Əlində gitara olan kişi, arxiv şəkli

Həyatdan nakam gedən rok ifaçısı barədə film çəkiləcək

20
(Yenilənib 20:05 11.11.2020)
Bu barədə mərhum ifaçının sosial şəbəkə hesabında məlumat verilib. Artıq ssenarisi hazır olan filmin aktyor heyəti isə hələlik açıqlanmayıb

BAKI, 11 noyabr — Sputnik. Türkiyənin mərhum ifaçısı Barış Akarsunun həyatından bəhs edən film çəkilir.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə mərhum ifaçının sosial şəbəkə hesabında məlumat verilib. Artıq ssenarisi hazır olan filmin aktyor heyəti isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, türk rok musiqisinin önəmli şəxslərindən olan mərhum müğənni 2007-ci ildə avtomobil qəzasında həlak olub.

20

Tərcüməçi məşhur qazax şairi Abayın dilimizə tərcümə olunan yeni kitabından danışır

5
(Yenilənib 14:14 27.11.2020)
Mahmud Kaşqari adına Beynəlxalq Fondun həmsədri Elxan Zal Qaraxan deyir ki, indiyə qədər qazax ədəbiyyatından Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları işıq üzü görüb
Elxan Zal Qaraxan: “Abay qazaxlar üçün böyük şairdir”

Mahmud Kaşqari adına Beynəlxalq Fondun “İRS” seriyasında böyük qazax şairi Abay Kunanbayevin bütün şeirlərinin, poemalarının və "Qara sözləri”nin Azərbaycan dilinə tərcüməsindən ibarət kitabı nəşr olunub.

Mahmud Kaşqari adına Beynəlxalq Fondun həmsədri Elxan Zal Qaraxan Sputnik Azərbaycan-a deyir ki, müstəqillik dövründən bu yana  bir çox qazax ədəbiyyatı nümunələri fond tərəfindən tərcümə edilərək nəşr olunub:

“Qazax ədəbiyyatından Nursultan Nazarbayev, Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları işıq üzü görüb. Son olaraq isə qazax ədəbiyyatının klassiklərindən hesab olunan Abay Kunanbayevin yaradıcılığı qazax dilindən Azərbaycan dilinə tərcümə edilərək nəş edildi. Abay qazaxlar üçün böyük şairdir. Qazaxıstan yazılı ədəbiyyatında Abaya qədər elə böyük şair olmayıb”.

Elxan Zal Qaraxanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

5
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

11
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

11
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı
DİN əməkdaşları, arxiv şəkli

Koronavirus xəstəsiləri evdən qaçmağa davam edir

0
Hacıqabuldan olan koronavirus xəstəsi Astara rayonuna gedib, yoluxmuş Füzuli sakini isə evdən çıxaraq həmkəndliləri ilə söhbət edib.

BAKI, 28 noyabr — Sputnik. Hacıqabul rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları ilə TƏBİB "Hacıqabul rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin həkim briqadası birgə COVID-19 virusuna yoluxan və evində müalicə alan şəxslərlə bağlı reyd keçirib.

Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Hacıqabul şöbəsindən verilən məlumatına görə, reyd zamanı koronavirus testinin nəticəsi pozitiv çıxan Həmidov küçəsi ev 76 ünvanında müalicə alan 1980-ci il təvəllüdlü İsmayılzadə Əvəz Ayazxan oğlunun evində olmadığı aşkar edilib.

Koronavirus xəstəsi ilə əlaqə saxlanılıb və onun Astara rayonunda olduğu müəyyən edilib. Karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edən şəxs müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Onun barəsində Hacıqabul RPŞ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb.

Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə isə rayon sakini 1972-ci il təvəllüdlü İbişov Səlyan Allahverdi oğlu 20.11.2020-ci il tarixdə COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 27.11.2020-ci il tarixdə Füzuli rayonu Mahmudlu-1 kəndi ərazisində həmkəndliləri ilə söhbət edərək təmasda olmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Füzuli rayon Polis Şöbəsinə göndərilib.

0
Teqlər:
Füzuli, Astara, Hacıqabul, Koronavirus, epidemiya, COVID-19