CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədə "Fahişəxana kraliçası" kimi tanınan erməninin həyatı səhnələşdirilib

© AFP 2023 / MICHELE SPATARIПроститутка, фото из архива
Проститутка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkət tərəfindən aktrisa Mələk Baykala Manukyanı canlandırmaq təklifi gəlsə də, Mələk Baykal Matlid Manukyanın obrazını yaratmaqdan imtina edib.

BAKI, 18 noyabr — Sputnik. Türkiyədə fahişəxana rəhbəri kimi tanınmış məşhur erməni, Matild Manukyanın həyatı teatr səhnəsində canlanacaq.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir zamanlar Türkiyədə "Fahişəxana kraliçası" və "Fahişəxana patronu" kimi tanınan Matlid Manukyanın yaşadığı "mənalı" həyat əsasında dram əsəri yazılıb.

İngiltərədə fəaliyyət göstərən kino şirkətinin ideyası əsasında yazılan pyes Türkiyədə səhnəyə qoyulacaq.

Manukyanın obrazını canlandırmaq üçün 1500 aktrisa arasından Mələk Baykal bəyənilib. Şirkət tərəfindən aktrisa Mələk Baykala Manukyanı canlandırmaq təklifi gəlsə də, Mələk Baykal Matlid Manukyanın obrazını ifa etməkdən imtina edib.

Mələk Baykal roldan imtina etməyinin səbəbi kimi yeni seriala başladığını və vaxtının olmadığını, həmçinin pandemiyaya görə teatr səhnəsində məşq etmək istəmədiyini bildirib.

Qeyd edək ki, Matlid Manukyan adlı erməni 1914-ci ildə İstanbulda doğulub. Türkiyədə fahişəxana rəhbəri və vergi üzrə rekordçu kimi məşhur olub. Onun Türkiyədə rəsmi olaraq 37-dən çox fahişəxanası fəaliyyət göstərib. Qadın alverindən qazandığı pulları daşınmaz əmlaka yatırıb.

Manukyanın ölümündən sonra 500 mənzili, 50 mağazası, 4 mehmanxanası, 4 yay evi, 220 ticarət məqsədli taksi lövhəsi, 37 fahişəxanası, 40 binası, 2 fabriki, Kalamisdə yaxtası, bir ədəd Rolls-Royce, dörd ədəd BMW və dörd ədəd Mercedes avtomobili və oteli qalıb. Kirayəçilərinə Şişli Bələdiyyəsi və Şişli Ədliyyəsi daxildir.

2001-ci il fevralın 17-də 87 yaşında ölüb. Məzarı Türkiyənin Şişli erməni qəbiristanlığındadır.

Xəbər lenti
0