Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 7 dekabr — Sputnik. "Hörmətli Mədəniyyət Nazirliyi və kinoya aidiyyatı olan qurumlar! Çox xahiş edirəm, imkan verin əsgərlərimizin və şəhidlərimizin qəhrəmanlığını tək Instagram-dan, Tik-tok-dan yox, həm də böyük filmlər vasitəsilə xalqa tanıdaq".
Sputnik Azırbaycan xəbər verir ki, bu sözləri rejissor Kənan Mahmudov (Kənan MM) özünün "Instagram" hesabında yazıb. Sabiq mədəniyyət naziri Əbulfəz Qarayevi sərt tənqid edən rejissor bir müddət sonra sosial şəbəkələrin öz aktuallığını itirəcəyini bildirib:
"Bir müddət sonra "Instagram", "Tik-tok" öz aktuallığını itirəcək. Ondan sonra hər birimiz vicdan əzabı çəkəcəyik. İnşallah mesaj ünvanına çatar, dövlət dəstək olar. Bizi "vine" çəkənlərin mənasız sponsorlarına möhtac etməyin. Rəsmi bir cavab, bir açıqlama verin, biz də işimizi bilək. Ya həyatımızın qalan hissəsini qəhrəmanlarımızın, şəhidlərimizin həyatını işıqlandırmağa həsr edək, ya da çıxaq gedək kimə harada lazımıq, harada dəyərliyik ora".
View this post on Instagram
Rejissor əlavə edib ki, kreslolar, kabinetlər müvəqqətidir. Amma qəhrəmanlar və onları əks etdirən tarixi filmlər əbədidir.
"İmkan yaradın istedadımızı, təcrübəmizi şəhidlərimizin yoluna fəda edək. İnanıram ki, aranızda şərəfli, mərd insanlar var", - deyə rejissor əlavə edib.
BAKI, 19 yanvar — Sputnik. Müğənni Təranə Qumral sosial şəbəkədə yayımladığı video ilə müzakirələrə səbəb olub.
Sputnik Azərbaycan xəbər verir ki, sənətçinin görüntüdə işlətdiyi qeyri-etik ifadələr bir yana, onun istifadə etdiyi effekt ələ salınıb.
Посмотреть эту публикацию в Instagram
Bir neçə gün əvvəl qızları ilə rəqs edən videosunu yayımlayan ifaçı ünvanına yazılan tənqidlərə cavab verib. O: "Bir ildir efirə çıxmıram, özümlə bağlı sosial şəbəkəyə video qoymuram. O gün bir video yayımladım, altına oturub nə qarğışlar, söyüşlər yazmısız. Öz başınıza tökülsün. Götürüb nəsə yazsam, deyəcəksiniz, Təranə Qumral izləyicisini təhqir etdi. Amma sizin məni hər cür təhqir etməyə haqqınız var? Qarğışlarınız öz canınıza tökülsün. Hünəriniz var, bir də qarğış yazasınız", - deyə bildirib.
Təranə daha sonra paylaşımındakı şərh bölümünü bağlayıb.
BAKI, 19 yanvar — Sputnik. Fransanın tanınmış aktyoru və ssenarist Jan-Pyer Bakri vəfat edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 69 yaşlı aktyor ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, Jan-Pyer Bakri 1951-ci il mayın 24-də Əlcəzairdə yəhudi ailəsində doğulub. 1962-ci ildən sonra aktyorun ailəsi Fransaya mühacirət edib. Mərhum aktyorun kinoya ilk gəlişi "Hərbi həkim" filmində olub. Həmin filmdə Alen Delon və Veronik Janno ilə tərəf-müqabili olan Jan-Pyer Bakri 1985-ci ildə Lyuk Bessonun "Zirzəmi" filmində çəkilib.
Mərhum aktyor 70-dən çox kino və telelayihələrin ssenari müəllifi olub. "Ən yaxşı ssenari"yə görə dörd dəfə "Sezar" mükafatına layiq görülüb. Həmçinin Kann Festivalının mükafatçısı olub.
BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.