Dueyn Conson, arxiv şəkli

Çəkiliş meydançasında kuryoz hadisə - Hollivud ulduzunun başına qəribə hadisə gəlib

18
(Yenilənib 01:58 18.11.2020)
Boyu iki metr olan aktyorun idman avtomobilinə sığmamasına əvvəl hətta filmin rejissoru Rouson Marşall Terber də inanmayıb. O, elə düşünüb ki, aktyor onunla zarafat edir. Ancaq sonra bunun həqiqət olduğunu görüb.

BAKI, 18 noyabr — Sputnik. "Qırmızı xəbərdarlıq" filminin çəkiliş meydanında məşhur aktyor Dueyn Consonun başına maraqlı hadisə gəlib. Belə ki, Hollivud ulduzu film üçün alınan "Porsche" avtomobilinə sığmayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyor özünün "Instagram" hesabında danışıb. Aktyorun izləyiciləri bu hadisəni gülüşlə qarşılayıblar.

Посмотреть эту публикацию в Instagram

Публикация от therock (@therock)

Boyu iki metr olan aktyorun idman avtomobilinə sığmamasına əvvəl hətta filmin rejissoru Rouson Marşall Terber də inanmayıb. O, elə düşünüb ki, aktyor onunla zarafat edir. Ancaq sonra bunun həqiqət olduğunu görüb.

Sonda yarış səhnəsi dəyişdirilib.

Qeyd edək ki, "Qırmızı xəbərdarlıq" filmi İnterpolun (Dueyn Consun ifasında) ən çox axtarılan oğrunun izinə düşməsindən bəhs edir.

18
Rəssam, arxiv şəkli

"Qayıdış" onlayn rəsm müsabiqəsinə start verilib

13
(Yenilənib 21:11 26.11.2020)
Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupu (6-11 yaş, 11-14 yaş və 14-18 yaş) üzrə keçirilir. Sosial şəbəkə üzərindən keçirilən müsabiqədə qeyd olunan şərtlərə əməl olunmalıdır.

BAKI, 26 noyabr — Sputnik. Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə uşaq-gənclər inkişaf mərkəzləri arasında noyabrın 25-dən dekabrın 22-dək keçirilən "Qayıdış" onlayn rəsm müsabiqəsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd Qarabağı gənc nəslə daha yaxından tanıtmaq, Vətən uğrunda döyüşlərdə igidlik göstərən qəhrəmanlarımızın döyüş ruhunu, azad olunmuş torpaqlarımızın gözoxşayan təbiətini tərənnüm etməkdir. Eyni zamanda, istedadlı uşaqların bacarıqlarını aşkara çıxarmaqdır.

Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupu (6-11 yaş, 11-14 yaş və 14-18 yaş) üzrə keçirilir. Sosial şəbəkə üzərindən keçirilən müsabiqədə qeyd olunan şərtlərə əməl olunmalıdır:

- Rəsmlər A3 və ya A4 formatda işlənməlidir;

- Rəsmlərin aşağı sağ küncündə dərnək rəhbəri və dərnəyin adı, şagirdin adı, soyadı, ata adı, yaşı, şəhəri və məşğul olduğu müəssisənin adı qeyd olunmalıdır;

- Rəsm əsərlərini göndərən zaman şagirdin rəsm əsəri ilə olan fotoşəkli göndərilməlidir;

- Rəsmlərin işlənmə texnikası sərbəstdir;

- Müsabiqəyə Qarabağın səfalı yaylaqlarını, vüqarlı dağlarını, şairanə təbiətini vəsf edən, müzəffər ordumuzun şanlı qələbəsini, igidlərin döyüşdəki ruhunu təcəssüm edən əsərlər qəbul olunur;

- Müsabiqədə hər yaş qrupu üzrə 1 iştirakçı 1 rəsmlə iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən iştirakçılar özləri barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, məşğul olduğu uşaq-gənclər inkişaf mərkəzi, şəhər, rayon, əlaqə nömrəsi) və hazırladıqları rəsm əsərlərini grbye@mk.edu.az ünvanına və +994 55 539 "WhatsApp" telefon nömrəsinə göndərməlidirlər.

Qaliblər Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları ilə təltif olunacaqlar.

Müsabiqə ilə bağlı sualı olanlar +994 12 568 42 19, +994 55 539 55 22 və +994 55 701 46 16 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

13
Teqlər:
rəsm, Qarabağ, Təhsil Nazirliyi
Füzuli rayonunda dağıdılmış məscid, arxiv şəkli

Ermənilər daha bir məscidimizi tövləyə çeviriblər - VİDEO

27
(Yenilənib 14:31 26.11.2020)
Anar Kərimov: "Kaş ki Fransa Senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib".

BAKI, 26 noyabr — Sputnik. Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal zamanı daha bir məscidimizə qarşı etdiyi vandalizm hərəkətləri barədə yazıb. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "Twitter" hesabında paylaşım edib.

"Kaş ki Fransa Senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib".

Kadrlardan məsciddə karikatura çəkilməsini görmək mümkündür.

27
Teqlər:
video, erməni vandalizmi, tövlə, məscid, Füzuli
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

0
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai