Qarabağ Azərbaycandır! kolleksiya

Tanınmış dizayner "Qarabağ Azərbaycandır!" kolleksiya-layihəsini təqdim edib

30
Layihə iştirakçıları G.Xəlilova tərəfindən 2015-ci ildə ərsəyə gətirilmiş və daha əvvəllər Böyük Britaniya, ABŞ, Rusiya və Çindəki beynəlxalq podiumlarda nümayiş etdirilmiş "Qarabağ" kolleksiyasında göz qabağına çıxıblar

BAKI, 19 noyabr — Sputnik. Tanınmış dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Azərbaycanın Ermənistanın təcavüzkar rejimi üzərində qələbə qazanmasının və Milli Dirçəliş Günü münasibətilə "Qarabağ Azərbaycandır!" layihəsini təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, layihədə Milli Məclisin deputatı Nigar Arpadarai, İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova, Xalq artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva, Əməkdar artist, xanəndə Fərqanə Qasımova, Əməkdar mədəniyyət işçisi, teleaparıcı Leyla Quliyeva, teleaparıcı Xədicə Sənanqızı, müğənni Kəmalə Axundova, stilist-vizajist Səbinə İmanova, bloger Sausan Cuda və Gülnarə Xəlilovanın özü iştirak edib.

Layihə iştirakçıları G.Xəlilova tərəfindən 2015-ci ildə ərsəyə gətirilmiş və daha əvvəllər Böyük Britaniya, ABŞ, Rusiya və Çindəki beynəlxalq podiumlarda nümayiş etdirilmiş "Qarabağ" kolleksiyasında göz qabağına çıxıblar. Obrazlardan hər biri ölkənin azad edilmiş şəhərlərinə - Ağdam, Ağdərə, Qubadlı, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Xankəndi, Xocalı, Xocavənd və Şuşaya uyğun olub. Rejissor – Eltun Baxışzadə, foto – Adil Yusifov, prodüser – Yalçın Cabbarov, musiqi- Uzeyir Hacıbəyli "Arazbarı".

G.Xəlilova bildirib: "Başda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev olmaqla həmrəy xalqımız və rəşadətli ordumuz erməni işğalçıları üzərində tarixi qələbə qazandı, 30 ildən sonra torpaqlarımız azad edildi və hər birimiz bu günlərdə özünü xüsusilə xoşbəxt hiss edir. Fərəhlidir ki, atam akademik Vidadi Xəlilov Cəbrayılda anadan olub və bu şəhərin azad edilməsi ailəmiz üçün çox əlamətdar hadisə oldu. Allah Azərbaycanı qorusun! Qarabağ Azərbaycandır!".

30
Teqlər:
kolleksiya, layihə, dizayner, Milli Məclis, Zəngilan, Azərbaycan, Qarabağ
Rəssam, arxiv şəkli

"Qayıdış" onlayn rəsm müsabiqəsinə start verilib

13
(Yenilənib 21:11 26.11.2020)
Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupu (6-11 yaş, 11-14 yaş və 14-18 yaş) üzrə keçirilir. Sosial şəbəkə üzərindən keçirilən müsabiqədə qeyd olunan şərtlərə əməl olunmalıdır.

BAKI, 26 noyabr — Sputnik. Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə uşaq-gənclər inkişaf mərkəzləri arasında noyabrın 25-dən dekabrın 22-dək keçirilən "Qayıdış" onlayn rəsm müsabiqəsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd Qarabağı gənc nəslə daha yaxından tanıtmaq, Vətən uğrunda döyüşlərdə igidlik göstərən qəhrəmanlarımızın döyüş ruhunu, azad olunmuş torpaqlarımızın gözoxşayan təbiətini tərənnüm etməkdir. Eyni zamanda, istedadlı uşaqların bacarıqlarını aşkara çıxarmaqdır.

Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupu (6-11 yaş, 11-14 yaş və 14-18 yaş) üzrə keçirilir. Sosial şəbəkə üzərindən keçirilən müsabiqədə qeyd olunan şərtlərə əməl olunmalıdır:

- Rəsmlər A3 və ya A4 formatda işlənməlidir;

- Rəsmlərin aşağı sağ küncündə dərnək rəhbəri və dərnəyin adı, şagirdin adı, soyadı, ata adı, yaşı, şəhəri və məşğul olduğu müəssisənin adı qeyd olunmalıdır;

- Rəsm əsərlərini göndərən zaman şagirdin rəsm əsəri ilə olan fotoşəkli göndərilməlidir;

- Rəsmlərin işlənmə texnikası sərbəstdir;

- Müsabiqəyə Qarabağın səfalı yaylaqlarını, vüqarlı dağlarını, şairanə təbiətini vəsf edən, müzəffər ordumuzun şanlı qələbəsini, igidlərin döyüşdəki ruhunu təcəssüm edən əsərlər qəbul olunur;

- Müsabiqədə hər yaş qrupu üzrə 1 iştirakçı 1 rəsmlə iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən iştirakçılar özləri barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, məşğul olduğu uşaq-gənclər inkişaf mərkəzi, şəhər, rayon, əlaqə nömrəsi) və hazırladıqları rəsm əsərlərini grbye@mk.edu.az ünvanına və +994 55 539 "WhatsApp" telefon nömrəsinə göndərməlidirlər.

Qaliblər Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları ilə təltif olunacaqlar.

Müsabiqə ilə bağlı sualı olanlar +994 12 568 42 19, +994 55 539 55 22 və +994 55 701 46 16 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

13
Teqlər:
rəsm, Qarabağ, Təhsil Nazirliyi
Füzuli rayonunda dağıdılmış məscid, arxiv şəkli

Ermənilər daha bir məscidimizi tövləyə çeviriblər - VİDEO

27
(Yenilənib 14:31 26.11.2020)
Anar Kərimov: "Kaş ki Fransa Senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib".

BAKI, 26 noyabr — Sputnik. Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal zamanı daha bir məscidimizə qarşı etdiyi vandalizm hərəkətləri barədə yazıb. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "Twitter" hesabında paylaşım edib.

"Kaş ki Fransa Senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib".

Kadrlardan məsciddə karikatura çəkilməsini görmək mümkündür.

27
Teqlər:
video, erməni vandalizmi, tövlə, məscid, Füzuli
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

0
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai