Yazıçı, arxiv şəkli

Türk dünyasının böyük şairinin məzarı yenidən qurulur

18
(Yenilənib 18:42 16.11.2020)
"Orxan Vəli sivil İstanbulun səsidir. Küçələrin şeirini yazan böyük sədadır" şüarı ilə hərəkət edən təşəbbüs qrupunun üzvləri məzarı yeniləməyi Abidin Dinoya tapşırıblar.

BAKI, 16 noyabr — Sputnik. 2020-ci ildə vəfatından 70 il ötən, böyük türk şairi, türk ədəbiyyatında "Qarib hərəkatı" nın (Özgə cərəyanı) qurucularından biri olan Orxan Vəli Kanıkın məzarı yenidən restavrasiya edilir.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi şairin Rumeli Hisarında olan məzarını yeniləməyə başlayıb.

"Orxan Vəli sivil İstanbulun səsidir. Küçələrin şeirini yazan böyük sədadır" şüarı ilə hərəkət edən təşəbbüs qrupunun üzvləri məzarı yeniləməyi Abidin Dinoya tapşırıblar. Məzarüstü yazıları isə Emin Barın yazacaq.

Qeyd edək ki, məzar daşında Orxan Vəlinin məşhur şeirindən bir parça da yer alacaq.

Xatırladaq ki, ilk adı Əhməd Orxan olan Orxan Vəli 1914-cü il aprelin 13-də İstanbulda doğulub.

Orxan Vəli türk ədəbiyyatına yeni nəfəs gətirərək, şeirlərindəki köhnə quruluşu təməldən dəyişməyi məqsədləyərək küçədəki şəxslərin danışıq tərzini şeir dilində əvəzləyib.

36 illik qısa ömür yaşayan şairin beyninə qan sızıb və o, 1950-ci il noyabrın 14-də vəfat edib.

18
Teqlər:
türk, şair, İstanbul
Corc Kluni, arxiv şəkli

Corc Kluni şeytandır?

17
(Yenilənib 10:51 25.11.2020)
"Qəzetlər yazırdı: Şeytan! Corc Kulini şeytandır!"- deyən aktyor bildirib ki, o, bundan sonra Bred Pittdən qisasını alıb.

BAKI, 25 noyabr — Sputnik. Amerikalı aktyor Corc Kluni GQ jurnalına müsahibəsi zamanı "Ouşenin 12 dostu" filminin çəkilişləri zamanı baş verən kuryoz hadisədən danışıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, filmin bəzi hissələri aktyorun bir neçə il yaşadığı İtaliyada, Komoda çəkilib. Onun sözlərinə görə, filmdə rol alan Bred Pitt şəhərə Kluni ilə "xüsusi" davranmağa çağıran vərəqələr yerləşdirərək, yerli sakinlərə mesaj verib.

"Xahiş edirəm, Corc Kluni ilə filmdəki Denni Ouşen kimi davranın və onun gözlərinə baxmayın", - divara yapışdırılmış məktublarda yazılıb.

Bu zaman həmin mesaja yerli KİV xüsusi reaksiya göstərib.

"Qəzetlər yazırdı: Şeytan! Corc Kluni şeytandır!"- deyən aktyor bildirib ki, o, bundan sonra Bred Pittdən qisasını alıb.

Xatırladaq ki, rejissor Stiven Soderberqin çəkdiyi "Ouşenin 12 dostu" filmi 2004-cü illərdə ekranlaşdırılıb.

Filmdə Corc Kluni və Bred Pittlə yanaşı, Mett Deymon, Ketrin Zeta-Cons, Culya Roberts, Vensan Kassel rol alıblar.

17
Teqlər:
çəkiliş, film, Bred Pitt, amerikalı aktyor Corc Kluni
Aşpaz, arxiv şəkli

Məşhur "Master Chef" yarışında Azərbaycan mətbəxi günü elan edilib

36
(Yenilənib 22:02 24.11.2020)
Yarışın ötən gün yayımlanan bölümündə iştirakçılara "Dovğa", "Şah plov", "Gürzə", "Sazan ləvəngi", "Şəkərbura" bişirmələri tapşırılıb.

BAKI, 24 noyabr — Sputnik. Türkiyənin məşhur "Master Chef" yarışında Azərbaycan mətbəxi günü elan edilib.

Sputnik Azərbaycan xəbər verir ki, yarışın ötən gün yayımlanan bölümündə iştirakçılara "Dovğa", "Şah plov", "Gürzə", "Sazan ləvəngi", "Şəkərbura" bişirmələri tapşırılıb.

"Bu həftə mətbəxinə müraciət etdiyimiz ölkə qəlbimizə yaxındır. Qardaş ölkə Azərbaycan mətbəxinə müraciət edəcəyik", - deyə münsiflərdən Somer Sivrioğlu söyləyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от MasterChef Türkiye (@masterchefturkiye)

Digər münsif Mehmet Yalçınkaya isə: "Qardaşlarımızın qələbəsini təbrik edirik. Haqlı bir qələbə qazandılar. Ən sonunda haqları olanı geri aldılar. Oradakı şəhidlərimizi sevgi və sayqıyla anırıq. Mübarizələri davam edir, uğurlar diləyirik", - sözlərini deyib.

36
Teqlər:
Azərbaycan mətbəxi, "Master Chef", tv, Azərbaycan, Türkiyə

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0