Oskar heykəli, arxiv şəkli

Hilal Baydarovun filmi "Oskar"a niyə təqdim olunub?

43
(Yenilənib 21:32 12.11.2020)
Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi Venesiya Beynəlxalq Film Festivalının əsas müsabiqəsinin iştirakçısı olub və bu filmin "Oskar" uğrunda yarışmada, ən azı qısa siyahıya düşməkdə şanslar yaradırdı.

BAKI, 12 noyabr — Sputnik. Türkiyənin Oskar mükafatına seçilən namizədin adı açıqlandı. Mehmet Ada Öztekinin rejissoru olduğu "7-ci Palatadakı Möcüzə" (7. Koğuştaki mucize) filmi 93-cü Akademiya Mükafatları (Oscar) üçün Ən Yaxşı Beynəlxalq Film Bölümü nominasiyası üzrə təqdim edilib.

Sputnik Azərbaycan Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına əsasən bildirir ki, kino və kino sahəsində çalışan peşəkarlar arasından seçilən 16 nəfərlik nümayəndə heyəti və Seçki Şurası Türkiyənin ən yaxşı beynəlxalq filmə görə 93-cü "Oskar" mükafatı nominasiyasını müəyyən etmişdir. Belə ki, Seçki Şurası tərəfindən keçirilən iclasda, "Cinema Force" Birliyinə müraciət edən 23 film qiymətləndirilib və Mehmet Ada Öztekinin rejissoru olduğu "7-ci Palatadakı Möcüzə" filmi Oskar nominasiyası kimi təyin olunub.

İran islam Cümhuriyyətində də son illərdə çəkilən filmlər beynəlxalq festivallarda geniş marağa səbəb olur.

Mehrnews.com-un verdiyi xəbərə görə, İran rejissoru Məcid Məcidinin quruluş verdiyi "Günəşin uşaqları" filmi "Oskar 2021″ə namizəd ola bilər. Film akademiyaya təqdim olunaraq namizəd filmlər arasında yer alıb. "Günəşin uşaqları" filmində 12 yaşlı Əli və üç dostunun həyatından bəhs edilir. Onlar ailələrini dolandırmaq üçün bir çox çətinliklərlə üz-üzə qalırlar və günlərin birində balaca qəhrəman dəfinə tapmaq şansı ilə üz-üzə qalır.

Onu da qeyd edək ki, M.Məcidi, "Oskar"a namizəd göstərilən ilk iranlı rejissordur. Rejissorun "Cənnətin uşaqları" filmi 1998-ci ildə "Akademiya mükafatı"na namizəd olub.

Azərbaycan bu il Oskar yarışmasında daha şanslı olmasına baxmayaraq, bu imkandan istifadə etməyib. Oskar uğrunda yarışmada "A" kateqoriyalı festivalın əsas proqramında iştirak müsbət faktorlardandır. Bu il ilk dəfə Azərbaycan üçün belə imkan olub: Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi Venesiya Beynəlxalq Film Festivalının əsas müsabiqəsinin iştirakçısı olub və bu filmin "Oskar" uğrunda yarışmada, ən azı qısa siyahıya düşməkdə şanslar yaradırdı. Mötəbərliyi şübhə doğurmayan mənbənin bildirdiyinə görə, film müsabiqəyə təqdim edilməsi üçün, son illər fəaliyyətdə olan Oskar Komitəsi tərəfindən müzakirə edilib, amma Hilal Baydarovun filminin əleyhdarları çoxluqda olub. Həmin mənbənin bildirdiyinə görə, Azərbaycanda faktiki iki Oskar Komitəsi var. Rüstəm İbrahimbəyovun rəhbəri olduğu Komitə bu vaxta qədər 4 filmi ( "Qafqaz", "Sahə", "Qala", "Buta"), Şəfiqə xanım Məmmədovanın rəhbərliyi etdiyi Komitə isə 2 filmi ( "Çölçü", "Nabat") təqdim edib. "Səpələnmiş ölümlər arasında" filminin prodüserləri ikinci Komitəyə müraciət ediblər, imtina cavabı alıblar.

43

Tərcüməçi məşhur qazax şairi Abayın dilimizə tərcümə olunan yeni kitabından danışır

5
(Yenilənib 14:14 27.11.2020)
Mahmud Kaşqari adına Beynəlxalq Fondun həmsədri Elxan Zal Qaraxan deyir ki, indiyə qədər qazax ədəbiyyatından Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları işıq üzü görüb
Elxan Zal Qaraxan: “Abay qazaxlar üçün böyük şairdir”

Mahmud Kaşqari adına Beynəlxalq Fondun “İRS” seriyasında böyük qazax şairi Abay Kunanbayevin bütün şeirlərinin, poemalarının və "Qara sözləri”nin Azərbaycan dilinə tərcüməsindən ibarət kitabı nəşr olunub.

Mahmud Kaşqari adına Beynəlxalq Fondun həmsədri Elxan Zal Qaraxan Sputnik Azərbaycan-a deyir ki, müstəqillik dövründən bu yana  bir çox qazax ədəbiyyatı nümunələri fond tərəfindən tərcümə edilərək nəşr olunub:

“Qazax ədəbiyyatından Nursultan Nazarbayev, Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları işıq üzü görüb. Son olaraq isə qazax ədəbiyyatının klassiklərindən hesab olunan Abay Kunanbayevin yaradıcılığı qazax dilindən Azərbaycan dilinə tərcümə edilərək nəş edildi. Abay qazaxlar üçün böyük şairdir. Qazaxıstan yazılı ədəbiyyatında Abaya qədər elə böyük şair olmayıb”.

Elxan Zal Qaraxanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

5
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

11
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

11
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı
Heroin, arxiv şəkli

Yemək qazanının qulplarından heroin çıxdı

0
(Yenilənib 15:56 28.11.2020)
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

BAKI, 28 noyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

0