Ağdamda Cümə məscidinin qarşısında polis əməkdaşı, arxiv şəkli

Anar Kərimov "France 24" kanalına Qarabağın xristian mədəni dini abidələrindən danışıb

23
(Yenilənib 11:59 02.12.2020)
Bildirilib ki, Ermənistan bölgədə bir çox müsəlman dini abidələrini dağıdıb. Təhlükəsizlik və hava şəraiti imkan verən kimi UNESCO-nun bölgəyə səfəri təmin olunacaq

BAKI, 2 dekabr — Sputnik. "Azərbaycanın çoxmədəniyyətli millət kimi qeyd edilməsi şübhə doğurmamalıdır və Qarabağın xristian mədəni irsi hökumət tərəfindən qorunacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov "France 24" televiziya kanalına eksklüziv müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan çoxmədəniyyətli və müxtəlif dinlərin olduğu ölkədir. Ölkəmizdə bütün dinlərə hörmətlə yanaşılır. Bakıda erməni kilsəsi şəhərin mərkəzində yerləşir və hamıya açıqdır.

Türkiyə ilə bağlı aparıcının sualına cavab verərək qeyd edib ki, Azərbaycanın bölgədəki hərbi Qələbəsini dəstəkləyən Türkiyə dini yerlər və azlıqlarla bağlı məsələlərə müdaxilə etmir.

Sentyabrın 27-də başlayan, 44 gün davam edən ağır döyüşlərdə Azərbaycan ordusu Ermənistan qüvvələrini darmadağın edərək, Qarabağa daxil olub və Rusiyanın vasitəçiliyi ilə Ermənistan kapitulyasiya aktını imzalayıb.

Aparıcının Şuşa kilsəsi ilə bağlı sualına cavab verən A.Kərimov bildirib ki, Qarabağın əsas şəhəri olan Şuşada kilsəyə istənilmədən zərər dəyib, ancaq qərbli alimlərin Azərbaycanın kilsələri məhv etməsinə dair iddiaları düz deyil. Bunlar ölkəmizə qarşı ermənilərin apardığı təbliğatın nəticələridir.

Bakıda kilsə və sinaqoqların fəaliyyət göstərdiyi vurğulanaraq Qarabağdakı xristian dini abidələrinin əcdadlarımızdan miras qaldığı vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan əcdadlarımızdan miras qalan xristian mədəni və dini irsini qoruyub və qoruyacaq.

Bildirilib ki, Ermənistan bölgədə bir çox müsəlman dini abidələrini dağıdıb. Təhlükəsizlik və hava şəraiti imkan verən kimi UNESCO-nun bölgəyə səfəri təmin olunacaq.

Ermənistanın Gəncənin yaşayış mərkəzini ballistik raketlə hədəfə aldığı, ortodoks kilsəsini dağıtdığı qeyd edilib.

A.Kərimov Fransa Senatının ötən həftə qəbul etdiyi Qarabağın müstəqilliyini tanımağı təklif edən qətnamənin sadəcə "kağız parçası" olduğunu söyləyib. Hökumət bu qətnamənin Fransanın rəsmi mövqeyini əks etdirmədiyini bəyan edib.

Sonda A.Kərimov Fransanı tərəfkeşliyə son qoymağa və illərdir Qarabağ münaqişəsində vasitəçilik etməyə çalışan Minsk qrupunun həmsədri olaraq etibarlı vasitəçi kimi qalmağa çağırıb.

23
Teqlər:
dini abidələr, mədəni irs, France 24 telekanalı, Azərbaycan, Qarabağ
Çap maşını, arxiv şəkli

Şəhid Cəbrayıl Dövlətzadədən roman yazıldı

15
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

BAKI, 4 mart — Sputnik. Yazıçı Azad Qaradərəli 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından olan 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadənin qısa ömür və döyüş yolundan bəhs edən roman yazıb. Sputnik Azərbaycan xəbər verir ki, "Cəbrayıl əfsanəsi" adlı romanını proloq, epiloq və 19 fəsildən ibarətdir. Hər fəsil qəhrəman həmvətənimizin ömrünün bir ilinə ithaf olunur.

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayon N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayıl Dövlətzadə, sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

15
Teqlər:
kitab, şəhid
Berlin kinofestivalının mükafatı, arxiv şəkli

Berlin Film Festivalında iştirak edən filmlərin reytinqi açıqlanıb

18
(Yenilənib 17:37 04.03.2021)
Hazırda tənqidçilər cənubi koreyalı rejissor Honq Sanq-su tərəfindən ərsəyə gətirilən və vüsal-hicran haqqında üç fəlsəfi hekayədən ibarət "Başlanğıc" ("İntroduction") filmini birinci yerə layiq görüblər.

BAKI, 4 mart — Sputnik. Martın 1-dən 5-dək keçirilən 71-ci Berlin Film Festivalında iştirak edən filmlərin reytinqi açıqlanıb.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, hazırda tənqidçilər cənubi koreyalı rejissor Honq Sanq-su tərəfindən ərsəyə gətirilən və vüsal-hicran haqqında üç fəlsəfi hekayədən ibarət "Başlanğıc" ("İntroduction") filmini birinci yerə layiq görüblər.

3,3 xal toplayan bu film daha çox fransalı və britaniyalı tənqidçilərin rəğbətini qazanıb.

Sonrakı yerlərdə macarıstanlı rejissor Denes Naginin II Dünya müharibəsi mövzusunda "Təbii işıq" filmi və rumıniyalı rejissor Radu Yudenin bir məktəb müəlliminin başına gələnlərdən bəhs edən "Tərslik tutdu, yaxud Dəlisov porno" ("Bad luck banging or Loony porn") filmi qərarlaşıb.

Xatırladaq ki, festival pandemiya ilə əlaqədar onlayn keçirilir.

18

Füzuli rayonunun Yuxarı Rəfədinli kəndi - VİDEO

0
Yuxarı Rəfədinli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

BAKI, 5 mart — Sputnik. Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Yuxarı Rəfədinli Qarabağ silsiləsinin ətəyində yerləşir. Keçmiş adı Rəfədinli olub. Ondan yaranmış məntəqə Aşağı Rəfədinli, əvvəlki kənd isə Yuxarı Rəfədinli adlandırılıb. Rəfədinli - kəndin əsasını qoymuş nəslin adıdır.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

0
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, kənd, Azərbaycan, Füzuli, Qarabağ