ki, yox idi. Xəstə heç 24 saat reanimasiya şöbəsində qalmadı. 15-16 saat müddətində xəstəni saxlaya bildik. Bütün bu fonda müdaxilələrə baxmayaraq xəstədə ürək dayanması baş verdi. Ölüm səbəbi sepsis və septik şok diaqnozu idi".

TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış Sputnik Azərbaycan-a bildirib ki, xalq artisti Səməd Səmədov 23 iyul 2021-ci il tarixində 60-70 saturasiya ilə Yeni klinika tibb müəssisəsinə daxil olub: "Döş qəfəsinin kompüter tomoqrafiyasının nəticələrinə əsasən, onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib. Bütün səylərə baxmayaraq, COVID ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib, böyrək çatışmazlığı yaranıb, təəssüf ki, xalq artistinin həyatını xilas etmək mümkün olmayıb".

----------

18:52

Azərbaycanın xalq artisti Səməd Səmədov vəfat edib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə müğənni Tural Qismət məlumat verib.

Qeyd edək ki, S. Səmədov bu gün koronavirusdan dünyasını dəyişib.

"Toylar kralı" adını qazanan S.Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olmuş, 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçmüşdü.

Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfində oxuyub.

1988-ci ildən toylarda çıxış edib. 2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə, Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazanıb. O, Müstəqil 'Qrant' Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısı idi. 12 sentyabr 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdü.

89
Teqlər:
xalq artisti, ölüm, Səməd Səmədov
Qəza, arxiv şəkli

Bakıda təkərin partlayaraq iki nəfəri ağır yaralamasının GÖRÜNTÜLƏRİ

0
(Yenilənib 19:52 26.07.2021)
Adi ehtiyatsızlıq paytaxtın Nərimanov rayonunda iki vətəndaşın ağır şəkildə yaralanmasına səbəb olub.

BAKI, 26 iyul — Sputnik. Bakıda təkərin partlaması iki nəfərin yaralanmasına səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə iyulun 23-də Nərimanov rayonu, Ə.Qayıbov küçəsində baş verib.

Yük avtomobilinin təkərinə atmosfer vurularkan yanlışlığa yol verildiyindən təkər havaya uçub. Onun diski isə yaxınlıqda kafedə əyləşmiş insanların masasına düşüb.

Hadisə nəticəsində iki nəfərin ağır xəsarətlər aldığı bildirilir.

0